viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: ... VƏ QARPIZ Adalet.az | Faiq QİSMƏTOĞLU: ... VƏ QARPIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ... VƏ QARPIZ

4148    |   2019-06-11 15:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarpızı sevməyən adam yoxdur. Çünki isti havalarda elə adamın ürəyi çox vaxt qarpız istəyir. Bizimkilər də maşallah, isti düşəndən bir neçə gün sonra bazara, küçələrə nə qədər desən qarpız çıxarırlar. Amma bu qarpızı da gərək öz mövsümündə yeyəsən. Yəni dədə-babadan bostanda əkilmiş qarpız ən yaxşı halda avqustun əvvəllərində yetişərdi. Avqustun əvvəllərində yetişən qarpız yeyiləndə min bir dərdin dərmanı sayılıb.

Hətta o vaxtlar həkimlər böyrəyində duz, daş olan adamlara deyərdilər ki, qarpız mövsümündə çoxlu qarpız yesin. Və o xəstə adamlar da həmin mösümü səbrsizliklə gözləyirdilər. Qarpız yetişəndə doyunca yeyərdilər, sonra həkimə gedərdilər, müayinədən keçərdilər, məlum olardı ki, o qum da, o kristal da, o daş da əriyib yoxa çıxıb. Bundan sonra həm xəstə sevinərdi, həm də həkim.

İndi satışa çıxarılan qarpızlar nə o vaxtkı məhsulların dadını verir, nə də ki, min bir xəstəliyə çarə olur. Çünki o vaxtkı toxumlar da it-bata düşüb. Xaricdən gətirilən geni dəyişdirilmiş toxumlar isə əkiləndən sonra nə qədər qulluq eləsən də ötən əsrin 60-70-ci illərinin qarpızının tamını vermir, heş verməyəcək də.

Dünən evimizə qayıdırdım. Yeni Günəşlidəki qəbiristanlığın yanından qartal heykəlinə kimi enəndə yolun sağında nə az, nə çox bir-burundən uzaq məsafədə olmayan 5 maşın gördüm. Və o 5 maşının hər birində qarpız-yemiş qoyulmuşdi. Gendən baxanda çox qəşəng görünür. Qalın qabıqlı qara qarpızlar adama gəl-gəl deyir. Ancaq onu da gördüm ki, o qarpızı hələ çox adam almır. Bir-iki adam maşının yanında dayanıb satıcı ilə söhbət edirdi. Satıcı da bəh-bəhlə qarpızları tərifləyirdi.

Hava həddindən çox istiydi. Bir istədim düşüb mən də bir qarpız alım, ancaq fikrimdən daşındım. Çünki uşaq vaxtı kənddə olanda bizim də bostanımız vardı. Və o bostanda qarpızlar ancaq avqust ayında dəyərdi. O qarpızları yeyəndə şirinliyindən doymaq olmazdı.

İyunun 11-də bu qarpızı alıb yemək üçün adamda qurd ürəyi lazım idi. Əgər həkimlərin dediyinə inansaq, bu qarpızlar istixanada yetişdirilir və onun tez böyüməsi üçün o qədər kimyəvi maddələrdən, gübrələrdən istifadə edilir. Deməli, üstəlik küçədə satılan bu qarpızlar heç laboratoriya müayinəsindən keçməyib. Yəni heç bir analiz-filan olmadan maşın-maşın qarpızı gətirib küçədə satırlar.

Təbii ki, onu alıb yeyənlər də var. Amma indi qarpız yemək çox risklidir. Ən azından ona görə ki, indi satılan qarpızlar günəş şüası altında deyil, istixanalarda böyüdülüb. Elə ən çox qarpızdan zəhərlənmə halları da vaxtından tez yetişdirilən və satışa çıxarılan qarpızlarda baş verir. Hər il iyun və iyul aylarının əvvəllərində istixanalardan gətirilən qarpızı yediklərinə görə, xeyli insan zəhərlənir. Təki bu il belə olmasın!

Qida Təhlükəsizliyi Agentliyindən bildirilir ki, bazarlara gətirilən qarpızlar laboratoriya analizlərindən keçiriləcək, onun tərkibi normaya uyğun gəlsə, satışına icazə veriləcəkdir. Tay bilmirik, bazarlardakı qarpızlar məlum qurum tərəfindən analiz olunur, olunmayır? Bildiyimiz odur ki, bazar-dükanlarda və yolun kənarında o qədər qarpız satılır ki. Qida Təhlükəsizliyi Agentliyi heç bazarlara nəzarət eləyə bilmir, o ki, qala yolların kənarında satılan qarpızlar ola.

Bir ara da Qida Təhlükəsizliyi Agentliyi hansısa müsbət addım atmaq istədi. Amma sonradan bu addımlar müsbət nəticə vermədi. Bu gün bir çoxları zəhərli qida məhsulları ilə əhalinin başına olmazın oyununu açırlar. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burda xaricdən gətirilən və ölkədə istehsal olunan qida məhsullarına adiyyəti qurumlar nəzarət edə bilmirlər. Adam bilmir ki, hansı qidanı alsın ki, ondan zəhərlənib eləməsin.

İndi də bu qarpız məsələsi. Biz heç də qarpız satanların bostanına daş atmaq istəmirik. Sadəcə, ölkədə bu sahədə baş verən qanunsuzluğu və özbaşınalığı adiyyəti qurumların nəzərinə çatdırırq ki, onun qarşısını alsın. Hələ nə qədər ki, bu qarpızlardan zəhərlənən yoxdur və ya azdır, bu sahədə qabaqlayıcı tədbirlər görmək bir o qədər də müşkül iş deyil. Sadəcə olaraq, vəzifə sahibləri öz tamahlarını saxlayıb bu cür qanunsuzluqların qarşısını ala bilərlər.

Bakıda havalar get-gedə daha da istilənir. Məsələn, bu gün Bakıda hidrometroloqların dediyinə görə, müsbət 35 dərəcə isti var. İsti havada isə adamın ürəyi sərin su, dondurma, qarpız istəyir. Sərin su da içmək olar, dondurma da yemək mümkündür, amma bu qarpız məsələsinə gələndə elə zadlar ola bilər ki, yediyinə peşiman olarsan. O zadların olmaması üçün isə insanlar istixanada yetişdirilmiş qarpızdan tamahlarını saxlamalı, ondan uzaq durmalıdılar. Yoxsa o zadlar adamın başına olmazın işi gətirə bilər.

Yəni indi satılan qarpızı yeyərsən, sonra da zəhərlənərsən. Zəhərlənməyə də bilərsən ha! Bax, bunu deyə bilmərik. Özünüz deyəcəksiniz ki, bu müəllimin də işi-gücü qurtarıb, qoyun qarpızımızı yeyək! Tay biz hamının başının üstünü kəsdirb kiməsə hökm eləyə bilmərik! İstəyirsiniz qarpız yeyin, istəmirsiniz yerməyin! Bunun babalı öz boynunuza!




İmza:
SON XƏBƏRLƏR
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK