Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib Adalet.az | Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib

1944    |   2019-06-11 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub.

Universitetdən verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov "Fallo tetradası”ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib.

Cərrah "Fallo tetradası”nın 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsuru olduğunu söyləyib.

Onun sözlərinə görə, bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir. Bu zaman dəri və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaqların" inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalır. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstələr huşunu itirə bilər.

"Fallo tetradası”ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirməsi müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır.

Müalicə yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub. Medikamentoz müalicəyə baxmayaraq, uşaqda son aylar çəki artımı dayanıb, göyərmə tutması tezliyi isə çoxalıb. Kardiocərrah R.Həsənovun dediyinə görə, xəstənin dərhal əməliyyat olunmasına qərar verilib:

"Əməliyyat zamanı aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə mədəciklər arasındakı dəliyi bağladıq. Sağ mədəciyin çıxış yolundakı darlığı pulmonar qapağı qoruyaraq aradan qaldırdıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Xəstə 3 gün reanimasiyada təqib edildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirildi”.

Həkim bidirir ki, uşaq əməliyyatdan 10 gün sonra evə yazılıb.




İmza:

Kardioloq təhlükəli yuxu formalarından danışdı

Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

İndiyədək Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb

Qarayaraya yoluxan xəstələrlə bağlı son durum RƏSMİ

Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ

Sabirabadda qarayara xəstəliyinin törədicisini müəyyən etmək üçün araşdırmalar başlandı

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK