viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil Abbas: “Deputat kütlə içində olmalıdır” Adalet.az | Aqil Abbas: “Deputat kütlə içində olmalıdır” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Aqil Abbas: “Deputat kütlə içində olmalıdır”

“Demişəm ki, aprel şəhidləri haqda film ”Dolu"dan yaxşı olmasa, çəkilməsin"

15146    |   2019-06-06 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həmsöhbətimiz yazıçı-deputat Aqil Abbasdır. Parlamentdə futbolu onun qədər dərindən bilən, fanat kimi izləyən çətin ikinci belə parlamentari olsun. Onunla hər şeydən danışmışıq - futbolumuz, Avroliqa finalı, yaradıcılığı, yeni yazarlar, sosial şəbəkələrin gündəmi və s.

Adalet.az "Yeni Müsavat”a istinadən Aqil Abbasın müsahibəsini təqdim edir:

- Aqil müəllim, tez-tez futbol barədə məqalələrinizə rast gəlirəm. Yeni roman yazmırsınız?

- Yazıram, hazırda iki roman üzərində işləyirəm. Sadəcə, futbol xəstəliyimdir. Həyatda vərəm, narkomaniya və başqa xəstəliklərin müalicəsi var, amma bir futbol xəstəsi, bir də dəli müalicə olunmur.

Futbol xəstələri də dəli kimidirlər. Mən uzun müddət "Qarabağ” klubunun yaşaması üçün nə qədər əziyyət çəkmişəm. İndi sağ olsunlar, komandanı yaşatdılar, ayağa qaldırdılar, bu gün Ağdam klubu özünüz də görürsünüz ki, hansı yerə qalxıb.

- UEFA reytinqində 70-cidir, çox klubları geridə qoyub...

- Bəli, "Milan”, "Real Sosiedad”, "Feyenord” kimi nəhəng klublardan irəlidəyik. Hələ darıxmayın, "Qarabağ” çox qabağa gedəcək, yavaş-yavaş düzələcək. Allah Qurban Qurbanova cansağlığı versin, komandanı irəli aparacaq.

- Amma çempionatda cəmi 8 komanda yarışır. Bununla inkişaf olarmı?

- Mənim üçün "Xəzər Lənkəran”, Tovuzun "Turan”ı, Gəncənin "Kəpəz”i əzizdir. Biz regionların klublarını qaytarmalıyıq, 16 komanda çempionatda olmalıdır. UEFA deyir ki, onlar azarkeş qəbul edə bilmirlər. Olmayan Ağdam necə qəbul edir, Tovuz edə bilmir? Ağdam hər il Avropaya gedir. Biz bəzən hər şeyi AFFA-nın üzərinə qoyuruq. Elə deyil. Ver pulu Lənkərana, Gəncəyə, Tovuza, Masallının "Viləş”, Yevlağın "Karvan” komandalarına, gör necə oynayacaqlar, qəbul edəcəklər. Məsələn, "Keşlə” komandası var, onun oyununa uzağı 300 adam baxmağa gəlir. Amma Lənkərana, Tovuza minlərlə azarkeş toplaşacaq. "Səbayel” klubunun oyununa da bir o qədər azarkeş gəlir. Bakıda "Neftçi” var, vəssalam.

- Niyə bugünkü Premyer Liqamız "Abşeron birinciliyi”nə çevrilib, nə üçün bölgə komandaları kənarda qalıb?

- Mən onu demərəm, yaxşı qonorar verin, deyərəm (gülür - E.S)

- Axı reallıq budur ki, "Qəbələ” və "Qarabağ” istisna, hamısı Abşeron komandalarıdır...

- Bilirsən, dədə, mən parlamentdə bəzən vaxt olanda Rövnəq müəllimlə futbolumuzdan dərdləşirəm, futbolun taleyindən danışıram. O da hər şeyin yaxşı olmasını istəyir, futbolumuzun yaxşı olması uğrunda hər şeydən keçməyə hazırdır. Ancaq tək ondan asılı deyil, müəyyən şeyləri edə bilmir, gücü çatmadığı məsələlər var. Bizdə bir çox günahları, problemləri AFFA-nın baş katibi Elxan Məmmədovun üstünə qoyurlar, axı o məsələlər ondan asılı deyil. Baxın, necə gözəl Avroliqa finalı təşkil elədilər, 204 ölkə yayımlandı. İpə-sapa yatmayan, çılğın, harada oldusa dava salan ingilis azarkeşləri gəlmişdilər, hər şey sakit keçdi. Dünyada əsas iki idman yarışı var - olimpiada və futbol. İslam Oyunlarına 10-15 ölkə gəlirsə, bu yarışlara əksər dünya ölkələri gəlirlər. Futbol da mənim yaralı yerlərimdən biridir, bu barədə köşələr yazıram.

- Dediniz iki roman yazırsınız, mövzu nədir?

- Romanlardan biri Hüseyn Cavid, Məhəmməd Hadi və Məmməd Arazdı. Onlar əzablar çəkirlər və üçü də cənnətə gedirlər. Biri isə Rəmiş haqda romandır. Rəmiş addır. Son əsərlərimdə adam adları yoxdur. İndi bu Rəmiş şeytandır, mələkdir, insandır, onu oxucu nəticə çıxaracaq.

- "Dolu” romanınızda da adlar yox idi. Yeri gəlmişkən, kitab oxundu, film çəkildi. Son vaxtlar Qarabağ mövzusunda belə romanlar, filmlər niyə azdır?

- Yox, niyə ki yazılır. Dövlət tərəfindən maliyyə ayrılıb, aprel şəhidləri haqda film çəkilir, ssenari müəllifi özüməm. Demişəm ki, aprel şəhidləri haqda film "Dolu”dan yaxşı olmasa, çəkilməsin.

- Cavan yazarlar Qarabağ, müharibə mövzusuna demək olar ki, toxunmurlar. Bəlkə yaşları çatmır, müharibənin əzablarını yaşamayıblar?

- Gənc yazıçıların qələmə aldıqları eşitdikləridir, bu da şablon əhvalatlar olur. Çünki tarixi oxumurlar. Gərək işin içində olasan. Mən Qarabağ xanlığı haqda yazmışam, bəyəm o dövrü görmüşəm?

Amma 500-dən çox tarixi mənbə oxumuşdum. İndi bu cavanlar da 100 il sonra yazarlar. Birinci növbədə keçmişi, tarixi bilməlisən. Bir dəfə İctimai Televiziyada veriliş gedirdi, cavan oğlan qayıtdı ki, Ağdam müharibəsindən yazmışam. Sənin yaşın heç Ağdama çatmır. Ordan-burdan eşitmisən, əminin, dayının gopun yazmısan, filmlərə, Çingiz Mustafayevin, Mirşahinin çəkdiklərinə baxıb yazmısan.

- Gənc yazarlar demişkən, kimləri bəyənirsiziniz?

- Bəyəndiyim yazıçı, şairlər çoxdur. Aqşin Yeniseyi, Kəraməti, Şərif Ağayarı, Zahir Əzəməti, Qisməti bəyənirəm. Ayxan Ayvazın hekayələri yaşına görə yaxşıdır. O yaşda belə yaxşı hekayələr yazan yoxdur.

Hamısını oxuyuram. Bəyənmədiklərim də ola bilər. İndi biz gənc yazarlar deyirik, çoxu cavanlıq yaşını keçib, Şərif Ağayar, Etimad Başkeçid cavan deyil axı.

- Baxın, metroya, avtobusa minəndə kütlə Anarı, Aqil Abbası, Çingiz Abdullayevi tanıyır, dediyiniz yazarları çoxu tanımır amma...

- Niyə tanımır, yaxşı tanıyırlar, oxuyurlar. Özü də onlar yaxşı dövrə düşdülər, sosial şəbəkələr var, yazırlar, paylaşırlar.

- Sosial şəbəkədən istifadə edirsiniz?

- Yox, eləmirəm.

- Niyə?

- Buna vaxtım olmur, parlament fəaliyyətim var. Rəhmətlik Vaqif Səmədoğlu kimi qocalanda feysbuka qoşularam.

- Sosial şəbəkədə sənətkar, yaradıcı adam metroya, avtobusa minməlidir ya yox müzakirəsi gedir. Siz metrodan istifadə edirsiniz?

- Hərdən tıxaca düşmüşəm, metro ilə getmişəm. Burada qeyri-adi heç nə yoxdur. Amma gizlətməli nə var ki, avtomobilimlə daha çox gedib-gəlirəm. Amma ən sevdiyim elə kütlədir, kütlə ilə birgə olmaqdır. O gün Musa Urud, İlham Məmmədov və mən Füzulidə dövlət tədbirindəydik, oradan Ağcabədiyə, sonra Ağdama getdik, gəzdik, camaatın içində olduq, nərd oynadıq. Deputat kütlə içində olmalıdır. Bu gün müəyyən deputatlar var ki, metrodan istifadə edir, amma çoxunun maşını var.

Emil SALAMOĞLU,
"Yeni Müsavat”




İmza:

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

Rəşad Məcid: "Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam" - MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

"İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb"

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK