bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Aqil Abbas: "Xarici məşqçilər pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar” Adalet.az | Aqil Abbas: "Xarici məşqçilər pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Aqil Abbas: "Xarici məşqçilər pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”

6129    |   2019-06-12 14:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu rəqib komandanın böyükhesablı (1:5) qalibiyyəti ilə nəticələndi. Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazı ilə üzləşib. "Bakcell Arena”da keçirilən son oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı – konkret AFFA prezidenti Rövnəq Abdullayevə "İstefa!" şüarı səsləndiriblər.


Azərbaycanda futbolun son durumu haqqında Modern.az-a danışan deputat Aqil Abbas düşünür ki, AFFA rəhbərliyi dəyişsə belə, Azərbaycan futbolu belə şəraitdə inkişaf etməyəcək:"Futbolumuzu ayağa qaldırmağın yeganə yolu odur ki, AFFA-nı regionlarda futbolu dirçəltməyə məcbur edək. Azərbaycanda 8 futbol komandası var. Bu çox aşağı göstəricidir. Yığma komanda üçün bir var 50-60 nəfər arasında 20 futbolçu axtarasan, bir də var ki, 100-200 nəfər arasından seçəsən. Say çox olarsa, seçim imkanı da artar.

Azərbaycan regionlarında futbol məktəbləri yoxdur. Gəncə, Tovuz, Lənkəran, Ağdam və digər bölgələr futbolçu yetişdirib, Azərbaycan futboluna verə bilmirsə, hansı inkişafdan danışa bilərik? 

Sovet dövründən misal gətirim: Ağdamda 10 orta məktəb var idi. Məktəblərarası, kolxozlararası, kəndlərarası, peşə məktəbləriarası, məhlələrarası çempionatlar keçirilirdi. Görün bunlar, nə qədər hazırlıqlı futbolçunun yetişməsi deməkdir. Ona görə də regionlardan qabiliyyətli futbolçular çıxırdı. İndi yaxşı futbolçular yoxdur, kim oynasın bu halda?”.

A.Abbas hesab edir ki, baş məşqçinin də bu məğlubiyyətlərdə rolu var:"Xarici ölkələrdən məşqçi dəvət etmək bütün dünyanın praktikasında var. Amma Azərbaycan futbolunun başına gətirilən məşqçi gərək xalqı tanısın. Nikola Yurceviç futbolçularla ünsiyyət üçün 3 nəfər tərcüməçidən istifadə edir. Bu situasiyada futbolçular onu necə tam anlaya, dediklərini icra edə bilərlər?

Məşqçi ilə müqavilə məsələsi də vacib məqamdır. Komanda baş məşqçini dəvət edəndə qarşısına şərt qoysun: ortaya məhsuldarlıq – keyfiyyətli futbol qoyacaqsan. Bunu bacarmasan, müqaviləyə son verilib, ödəniləcək məbləğ dayandırılacaq. Belə olmasa, xaricilər əvvəlki məşqçi Berti Foqts kimi pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”.




İmza:

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi

Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb

Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb

BƏXTİN OLSAYDI «SƏBAİL»DƏ YOX, «MİLAN»DA OYNAYARDIN

“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi

Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI

Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı

“Bizi çətin qarşılaşmalar gözləyir” - Qurban Qurbanov

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK