bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Bakıda keçiriləcək AVRO-2020-nin oyunlarına bilet qiymətləri açıqlanıb Adalet.az | Bakıda keçiriləcək AVRO-2020-nin oyunlarına bilet qiymətləri açıqlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Bakıda keçiriləcək AVRO-2020-nin oyunlarına bilet qiymətləri açıqlanıb

9338    |   2019-06-07 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb.

 2020-ci ilin 12 iyun-12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.

Oyunlara rekord sayda – üç milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni "LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

‘Fans First’ (Öncə azarkeşlər)

  • UEFA AVRO-2020 turnirinin tamaşaçı biletlərinin 82%-i iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub;
  • 44 oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq;
  • Londonda keçiriləcək iki yarımfinal və final oyunlarına biletlərin 40 minini 100 avrodan daha ucuz qiymətə əldə etmək mümkün olacaq ;
  • Satışların ilkin mərhələsində bilet üçün müraciət etmiş, lakin bilet əldə edə bilməmiş azarkeşlər bilet alışı üçün yeni imkanlar olan kimi (digər müraciətçilərin uğursuz ödənişləri və ya bilet qaytarmaları səbəbindən), birinci məlumatlandıracaqlar.

Bilet məhsulları

Biletlər seçim üzrə iki növə bölünəcək:

  • Fərdi biletlər: Bir stadionda bir matç üçün biletlər;
  • "Komandamı təqib edirəm" biletləri (2019-cu ilin dekabr ayından başlayaraq): Oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsi matçında iştirakına imkan yaradan biletlər. Əgər komanda yarışı pley-off mərhələsindən öncə tərk edərsə, o zaman bilet üçün edilmiş ödəniş azarkeşə tam şəkildə geri qaytarılacaq.

UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxs üçün də pulsuz yerdən ötrü müraciət edə bilərlər.

euro2020.com/tickets vasitəsi ilə bilet müraciəti üçün müddət

2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa Çempionatı ilə müqayisədə 50% çoxdur.

2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı, iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% çoxdur. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq.

Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO-2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.

Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnızeuro2020.com/ticketsveb-səhifəsində satılacaq.

Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun-12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir.

Biletlərin kateqoriya və qiymətləri

AVRO 2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb.

A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir.

Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə, Bakıda keçiriləcək 1/4 final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək 1/4 final matçlarının biletlərinə nisbətən daha ucuzdur.

A qrupu: Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq

Qrup mərhələsi və

1/8 final

1/4 finallar və açılış matçı (Münhen, Roma, Sankt-Peterburq)

Kateqoriya 3

€50

€75

Kateqoriya 2

€125

€145

Kateqoriya 1

€185

€225

B qrupu: Bakı, Buxarest və Budapeşt

Qrup mərhələsi və

1/8 final

1/4 final (Bakı)

Kateqoriya 3

€30

€30

Kateqoriya 2

€75

€75

Kateqoriya 1

€125

€125

Yarımfinallar və final:London

Yarımfinallar

Final

"Fans First”

€85

€95

Kateqoriya 3

€195

€295

Kateqoriya 2

€345

€595

Kateqoriya 1

€595

€945

Hər bir ev sahibi ölkədə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) bilet qiymətinə daxildir və bu, UEFA tərəfindən ödəniləcək.

Rəsmi "Yenidən Satış” platforması

Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə biletlərinieuro2020.com/ticketsveb-səhifəsi vasitəsi ilə nominal dəyərə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam məbləğdə geri almalarına şərait yaradır.

Qonaqpərvərlik paketləri

12 iyun 2019-cu il tarixindən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri mövcud olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur. Daha ətraflı məlumat üçüneuro2020.com/hospitalitylinkinə nəzər yetirin.




İmza:

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi

Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb

Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb

BƏXTİN OLSAYDI «SƏBAİL»DƏ YOX, «MİLAN»DA OYNAYARDIN

“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi

Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI

Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı

“Bizi çətin qarşılaşmalar gözləyir” - Qurban Qurbanov

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK