Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ Adalet.az | Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

16950    |   2019-06-11 11:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış müğənni Zahidə Günəş "Ədalət" qəzetinin suallarını cavablandırıb.


- Zahidə xanım, uzun müddət sizi efirlərdə görmədik. Maraqlıdır, hazırda nə işlə məşğulsunuz?

- Yeni mahnılar yazdırıram. Amma bu aralar səhhətimdə bir az problem yaranıb. Televiziya kanallarının biri ilə Qubaya çəkilişə getmişdik. Buradan yaz əhvalında getmişəm, ora çatanda gördüm ki, qışdır. Oğlum da, özüm də xəstələnmişik.

- Oğlunuzun neçə yaşı var?

- Doqquz.

- Yadımdadır ki, verilişlərin birində oğlunuz atasının adını bilməmişdi...

- Bu haqda danışmaq istəmirəm...(tərəddüd edir). Hamı bilir ki, Zaur Kamal evdə oturduğum, heç bir efirə çağırılmadığım bir vaxtda mənə əl uzatdı, təmənnasız verilişlərə dəvət etdi. Mən o yaxşılığı unuda bilmərəm. Həmin verilişdə Zaur soruşdu ki, Səmral, kimin oğlusan? Oğlumun doqquz yaşı var, amma yaşından çox ağıllıdır. Həmin an Səmral mənim üzümə baxdı.

- Üzünüzə niyə baxırdı ki?

- Üzümə ona görə baxırdı ki, həyat yoldaşımla ayrıldığımızı deməyim. Uşaq çıxılmaz vəziyyətdə qalmışdı. Sosial şəbəkədə tamaşaçılar bu sözə görə məni də, uşağımı da təhqir etdilər. Oğlum ağladı və dedi ki, böyüyəndə hüquqşünas olub, sənin qoruyacağam. Səmral mənə deyir ki, bütün analara fikir verirəm. Onlar gəzintiyə, əylənməyə gedirlər, amma sən ancaq toya gedirsən, evə qayıdırsan.

- Belə anladım ki, sənətinizdəki fasilə övladınızı böyütdüyünüzə görə idi.

- Bəli, onun tərbiyəsi ilə özüm məşğul oldu. Düzdür, dayə də kömək edirdi, amma əsasən təlim-tərbiyəsi ilə özüm məşğul olurdum.

- Bilirəm ki, atanız Ordubaddan, ananız Salyandandır. Amma nədənsə sizi çoxları salyanlı kimi tanıyır...

- Ana babam Mirbağır ağa ağır seyidlərdəndir, kitablar yazıb. Amma ata tərəfimi də heç vaxt danmamışam. Ata babam Muxtar Cəfərov isə Azərbaycanın ulk akademiklərindən olub.

- Günəş təxəllüsünün tarixçəsi də maraqlıdır. Niyə məhz Zahidə Günəş?

- Ulu öndər Heydər Əliyev göstəriş vermişdi ki, Əl Oyunları Sarayı təmir edilsin. Sarayın açılışında iştirak edəcək sənətçilərdən biri də mən idim. İki ay məşqlər getdi, sənətçilərin içində ən gənci mənəm. Təxminən 1997-ci ildir, tələbəyəm. Tədbiri Nüşabə Ələsgərli, Yasin Qarayev və rəhmətlik Gülşən Qurbanova aparırdı, rejissor isə Məhərrəm Bədirzadə idi. O vaxta qədər Cəfərova kimi təqdim olunurdum. Amma bu tədbirdə səhnəyə çıxanda Nüşabə xanım məni Zahidə Günəş kimi təqdim etdi. Əvvəlcə utandım, sonradan Nüşabə Ələsgərli dedi ki, bu ad sənə uğur gətirəcək.

- Vizit kartınız hesab edilən mahnınız hansıdır?

- "Dünya" adlı mahnın çox məşhur idi. Hətta yaşlı nəsil də bu mahnının bəyənmişdi. Sözləri Bəxtiyar Qaracanın, musiqisi Mətanət Dadaşovanındır. Klipi isə Rövşən İsax çəkmişdi.

- Bəzən sizi Xumar Qədimova ilə müqayisə edirlər, hətta oxşadırlar. Hətta bildiyimə görə çox yaxın idiniz...

- Bəli, çox yaxın idik.

- Sonra nə baş verdi?

- Allaha and olsun ki, heç nə baş vermədi. Amma qarşı tərəfi deyə bilmərəm. Xumar Qədimovayla çörək kəsmişik.

- Çoxları hesab edir ki, bu janrda, bu stildə oxumağı Azərbaycana siz gətirmisiniz...

- Mən onu deyə bilmərəm. O yaşda məndən böyükdür. Ancaq öz yaşımı deməyəcəyəm. Tələbə vaxtı Neşe Karaböceyin mahnılarını oxuyurdum. Özüm Pedaqoji İnstitutun fortepiano şöbəsini bitirmişəm. İlk dəfə efirə də Karaböceyin mahnısıyla çıxmışam. O stili Azərbaycanda ilk dəfə mən oxumuşam.

- İstərdim ki, Xumar Qədimovayla aranızın dəyməsi barədə danışaq. Doğrudurmu ki, münasibətləriniz xəyanət üstündə pozulub? Yəni, sizin sevdiyiniz insan sonradan onu sevib...

- Qadın olduğuma baxmayın. Mənə elə xəyanət edən insanın başının kəsərəm. Amma elə bir şey olmayıb.

- Sizcə, niyə sənət adamlarının ail əhəyatları nadir hallarda uğurlu olur?

- Xaraktercə etibarlı və evdarlığa meylli insanam. Ona görə də özümü əksər müğənnilərdən fərqli sayıram. Ali təhsilli musiqiçi olsam da, evdarlıq, ailəcanlılıq daha çox xoşuma gəlir. Ailə qurandan sonra da mənə deyilmədi ki, efirə çıxma. Sadəcə, özümü ailəmə həsr etdim. Həm də elə zəmanə gəldi ki, efirə pul verib çıxanların sayı artdı. Efirə heç vaxt pul verməmişəm. Amma ola bilər ki, hansısa hədiyyə gətirmişəm. Dəfələrlə qohumlarım deyib ki, müğənniliyi qoy qırağa, ailə qur və bu sənətdən uzaqlaş.


İntiqam VALEHOĞLU




İmza:

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

Elman Rəfiyev: "O aktyora normal baxmıram" - MÜSAHİBƏ

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK