Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda dəstə saxlanıldı - 5 kiloqram heroin və metamfetaminlə Adalet.az | Bakıda dəstə saxlanıldı - 5 kiloqram heroin və metamfetaminlə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda dəstə saxlanıldı - 5 kiloqram heroin və metamfetaminlə

15890    |   2019-06-04 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda 55000 manata 1 kiloqram 310 qram narkotik vasitə metamfetamin satmaq istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, onlardan əlavə olaraq 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.

Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Samir Babayev və Lənkəran şəhər sakini Vüqar Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10,188 qram heroini 55000 manata satmaq istəyən zaman saxlanılıblar. İstintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü Beyləqan rayon sakini Osman Əhmədov da tutulub. Saxlanılan şəxslərə məxsus "Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqram 015 qram, O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqram 022 qram satış üçün nəzərdə tutulan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:

Bakıda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Narkotik alveri ilə məşğul olan "Volk Qədir” tutuldu

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı

DİN: İki gündə cinayət törədən 57 nəfər tutulub

Axtarışda olan 123 nəfər saxlanılıb

Bakıda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK