ANA SƏHİFƏ / TEXNOLOGİYA

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

16922    |   2019-06-10 10:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.

İyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda Bakcell "Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən Bakcell şirkətinin rəhbərinə təqdim olunub.

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti "Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə "Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi "Öz biznesinə başla və təkmilləşdir” layihəsi "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib.

Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan "Bakcell Stars” proqramını həyata keçirir. "Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclər üçünimkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir.




İmza:

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK