Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: AY MƏNİ OVUDAN ADAM... Adalet.az | Faiq QİSMƏTOĞLU: AY MƏNİ OVUDAN ADAM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: AY MƏNİ OVUDAN ADAM...

İstedadlı şair, tələbə dostum böyük Adil Cəmilin oğlu Orxan Cəmilin xatirəsinə

4950    |   2019-06-07 12:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünya belə gəlib, belə də gedəcək!.. Gün çıxıb, göy üzünün ortasında dayanıb və axırda da batıb. Göy guruldayıb, şimşək çaxıb, yağış yağıb və gün də bu yağışı qurudub. Dünyanın bizim istəyimizdən asılı olmayaraq, öz yaranışı, öz mizan-tərəzisi, öz sevgisi var. Dünya biz insanları ağuşuna alır, ana kimi layla çalır və günlərin bir günündə də Allahın dərgahına qovuşdurur...

... Əslində elə insan dünyaya gələndə göz yaşıyla gəlir. Və bunun özü o deməkdir ki, hər şeyin əvvəli olduğu kimi, sonu da olacaq. Ancaq bu dünyada bir təsəlli də var: çünki insan var ki, uzun ömür yaşayır və sonra da Allahın dərgahəna dönüş eləyir. Ömrü qırılan, hələ ağacdakı yarpaqları kimi pöhrələnməmiş cavanları, gəncləri itirəndə isə heç cürə bununla razılaşmaq olmur. İnsan özündən də çox, həyatından da çox övladını, balasını sevir...

... Və mənim tələbə dostum Adil Cəmilin hansı çətin yolla addımladığını biz daha yaxşı bilirik. Çünki o böyük insan, o böyük şair bugünkü zirvəyə, ucalığa heç kimin köməyi, heç kimin arxası, heç kimin söykəyi olmadan qalxa bilib. Hətta o universitetə qəbul olanda da bir gözü ağlayıb, bir gözü gülüb. Çünki onda da Adil çox çətin anlar, çox çətin günlər, aylar yaşayıb. Amma heç vaxt, heç zaman bu çətinliyini, bu sıxıntısını nə doğmalarına, nə də biz tələbə yoldaşlarına bildirməyib. Bildirsəydi heç Adil Cəmil olmazdı axı!

Adil həyatın hər üzünü görüb, hər dərdini, kədərini yaşayıb. Həyatın dərdini, kədərini və sərt üzünü görən bu böyük adam heç vaxt Allahından küsməyib. Deyib ki, bu çətinlikləri bəxş eləməklə Yaradan məni sınağa çəkir. Ən çətin anında səbrini itirməyib və yenə Allaha sığınıb.

Oğlu Orxanın dünyasını dəyişdiyi gündə də Allah-Təala ona dərdlə yanaşı, bir böyük səbr də verib. Biz Adili həmişə dərdin üstünə yeriyən bir bütöv şəxsiyyət kimi tanımışıq. Və Orxanı itirəndə də hətta onun ağır günlərində də Adilin çöhrəsindəki və gözlərindəki həyat eşqi sönməyib. Bir daha mən bu cizgiləri Orxanın yas mərasimində Adilin çöhrəsində gördüm. Bundan böyük dərd ola bilməz. Amma Adilin o dərddən də böyük qəlbində, həyatında olan həyat eşqidir. Heç bir dərd, heç bir kədər, heç bir ələm onu öz ağuşuna çəkib apara bilməyib və indi də apara bilmir.

Adil Cəmil mənim üçün çox doğma, çox əziz, çox da səmimi bir insan olub. Özünün ən ağır günündə mənim dərdimə, ağrıma, acıma söykək verib. Hətta oğlumu İrana aparmamışdan öncə təsəlli verərək dedi ki, sən İrana get, uşağa çarə tapılacaq. O, mənə təsəlli verəndən bir neçə gündən sonra Orxanı Türkiyəyə apardı. Orda da qaraciyərinin dəyişdirilməsi ilə bağlı çox əziyyətlər çəkdi. Bir gün ona telefon açdım. Dedi başım Orxana bərk qarışıqdı. Amma mən dincəlmirdim, tez-tez ona zəng vururdum. Bir gün də zəng vuranda telefonunu yeznəsi qaldırdı. Dedi ki, Adil əmi möhkəm yorulub yatıb. Soruşdu kimsən? Dedim ki, Adilə deyərsən ki, Faiq zəng eləmişdi. Sonra Adil axşam mənə zəng vurdu və dedi ki, narahat olma, donor tapmışıq, 3-4 gündən sonra əməliyyat olacaq.


Mən oğlumu İrana apardım. Ordan da yenə yeznəsiylə əlaqə yaratdım. Dedilər əməliyyat olunub, hər şey yaxşıdı. Bir müddət keçəndən sonra öyrəndim ki, artıq Adil Türkiyədən qayıdıb. Nəşriyyatın 1-ci mərtəbəsində görüşdük. Sifətindən yorğunluq tökülürdü. 3 ay idi ki, Türkiyədə olmazın əzab-əziyyətini yaşamışdı. Ancaq bunların heç birini heç kəsə demir və heç kimə də bildirmirdi.

Tez-tez görüşürdük və həmişə də öz dərdi yaddan çıxar, oğlum Emili soruşurdu. Mən də deyirdim yaxşıdı. Bəs Orxan necədi? Orxan da pis deyil. Həkimlər deyir ki, aprel, may ayında yaz fəsli olduğu üçün bir az hər şey çətin keçir. Dərmanları da gərək vaxtında atsın.

Mən çox dərdli adam görmüşəm. Və həmin dərdli adamlar elə öz dərdinin içində itib-batıb. Amma Adilin böyüklüyü odur ki, o boyda dərdin içində mənim oğlumla maraqlanırdı. Axı atalar yaxşı deyib: "Dərdli dərdlinin dərdini anlar”. Adil həmişə belə olub. Özündən çox özgələrini, daha doğrusu, doğmalarının, əzizlərinin dərdiylə oynayıb. Çalışıb ki, onların dərdini hansı bir hərəkətiyləsə yüngülləşdirsin və həmişə də buna nail olub. Yadıma Adilin bu qeyri-adi hərəkətləri düşəndə böyük Ramiz Rövşənin aşağıdakı misralarını xatırlayıram:

Görən səni kim ovudur

Ay məni ovudan adam?

Özgə dərdi görən kimi

Dərdini unudan adam.

Görən indi Orxansız keçən günlərdə Adili kim ovudur? Adili ovudanlar minlərlə onun oxucusu, minlərlə onun dostu, minlərlə onu təmiz qəlbinə və ürəyinə görə sevənlərdi. O insanlar ki, Adilin dərdini öz dərdi bilirlər... O insanlar ki, Adilin ağır günündə hamı onun başına yığışdı... O insanlar ki, Orxanın yas məclisində iynə atsan adam əlindən tərpənmək olmurdı... O insanlar ki, ürəyini çıxarıb Adilə vermək istəyirdilər. Və Adil də bunların hamısını çox gözəl görür və bilir.

Adili çox insanlar sevirlər. Onun saya-hesaba gəlməyən dostları var. Və o dostlar onun dərdinin altına çiyin veriblər. Və o dostlar Adil Cəmilin ən ağır günündə onu tək qoymayıblar və "qorxma” deyiblər.

... O böyük insan, o böyük ürək sahibi oğlu üçün aman Allah, nə eləmədi?! Hətta deyirdi ki, Orxanın əməliyyat zamanı palatada yatmadım, yanında qaldım. Bir də gördüm ki, onda qanaxma olub. Tez həkimləri çağırdım, dedilər nə yaxşı burda olmusan. Yoxsa hər şey məhv olardı.

Adilin elə bir ürəyi var ki, o ürəyə bəlkə də dünya sığar. O ürəkdə bir damla da olsun kin, küdurət ola bilməz. Adil Kəlbəcərdən Bakıya hansı ürəklə gəlibsə, hansı duruluqla addım atıbsa, o elə o duruluqda, o təmizlikdə də qalıb. Çünki Adilin nəsli, kökü və keçmişi halallıq üstündə yoğrulub.

Hüseyn Arifin gözünün ağı-qarası bir oğlu avtomobil qəzasında dünyasını dəyişəndə böyük BəxtiyarVahabzadə bir şeir yazmışdı. Həmin şeirin bir misrası yadımda qalıb: "Mən sənə təsəlli verirəm, oğul vermirəm...”. Bizim hamımız bu gün Adilə təsilli veririk və əlimizdən bundan artıq bir şey gəlmir. Və biz onu da eləyə bilirik ki, bu ağır gündə Adili tək qoymayaq, onun yanında olaq.

Adil Cəmil, sən ata kimi Orxan üçün nə lazımdır onu elədin. Dünyanın bu başından o başına getdin. Bir ətək pul xərclədin, "uf” da demədin. Halal xoşu olsun! Amma hər şey Allahdan asılıdır və heç kəs ölmür. Sadəcə olaraq, dünyasını dəyişənlər müvəqqəti dünyadan əbədi dünyaya üz tuturlar. Orxan da Allahın dərgahındadır. Və Allahın dərgahında olan adamlar bizdən yüz dəfə, min dəfə Yaradana daha yaxın, daha doğmadır.

Allah səni bu çətin məqamda, bu çətin anda tək və tənha qoymaz. Sənə dünya boyda bir səbr də verər. Axı sən heç kimə bənzəməyən, heç kimə oxşamayan böyük Adil Cəmilsən! Axı sən Ramiz Rövşənin diliylə demiş olsaq, "özgə dərdi görən kimi dərdini unudan adamsan”. Dərdini unudan adamı isə Allah hamıdan çox istəyir. Və səni də Allah bizim hamımızdan çox sevir!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK