Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nəyəsəklə Urğo Naçisin əhvalatı Adalet.az | Nəyəsəklə Urğo Naçisin əhvalatı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nəyəsəklə Urğo Naçisin əhvalatı

Qəşəm İsabəyli Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

15236    |   2019-06-07 17:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(nağıl)

1.

Başında dəri papaq, əynində dəri palto, əli əlcəksiz, ayağı ayaqqabısız Nəyəsək at arabasından düşən kimi özünü verdi bazarın gur yerinə. Gəl ki, düşmənlənləri addım-addım izləyirdi onu. Pambıq ağlığında qar, bıçaq itiliyində Xəzri, qılınc kəsərində soyuq, canavar misalındaaclıq... BayaqXəzrisəmtini dəyişib, ka­bab­xana bacasından çıxan tüstünü Nəyəsəkə tərəf burdu. Nəyəsəkdik atıldı –burnunu göyə tutub, yağlı, bo­zumtulhava­nıciyərlərinə çəkdi:

–Oxxxayy... ləzzətini uddum, ətini də yeyəydim!– O dəqiqə də yumruğunu alnına çırpdı. – Aaaa... – Əlini ci­bi­nə sa­lıb, bir 50 dollarlıq, bir də 50 manatlıq çıxarıb, tutdu göyə, sonra da gözlərinə yaxınlaşdırdı. Sanki saxta olub-olmadığını yoxlayırdı.Birdən qara üzünəal-qırmızı işıqçiləndi. – Bu boyda ömür yaşamışam, bir stəkan suyu da içməmişəm arvad-uşaqdan kənar. 15 manat özümə xərc eləsəm, boğazımda qalmaz, görəsən?!– Söz ağzın­dan çıxar-çıxmaz başını çi­yin­lərinə çəkdi – gözləri dirəndi bir nöqtəyə. – Aaa... bəs ar­va­d?! – Çox da fikir­ləş­mədi. – Evə çatanda qaş-qabağımı sallayıb, bir-iki ağız da ah çəkib, köks ötürərəm...

–Nə olub, ay kişicik?!

–Gənə də "kişicik”?!

–Nə qədər ki, ölməz çörəiyi verirsən bizə, kişi olmağa hünərin çatmaz!

–Hmmm...

–Burnun niyə yerlə gedir?!

–Soruşmasan yaxşıdır!

–Saçı uzun Saray xanımdan gizli işin də vaar?! Vallah, gözünün ikisini bir deşikdən çıxararam.

–Cibimə giriblər...

–Nəəə?!... – Bir az özünü cırıb-töküb, ci-ci-ciyildəyəndən sonra inanacaq.

Aclıq Nəyəsəki necə gic eləmişdisə, beş addımlıqdadayanıb, gözlərini onun pullarına zilləyən köhnə qon­şusu,cibgir Urğo Naçisi görməmişdi. Nəyəsəkin ona fikir vermədiyini bilən Naçisdalı-dalı çəkilib, özünü sox­du ka­bab­xanaya. Bir qədər pəncərədən çölə – qar altında dayanmış dostuna baxdı. Sonra başını eşiyə çıxartdı – əlini ağzına qoyub bağırdı:

–Nəyəsəəəəəək!

Nəyəsək dik atıldı – ayaqları havada titrəyib-əsibyerə dəyən kimi o üz-bu üzünə baxdı:

–Bu kimdi, görəsən?!

–Adə, burnunu bəri tut– kababxanaya!

Səs gələn səmtə çevriləndə Nəyəsəkinsevincdən qulaqları dik durdu:

–Urğooo! Xoş gördük! Xoş gördük! Neylirsən orda?!

–Nəyəsək, nə axmaq sual verirsən?!

–Dilçi alim kimi danışırsan, Urğo!Sualın da axmağı olur?!

–Kababxanada neyləyərlər?!

–Deyirəm... yəni cibində pulun var?

–Pul?! Mənimkində yoxdu, səninkindəolsun! Qardaş deyilik?!

–Yox-yox! – Nəyəsək büzüşdü, – nə danışırsan, mənim cibimdə heç qarışqa da şıllaq atmır.

–Ay Nəyəsək, siçanların Allahı məni haçan pulsuz qoyub?! Bəri gəl, boğazımızı yaş­la­­yaq.

Nəyəsəkbayaq atılıb girdi kababaxanaya:

–Oxqay! Nə yaxşı istidi bura! – İki dost qucaqlaşdı.

–Bu nə ətirdi vurmusan, Nəyəsək?! – Urğo onun çiyinlərindən tutub, özündən bir qədər araladı, dik gözlə­ri­nin içinə baxdı. – Tapdım. Tapdım. – Gözlərini qıyıb, pıçıldadı. – Ay qırışmaaaal... pul iyi gəlir səndən!

–Yox-yox, pul nə gəzir məndə?! – Nəyəsək onun sinəsindən itələdi. – Nə özüm işləyirəm, nə arvad. Bir yığın da havayı yeyən...

–Onlar kimdi?

–Uşaqları deyirəm.

–Qulağım dincdi.

–Evlənməməkdə kişi işi görmüsən!

–Nə yeyəcəyik, Nəyəsək?

–Mə-ən?! Mən heç nə!

–Bayaq axmaq sual vermişdin, indi də axmaq cavab verdin.

–Dilçi alim kimi danışırsan, Urğo. Bəlkə akademiyada-zadda işləyirsən?! Cavabın da axmağı olur?!

–Bəs kababxnaya oynamağa girmisən?

–Mani... mani... – Nəyəsək baş barmağıyla şəhadət barmağını cütləyib, bir-birinə sürtdü?!

–Nəyəsək, vallah,sən əvvəldən də gözüaçıq idin, indi görürəm bir az da üstünə qoymusan.

–Nə mənada?

–İngiliscə qırıldadırsan?!

–Ziyalı gərək ingiliscə bilsin!

–Mənim başım belə şeyləri bişirməz. Bir də ki, səni bura mən çağırmışam, pul mənlikdi!

–Çox sağ ol, əziz dost! Səni həmişə mərd görmüşəm!

Keçib stolundalında əyləşən kimi Nəyəsək burnunu havaya tutub, iylədi və əlini əlinə sürtdü:

–Ləzzət!

–Adə! – Urğo xörəkpaylayanı çağırdı.Oğlan çaparaqgəldi. –Nə verəcəksən bizə?

–Yaxşı atmilçəyi basdırması var, keçməli deyil.

–Elə bu?!

–Çəyirtkə kababı, tarakan xaşı, soxulcan borşu, qarışqa yumurtası da gəlib, istəsəniz, tut qu­ru­suyla qayğa­naq verərəm sizə. Barmağınızın beşini də yalayarsınız.

–Adə, bizim yumurta yeyən vaxtımızdı?!

–Bəy, borcumdu sizə xörəklərimiz haqqında məlumat verim!

Urğo Nəyəsəkə tərəf çevrildi:

–Əziz dost, ürəyin nə istəyir?

–Mənə iki şiş çəyirtkə kababı – antrikot olsun.

Xörəkpaylayan dəftərçəyə yazdı.

–İki şiş də mənə, yarım kasa da soxulcan borşu. Nəyəsək, duru yeməyəcəksən?

–Mənimki kababdı.

–Göy-göyərti, pendir, çörək də öz qaydasıyla.

–Bəs içməyə?

–"İstisu”...

–Uğro, deyəsən, yuxu görürsən!

–Yuxu?! Yatmışam, bəyəm?!

–Adə, "İstisu” Kəlbəcərdədi, Kəlbəcər də ermənilərdə.

–"İstisu” olmasın, "Badamlı” olsun!

–İki şüşə bəsimizdi. Amma sərin.

–Yox, mənim badamcıqlarımotaq temperaturundan kənar heç nəyə dözmür. ­– Nəyəsək əlini bo­ğa­zına sürtdü.

–"Badamlı”nın birini isit.

–Spirtli nə istəyirsiniz?

Urğo yenidən Nəyəsəkə baxdı:

– Əziz dost?

– İçki? Ruslar qədim Türk torpağı Krımı Ukraynanın əlindən alandan sonra, öz işğalçılığı şərəfinə araq bu­ra­xıb. Dayan-dayan, görüm, adını ya­dıma sala bilirəm?! –Nə­yə­sək xörəkpaylayanı köməyə çağırdı. – Bəlkə sən deyəsən?

–Nə?

–Krımı işğal eləyib öz torpaqlarına qatmaq şərəfinə Ruslar araq buraxıb ey...

–"Dovşan sidiyi”ni deyirsən?

–Hə,hə!

–Bizdə çəkilən olmasın, ha! – Urğo xəbərdarlıq elədi.

–Birbaşa Moskvadan alırıq.

–Bacıoğlu, qəlyanaltını tez gətir. Acından qarnımız adam kimi fit çalır. – Urğo xö­rək­pay­la­yana göstəriş ve­­rib, əlini qoy­du Nəyəsəkin çiy­ni­nə. – Maşallah, pis qalmamısan! Görünür, bəxtinə yaxşı arvad çıxıb.

–Arvadın yaxşısı olmaz!

–Bəs cavanlığının sirri nədi?

–Özümə baxıram.

–O da böyük şeydi! – Urğo Naçis ah çəkdi. – Amma mən yazığın nə baxanım var, nə də özüm-özümə ba­xa bilirəm!

Xörəkpaylayan cəld yaxınlaşıb, əlindəki məcməyini ortalığa qoydu.

–Adə, bu nədi? – Urğohirsləndi. – Kərə yağı nəyimə lazımdı günün günorta çağı?! Hələ süz­mə də gə­tirib!

–Bəy, nə istəyirsiniz, götürün, qalanını aparacam!

–Bir dənə kələm tutması, pendir, bir də göy-göyərti qalsın.

–İki diş də sarımsaq. – Nəyəsək dilləndi.

Xörəkpaylayan məcməyini götürdü:

– Nuş olsun!

Urğo əlini çörəyə uzatdı:

–Bismillah!

–Bismillah! – Nəyəsək də bir dilim götürüb, iyləyib, o üz-bu üzünə çevirdi. – Yaxşı bişiriblər.

–Buyurun, – xörəkpaylayan yenidən qayıdıb, ortalığa dovşanın dal ayaqları üstə dayanmış vəziyyətini əks

etdirən bir şüşə araq qoydu.

Urğo Naçis araq şüşəsini əlinə alıb, etiketini oxudu:

–Birinci dəfədi görürəm! –Sonra hərəyə yüz-yüz süz­­dü. – Götür, görək. – Nəyəsək ağzındakı tikəni tələsik udub, badəni qaldırdı. – Kimin sağlığına içək?

–Özümüzün desəm,bu, düzgün olmaz. – Nəyəsək dilləndi. – Çünki hələnəfəsimiz gedib-gəlir, deməli sa­ğıq.

–Sənin sözündən belə çıxır ki, biz ölülərin sağlığına içməliyik?

–Səbrin olsun! – Nəyəsək başını sikələdi. – İçək acların sağlığına!

–Allaha and olsun, başın işləyir, Nəyəsək! – Urğo badəni boyu bərabəri qaldırdı.

Xörəkpaylayan kababları da gətirdi:

–Ayrı bir qulluq?

–Tez-tez gəlib, başımızın üstünü kəsdirmə, qoy yediyimiz canımıza çıxsın. – Urğoonu acıladı.

Nəyəsək bir qabırğa kababıgötürüb, əvvəlcə iylədi, sonra da dişinə çəkdi:

–Həm əti təzədi, həm də həl bişib.

–Bura "Qəbələ” restoranlarından sonra birincidi.

Başladılar iştahla yeməyə.

–Nəyəsək.

–Can!

–Deyirəm, bu dünyada varlılardan yazığı yoxdu!

Nəyəsək əlindəki tikəni boşqaba qoyub, gözlərini zillədi Urğoya:

–Soruşmaq ayıb olmasın,bəs onda biz nəyik?!

–Biz varlılardan xoşbəxtik!

Nəyəsək lap çaşıb qaldı:

–Ac adamın özünə təsəlli verməsindən hünər iş tanımıram!

–Mən deyim, sən eşit.

–De.

Urğo əlindəki tikəni qoydu boşqaba:

– Götürək özümüzü. Bax, elə bil bir cüt ac ca­na­va­rıq, düşmüşük ka­ba­bın üstünə!

–Hmmm...

–Səbəbini deyə bilərsən bu vəhşiliyimizin?

–Sənin bu haqsız iddialarına mat qalmışam! Haçandan acıb, iştahla yemək vəhşilik hesab olunur?!

–Bax, atan oldu rəhmətlik, az dedin, düz dedin – acıb. Mən də onu deyirəm də, Nəyəsək. Yəni biz kasıblar acı­rıq.Bu yazıq varlılar aca bilmir axı! Ona görə də yemək xatirinə yeyirlər.Yəni, candərdi. O yemək də təzə qana dönmək əvəzinədönüb olur qan təzyiqi, köklük azarı, şəkər xəstəliyi. Sən bilirsən şəkər xəstəliyi nədi?

–Mən bir "şəkər” tanıyırıam, onunla da çay içirəm.

–Bu sənin xoşbəxtliyindi!

–Urğo, sən məni inandıra bildin, doğrudan da görürəm, dünyada varlılardan bədbəxti yoxdu! Gəl biz də kişilik eləyək!

–Necə?

–İçək onların sağlığına.

–Sözündən belə anlayıram ki, istəyirsən varlılar bir az da varlı olsun!

–Hələ bir yapış badədən. – Nəyəsək başını qaldırıb, dik-dikona baxdı.–Urğo!

–Can!

–İçək bu badələri aclığın nə olduğunu bilməyən varlıların sağlığına. Allah onları acdırsın!

Urğo sol əlini başı bərabəri qaldırdı:

–Tam səninlə razılaşa bilmərəm!

–Nəyi düz demədim?!

–Mən deyim, sən eşit – içək varlılarn sağlığına...

–Mən erməninin xaçına söyürdüm?!

Urğosol əlini açıb, dikinə tutdu, yəni "sakit ol”. Nəyəsək də sol əlini üfüqi şəkildə açıb irəli uzatdı, yəni "buyur!”.

–Nəyəsək, içək varlıların sağlığına. Allah onlaraayda bir-iki dəfə də olmuş olsa aclıq qismət elə­sin!

–Amin!

2.

Nəyəsəklə Urğo Naçis, yəni Kəsəyənlə Oğru Siçan gecə yarıyacan yeyib-içdilər. Axırda hərəsi başını öz tə­rəfinə qoydu – bir anda kababxananı xorultu basdı. Xörəkpaylayan ha çağırdı, ha bağırdı, ha tutub onları silkələdi, ayılma­dı­lar. Müdirin yanına qaçdı:

–Bəs bunların yeyib-içdiyinin xərcini kimdən alacam?!

–Qaçıblar?!

–Yatıblar.

–Gedək görək hansının cibində nə var.

Əvvəlcə Urğo Naçisin cibini eşələdilər – bir dənə çolaq qarışqa tapdılar.

– Bunun xasiyyəti onun-bunun hesabına yeyib-içmək olar. Pul nə gəzir bunda?!

Xörəkpaylayan Nəyəsəkin yan cibindən əlli manatı tapıb çıxartdı.

–Çatar?! – Müdir soruşdu.

–Çatmağına çatar, bəs mənim hörmətim?!

–O biri ciblərinə də bax.

Yan cibindən isə uzun bir siyahı çıxdı. Xörəkpaylayan diqqətlə heccələməyə başladı:

–25 iyun 2015-ci il. Bazarlıq siyahısı. Almalıyam – 7 dənə tarakan, 7 dənə arpa, 3 soxulcan, 1 ədəd çəyirt­kə...

–Dayan, dayan, hesab dərsi keçmə bizə. Döş cibinəbax!

Xörəkpaylayan 50 dolları da tapdı – uzatdı müdirə.

–Mənə niyə?! Xırdala, 2 manat zəhmət haqqını götür, qalanını da qoy yerinə.

–Bunlar elə burda da qalsın? – Xörəkpaylayan soruşdu.

–Yox, Nəyəsəki aparaq ataq zirzəmiyə, Urğo davakarın biridi, ayılanda özünü burda görməsə, bizimlə sa­va­şar.

Müdir başından, xörəkpaylayan ayağından yapışıb, Nəyəsəki götürdü.

–Pah atonnan! Soxulcana oxşayır, amma ağırlığına bax! – Müdir dilləndi.

–Səhərdən daşıyıb tökürəm bunların qarnına – 2 dənə "Dovşan sidiyi”, 12 andrikot, 4 "Badamlı”, 4 at­mil­çəyi basdırması...

–Yaxşı ki, partlamayıblar!

3.

Kababxana müdiriylə xörəkpaylayan yenidən salona qayıtdılar.

–Mən getdim, – Müdir paltosunu əyninə geydi. – Otaqları sil-süpür, stol-stulu səliqəyə sal, get evin­də ge­cələ!

–Burda qalmayım?

–Mətbəxin, bufetin ağzını yaxşı-yaxşı bağla, get. Gecən xeyrə qalsın! – Müdir qapıdan çıxdı.

–Xeyrə qarşı!

Xörəkpaylayan verilən tapşırıqları yerinə yetirib, gödəkçəsini əyninə taxdı. Kababxananın qapısını daldan bağlayıb, düşdü zirzəmiyə.

–Nəyəsək, yazığım gəlir sənə, gecə soyuq dəyər, xəstələnərsən, gəl min qucağıma! – Bayaq Nəyəsəki hoppadan götürüb aparıbqoydu Urğo Naçislə üz-üzə. – Baxım görüm pulların yerin­də­­di? – Yavaşca əlini saldı Nəyəsəkin döş cibinə, pulları çıxarıb başladı yenidən saymağa. –Dostum, yuxudan ayı­­lıb,cibini boş görsən, Urğodan yapışarsan. Amma bundan sonra yaxşı-yaxşı yadında saxla – ye­yib-içəndə yoldaşını tanı! Mən yazıq bir xörəkpaylayanam. Əlimdəndua eləməkdən başqa bir şey gəlmir – Gecən xeyrə qalsın, yuxun şirin ol­sun, Nəyəsək! – Xörəkpaylayan kababxananın qapısını bağlayıb, fitləyə-fitləyə at arabasına tərəf getdi.

4.

Yarım saat sonra kababxana müdiri qayıdıb gəldi. Qapını açıb,ayağını içəri qoyan kimi tələsə-tələsə gedib girdi zirzəmiyə. Nəyəsəki yerində tapmayanda gözləri bərələ qaldı:

–Ayılıb gedib bu?! – Tez atılıb yuxarı qalxdı. – Bıy! – O yan-bu yana baxıb, ya­vaş­ca yaxınlaşıb əlini saldı Nə­yə­səkin döş cibinə. – Baxım görüm pulların yerindədi?! – Baho!... cibin boşdu ki?! – Müdir Nəyəsəkin ayaq­qa­bı­sını belə soyundurub, içinə baxdı. – Həəə... quldur oğlu, quldur! – Xörəkpaylayanın dalıyca bir-iki də pis söz deyib, kababxanadan çıxdı! – Sabah səni işdən qovmaq mənə borc olsun! Bir ay deyil gəldiyi üçüncü də­fə­dir müş­­tərini soyur.

5.

Dünyanın hər bicliyini bilən Nəyəsək bir şeyi başa düşmədi ki, varlıların sağlığına içmək hələm-hələm ka­sıba xeyir gətirməz.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK