Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Binəqədidəki rezonanslı qətllə bağlı iki maddə ilə cinayət işi başlandı Adalet.az | Binəqədidəki rezonanslı qətllə bağlı iki maddə ilə cinayət işi başlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Binəqədidəki rezonanslı qətllə bağlı iki maddə ilə cinayət işi başlandı

16950    |   2019-06-08 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verən güllələnmə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.

Trend.az-ınməlumatına görə, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, iyunun 7-də Bakının Binəqədi rayonunda "BMW X-5" markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.

Nəticədə avtomobildə olan Mubariz Budaqli baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.

Hadisəni törədən şəxslər "BMW X-5" markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş şəxslərdən ikisi - Hüseynov Vüsal Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlu şübhəli şəxs qismində tutulub, həmçinin T. Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb.




İmza:

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Şəki sakinlərindən narkotik vasitə götürülüb

Polis 26 cinayətin üstünü “isti izlər”lə açdı

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

Bakıda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Narkotik alveri ilə məşğul olan "Volk Qədir” tutuldu

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı

DİN: İki gündə cinayət törədən 57 nəfər tutulub

SON XƏBƏRLƏR
2019-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK