viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: QAYDALARI POZAN SÜRÜCÜLƏR... Adalet.az | Faiq QİSMƏTOĞLU: QAYDALARI POZAN SÜRÜCÜLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QAYDALARI POZAN SÜRÜCÜLƏR...

Onlar yol polisinin diqqətindən kənarda qalmır

4145    |   2019-06-12 12:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxları yaxşı bilir ki, bu gün elə sürücülər var ki, yol hərəkəti qaydasını tez-tez pozurlar. Sanki bu sürücülərin altıda alımı, beşdə verimi yoxdu. Yəni sükan arxasında əyləşən kimi yol hərəkəti qaydaları yaddan çıxır, sürət həddinə əməl etmir, qəza şəraiti yaradır, mürəkkəb maneverlərlə başqa nəqliyyat vasitələri üçün təhlükə törədirlər. Təbii ki, elə belə sürücülərin də məsuliyyətsizliyi üzündən çox vaxt ağır qəzalar baş verir.

Bakı şəhərində də qaydaları tez-tez pozan və başqa sözlə demiş olsaq, qanunlara əməl etməyən çoxlu sayda sürücülər var. Hətta bu sürücülər yol polisinin həyata keçirdiyi reyd və yoxlamalarda belə qaydaları pozmaqda davam edirlər. Təsadüfi deyildir ki, gündüz və gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının kerçirdiyi reydlərdə onlarla bu cür sürücülərə rast gəlmək mümkündür.

Keçirilən reydlərdə biz də dəfələrlə iştirak etmişik. Həm gündüz, həm də gecə reydlərində görmüşük ki, elə sürücülər var ki, ya avtoxuliqanlıq edir, ya da qəsdən bilərəkdən başqa avtomobillər üçün təhlükəli şəraitlər yaradır, ya da tez-tez manevr edərək qəzalara rəvac verirlər. Əlbəttə, belə sürücülər yol polisinin heç vaxt diqqətindən kənarda qalmır. Ən qəribəsi də odur ki, onlar saxlanılarkən peşmançılıq çəkmək əvəzinə özlərinə haqq qazandırmaq istəyirlər.

Aydındır ki, Bakı şəhərində ən çox avtoxuliqanlıq edən yeniyetmələr və gənclərdir. Həmin yaşda olan sürücülər sanki bir-birilə yarışa girir, nəqliyyat vasitəsinin qəfil əyləcini basır və bu zaman maşının təkərlərindən tükürpədici səs çıxır. Ətrafdakı insanlar isə belə anlarla üzləşəndə avtoxuliqanlıq eləyən, açıqdan-açığa cəmiyyətə hörmətsizlik göstərən bu gənclərə bir o qədər də yaxşı baxmırlar. Yəni ictimaiyyətin bu cür hallara qarşı mənfi reaksiyası və qınağı olur.


Əlbəttə, belə məqamlarda ictimai rəy də böyük rol oynayır. Yəni küçədə, prospektdə bilərəkdən qaydaları pozub ictimaiyyətə açıqdan-açığa hörmətsizlik edən avtoxuliqanlar qanun qarşısında cavab verirlər. Və təsadüfi deyil ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının keçirdiyi reyddə saxlanılan həmin sürücülər barəsində inzibati protokol tərtib edilib və tədbir görülmək üçün məhkəmələrə göndərilib.

Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları da Bakının küçə və prospektlərində hərəkətin təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Onların xidmət apardığı hava limanı, Heydər Əliyev prospekti və digər yerlərdə bir qayda olaraq sürücülərin qanunlara əməl etməsi diqqət mərkəzində saxlanılır. Heç kəsə sirr deyil ki, bu istiqamətdə sürət həddi başqa yerlərlə müqayisədə yüksəkdir. Amma bəzi sürücülər bir çox halda hava şəraitini nəzərə almır, yağışlı, yağmurlu günlərdə nəqliyyat vasitələrini yüksək sürətlə idarə edirlər. Hansı ki, hava şəraiti mürəkkəb olanda Heydər Əliyev prospekti və hava limanına gedən yolda sürət həddi aşağı endirilir.

Çox təəssüf ki, bu göstəriciləri bəzi sürücülər yaddan çıxarar və əvvləki sürət həddiylə hərəkət edirlər. Ona görə də 8-ci tağımın əməkdaşları xidmət apararkən bu cür sürücüləri saxlayır, onlara xəbərdarlıq edir, maarifləndirir və öz tövsiyələrini verirlər.

Təbii ki, sürücülərin tək, inzibati yolla qanunlara əməl etməsi bir o qədər də asan olmur. Ona görə də bu yolla yanaşı, 8-ci tağımın əməkdaşları sürücülər arasında izahat işlərinin aparılmasını da ön plana çəkirlər. Elə sürücü var ki, inzibati tədbirdən çox səmimi aparılan söhbət ona daha çox müsbət təsir göstərir. Yəni yol polisi əməkdaşı ipə-sapa yatmayan bəzi sürücüylə sivil qaydada söhbət edəndə, ona hər şeyi xatırladanda bu daha effektli olur. Şübhəsiz ki, hər bir sürücünün bir "boş damarı”, bir dili də var. Bax, o "boş damarı”, dili tapanda istər-istəməz həmin sürücüləri istənilən istiqamətə yönəltmək mümkündür.

Səkkizinci tağımın əməkdaşları xidmət zamanı neçə-neçə sərxoş sürücü və kobud qayda pozuntusu aşkarlayır. Bu sürücüləri heç də asanlıqla inandırmaq olmur ki, onların həmin hərəkətləri ilk növbədə özləri üçün böyük təhlükədir. Yəni bu prosesdə də yol polisinin peşəkarlığına və sivil qaydada davranışına böyük ehtiyac var. Nə yaxşı ki, bu tağımda bax belə peşəkar polis zabitləri, polis nəfərləri fəaliyyət göstərirlər.

Son vaxtlar 8-ci tağımın həyata keçirdiyi tədbirlər nəticəsində 10-a yaxın sərxoş sürücü və kobud qayda pozuntusuna yol verən və digər sükan arxasında əyləşmiş adamlar saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu cür addımların atılması Bakının adını sadaladığımız küçə və prospektlərində mövcud təhlükələri aradan qaldırıb, ölüm və xəsarətalma hallarını aşağı endirib.

Səkkizinci tağıma çox gənc və peşəkar polis zabiti, polis kapitanı Nurlan Əliyev komandirlik edir. Öncədən onu qeyd edək ki, Nurlan Əliyev harda çalışbsa, özünün peşəkarlığı, nizam-intizamı və məsuliyyəti ilə digərlərindən seçilib. Ona görə də Yol Patrul Xidməti Alayında bu tağımın iş əmsalı daha yüksəkdir. Başqa sözlə demiş olsaq, 8-ci tağımın əməkdaşları dövlət tədbirlərindən tutmuş hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ən yüksək səviyyədə işləri həyata keçiriblər.

Aydındır ki, bu istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı və sayı daha çoxdur. Səhər və axşam saatlarında hərəkətin təhükəsizliyini tənzimləmək üçün 8-ci tağımın əməkdaşları vəzifə borclarını bir an belə unutmurlar. Üstəlik də hərəkətin sıx olduğu yerlərdə bir çox piyadalar keçirlər və keçməyə çalışırlar. Adını çəkdiyimiz prospektlərdə yerüstü keçidlər var. Hərəkətin yüksək sürətli və dörd zolaqlı yerindən keçmək isə ölümə bərabərdir.

Çox təəssüf ki, bəzi piyadalar bu təhlükəni nəzərə almır, dörd zolaqlı yolu keçmək istərkən çatdıra bilməyib və maşın onu vurur. Bax, bu məsələlər 8-ci tağımın daim diqqət mərkəzindədir. Onlar avtomobil yolunda xidmət apararkən avtomobil yolunu keçmək istəyən piyadaları saxlayır, onlara xəbərdarlıq edir və hər şeyi başa salırlar. Dəfələrlə qaydaları pozmaq istəyən piyada barəsində isə inzibati protokol tərtib olunur.

Səkkizinci tağımın komandiri, polis kapitanı Nurlan Əliyev bizimlə söhbət zamanı bildirdi ki, hər gün növbəni qəbul edərkən öncə ona çalışırıq ki, xidmət apardığımız müddət ərzində həm sürücülər, həm də hərəkət iştirakçıları tərəfindən yaradılan mövcud təhlükəni aradan qaldıraq. Günün pik vaxtlarında isə nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün bütün əməkdaşlarımız səfərbər olunur. İlk növbədə ona cəhd edirik ki, tıxaclar yaranmasın və yaranarkən onun qısa zaman kəsiyində aradan qaldıraq. Ancaq nə etmək olar ki, şəhərimizin tıxacsız günü olmur. Bunu da yaradanlar bəzi sürücülərdir. Bir də görürsən ki, yol açılıb, sürücünün başı yanındakı sərnişinlə söhbətə qarışıb. Əməkdaşlarımız müdaxilə edəndən sonra sürücü birdən-birə özünə gəlir və hərəkəti davam etdirir.

Göründüyü kimi, Bakının küçə və prospektlərində mövcud tıxacların və təhlükələrin aradan qaldırılması yol polisi ilə yanaşı, sürücülərin də üzərinə böyük məsuliyyət qoyur. Sürücü var ki, qarşıdan gələn sürücünü çətin vəziyyətdə görür, 3-4 saniyə şərait yaratmır ki, o sürücü mürəkkəb vəziyyətdən çıxsın. Yəni gəlin açıq etiraf edək ki, bu gün məmləkətimizdə sürücü mədəniyyəti bir o qədər də yüksək səviyyədə deyil.

Nə vaxta qədər ki, sürücü mədəniyyəti yüksəlməyəcək, Bakının yollarında və digər yerlərdə sadaladığımız problemlərlə tez-tez üzləşəcəyik. Ona görə də hər bir sürücü qaydalara əməl etməli, yol polisinin xəbərdarlıqlarını, tövsiyələrini dinləməlidir. Belə olsa tıxaclar da azalar, qəzalar da aşağı enər və mövcud təhlükələr də zamanında aradan qaldırılar.





İmza:
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK