ANA SƏHİFƏ / İDMAN

Şenol Günəşdən islandlara sərt cavab: “İki məmurun etdiyi tərbiyəsizlik...”

3220    |   2019-06-11 12:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə oyun öncəsi Reykyavikdə hava limanında iki saatdan çox pasport yoxlanışında gözləmələrinə münasibət bildirib.

Adalet.az Qol.az-a istinadən xəbər verir ki, o, matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"İslandiya Avropa və dünya çempionatında rəğbət qazandı. Hər millətin olduğu kimi onların da böyük hekayələri var. Mən 43 il əvvəl - 1976-cı ildə bura gəlmişdim. Meydan eyni ola bilər, amma şəhər çox dəyişib, böyüyüb, ancaq görünən odur ki, beyinlər kiçilib. Çox gözəl ölkə idi, havası təmiz, soyuq idi, amma insanları istiqanlı və səmimi idi. İslandiya ağlımda həmişə yaxşı izlər buraxmışdı, ancaq indi elə deyil. Bir çox islandiyalı oyunçu Türkiyədə oynayır, biz nə istəyirik? İki məmurun etdiyi tərbiyəsizliyimi, danışacağıq? 53 ildir futbolun içindəyəm. Bu dediyimiz gömrük deyil. Məmur pasportumu alıb, mənə yelləyir. Kremləri, ətirləri ,telefonları yoxlayır. Burada insani dəyərlərin yüksək olduğunu düşünürdük, kiçiltdinizmi bunu? Biz böyük ölkəyik, kiçik işlərlə məşğul ola bilmərik. Bu söhbəti bağlayıram".






İmza:

Şabovtanın qırxında türkcə öyrənməyi və ya bizimkilərin Nataşaya yıxılmağı - İntiqam VALEHOĞLU yazır

BƏLKƏ FUTBOLÇULARIMIZI REPETİTOR YANINA GÖNDƏRƏK?

Aqil Abbas: "Xarici məşqçilər pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”

Futbolumuzu zorlayanlar... - İntiqam VALEHOĞLU yazır

AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb

Nazir: Azərbaycan "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırdır

Millimizin baş məşqçisi Nikola Yurçeviç proqnozlarından biri düz çıxdı...

Əvvəli qalmaqalnan başlayan oyunun sonu necə olacaq? - SORĞU

Şenol Günəşdən islandlara sərt cavab: “İki məmurun etdiyi tərbiyəsizlik...”

Azərbaycan futbolu, qurudlu xəngəl və zoğal arağı - SORĞU

NİKOLAYI YIXDIQ, AĞ GÜNƏ ÇIXDIQ

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK