deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | TARİXİMİZDƏKİ İMAMZADƏLƏR Adalet.az | TARİXİMİZDƏKİ İMAMZADƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

TARİXİMİZDƏKİ İMAMZADƏLƏR

(əvvəli ötən saylarımızda)

1896    |   2019-06-19 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aparılan tədqiqat işləri təbii ki, həm elmi baxımdan, həm də yerli ərazilə tanışlıq baxımından həmişə böyük maraq doğurubdu. Bu mənada qədim Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar yerin altını elm aləminə, həm də vətən tarixilə maraqlanan hər kəsinə özünə açmaqda davam edir. Yəni istər Naxçıvanın özündə yaşayıb çalışan arxeoloqlar, tarixçilər, istərsə də AMEA-nın nəz-dində fəaliyyət göstərən Tarix İnstitutunun, Azərbaycan arxeoloqlarının böyük zəhməti sayəsində zaman-zaman Azərbaycan tarixinin böyük bir hissəsi olan Naxçıvanın tarixinin öyrənilməsi gerçəkləşdirilir. Elə barəsində söhbət açdığımız Naxçıvan imamzadələri də bu baxımdan böyük maraq doğurur. Hər kəs imamzadələri müqəddəs yer, ocaq kimi tanıyır, sevir, ziyarət edir, həm də onun özülündə dayanan tariximizin müəyyən hissəsinin öyrənilməsinə cəhd göstərir. Fikrimi bir az da geniş şərh etsəm, onda deyə bilərəm ki, böyük Məmməd Arazın dediyi kimi, hər daşın altında bir tarix yatır. Bu tarixi açmaq, öyrənmək isə həmin sahənin mütəxəssisləri ilə yanaşı, bir vətəndaş olaraq hər birimizin borcudu. Çünki vətən daşı ola biləməyəndən vətəndaş olacağını gözləmək absurddu.

Bəli, Naxçıvanın qədim abidələrindən olan Şərur rayonunun Xanlıqlar kəndi ilə Parçı kəndinin birləşməsində inşa edilmiş və bu günümüzə qədər uzun bir yol keçib gəlmiş Parçı imamzadəsi mükəmməl bir abidə kompleksidi. Bu abidə kompleksi inşa olunduğu tarixdən bu günə qədər həmişə diqqət mərkəzində olub və həmişə də həm yerli sakinləri, həm də Şərura, Naxçıvana səfər edən inanclı insanların ziyarətgahı kimi diqqət mərkəzində saxlanılıb.

Biz Parçı imamzadəsi ilə bağlı əldə etdiyimiz bilgilərə, xüsusilə tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin araşdırmalarına istinad edərək deyə bilərik ki, "elə kəndin adıyla "Parçı imamzadəsi" adlandırılan bu müqəddəs ünvan yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidədir". Onu da vurğulamaq yerinə düşər ki, həmin müqəddəs dini abidə Parçı kəndinin şimal hissəsində yerləşir. Abidəyə diqqət yetirəndə məlum olur ki, bu imamzadə kompleksinin gümbəzi çox böyükdü. Və həmin böyük gümbəzi imamzadənin mərkəzi hissəsində bir qəbir var. Uzun illər həmin qəbrini kimə aid olması mübahisə və mübarizə mövzusu olsa da, bu bir həqiqətdir ki, son illərin araşdırmaları müəyyən fikir söyləməyə imkan vermişdi. Doğrudur, bu abidənin də daş kitabəsi yoxdur. Amma aparılan, yəni imamzadədə reallaşdırılan təmir-bərpa işləri zamanı həmin qəbrin üstü götürülmüş, oraya baş daşı və sinə daşı qoyulmuşdur.

Yenə istinad etdiyimiz mənbələrdən əldə etdiyimiz bilgiyə görə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin 1925-28-ci illərdə Parçı kəndindəki abidəni qeydə alarkən onda müəyyən araşdırmalar da aparmışdı. Həmin araşdırmaların yekunu olaraq cəmiyyətin Naxçıvan şöbəsi tərəfindən 40 nömrəli protokol tərtib olunmuşdu. Protokol 1928-ci ildə tərtib olunmuş və orada göstərilmişdi ki, "Xanlıqlar kəndinə bitişik Parçı kəndinin üstündə böyük gümbəz və geniş həyəti olan bir pir var idi ki, camaat onu "şahzadə İbrahim ibn Musa" ziyarətgahı" adlandırır.

Göründüyü kimi, hələ 1928-ci ildə Parçı kəndində olan bu abidə barəsində artıq rəsmi informasiya verilmişdir. Tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin yazdığına görə, cəmiyyətin Naxçıvan şöbəsinin üzvlərindən biri olan Məhəmməd Rasizadə "şahzadə İbrahim ibn Musa" ziyarətgahı haqqında məqalə də nəşr etdirmişdi. Həmin məqalədə vurğulanır ki, qəbrin kitabəsində İbrahim ibn Musa yazılmışdır. Və buna istinad edərək də qəbrin məhz İbrahim Musa oğluna aid verildiyi göstərilmişdir. Çox təəssüf ki, "günümüzədək bu məlumatı bildirən həmin kitabə gəlib çıxmamışdı. Yerli əhalinin dediklərinə istinad edəndə aydın olur ki, Parçı kəndindəki imamzadədə dəfn edilən şəxs VII imam Museyi Kazımın oğlanlarından biri olmuş İbrahimə aiddir.

Şərur rayonunun Parçı və Xanlıqlar kəndlərinin yaşlı sakinlərinin söylədiklərinə görə, VII imam Museyi Kazımın oğlu İbrahim məhz bu kənddə məskunlaşmış və uzun müddət burada yaşamışdır. Ona görə də dünyasını dəyişəndən sonra imamın oğlunu bu kənd məzarlığında dəfn etmiş və onun şərəfinə də bu imamzadəni inşa etmişdilər.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Şərur rayonunun iri yaşayış məskənlərindən sayılan bu ərazidə zamanında da kifayət qədər insan yaşamış və onlar əsrlər boyu bu müqəddəs qəbri ziyarət etmiş, hətta oraya nəzirlər demişdilər.

Hər kəsə məlumdur ki, Azərbaycan ərazisində kifayət qədər ziyarətgahlar var. Və onlar sovet dövrünün qadağalarına baxmayaraq, həmişə diqqət mərkəzində olmuş və bu yerlər insanlar tərəfindən ziyarət edilməklə, həm də qorunub saxlanılmışdır. Bu günün özündə də inanclı insanlar həmin ziyarətgahları ziyarət etməkdən və hətta onların bəzilərini müəyyən şəxslər öz vəsaitləri hesabına təmir etməyi də könüllü şəkildə reallaşdırırlar. Təbii ki, ölkənin Mədəniyyət Nazirliyi həmin abidələri demək olar ki, böyük əksəriyyətini qeydə alıb və onlar dövlətin nəzarətində və mühafizəsindədir. O ki, qaldı Parçı imamzadəsinə, tarixçilərin söylədiyinə görə, onun arxitekturası, tikinti-inşaat üslubu Səfəvilər dövrünə aid edilir. Təqribən 1501-1736-cı illərə təsadüf edən həmin dövr üçün xarakterik tikilidir. Kompleksin digər tikililərdən fərqləndirən, onu bilavasitə səciyyələndirən əsas cəhətləri isə imamzadənin məhz həmin məzarın üstündə tikilməsidir və VII imamın övladının şərəfinə aid edilməsidir.

Bu gün kompleksin tarixilə maraqlananlar üçün xatırlatmaq yerinə düşər ki, Parçı ziyarətgahı dəfələrlə təmir-bərpa işləri zamanı öz ömrünü daha da uzatmağa müəssər ola bilib. Aparılan həmin təmir və bərpa işləri zamanı məqbərəyə bitişik məscid, təkiyə və digər xidməti otaqların da tikilməsi reallaşır və bunun nəticəsində də böyük dini kompleks yaradılmışdır. Sevindirici haldır ki, bu böyük dini kompleksin tam bərpasından sonra açılışı keçirilmişdir. Həmin açılış mərasimində də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov cənabları da şəxsən iştirak etmişdir. Ümumiyyətlə, Naxçıvandakı tarixi yerlərin, mədəniyyət nümunələrinin qorunması, bərpası sayəsində Muxtar Respublika rəhbərliyi ardıcıl və böyük işlər görür. Şəxsən Ali Məclisin sədrinin özü bu sahədə aparılan işləri diqqət mərkəzində saxlayır. Ona görə də Naxçıvandakı bütün tarixi abidələr, eləcə də imamzadələr bu gün həm müqəddəs yerlər, həm də abidə kompleksləri kimi turistlərin, eləcə də inanclı adamların üz tutduğu. Baş çəkdiyi ünvanlardandır.

Əbülfət MƏDƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK