hacklink Adalet.az | Nazpəri Dostəliyeva onu qınayanlara CAVAB VERDİ: “Mən bu mövzuya əlavə...” Adalet.az | Nazpəri Dostəliyeva onu qınayanlara CAVAB VERDİ: “Mən bu mövzuya əlavə...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Nazpəri Dostəliyeva onu qınayanlara CAVAB VERDİ: “Mən bu mövzuya əlavə...”

15604    |   2019-06-03 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq artisti Nazpəri Dostəliyevanın ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində səsləndirdiyi "ictimai nəqliyyat sənətkar üçün deyil” fikirləri müzakirələrə səbəb olub.

Bəzi sənət adamları xalq artistini bu fikirlərinə görə qınayıb və ona özünəməxsus şəkildə cavab veriblər.

Belə ki, Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadənin iştirakı ilə video-çarx hazırlanıb.Videoda B.Bağırzadənin sənətkar olduğu üçün metroya buraxılmadığı əks olunub.

Müğənni Elton Hüseynəliyev isə həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə olan fotosunu paylaşaraq "Sadəlik avtobusa minmək deyil, hər an, hər dəqiqə tərbiyəni və özünü unutmamaqdır. Sadələrə eşq olsun” sözlərini yazıb.

Müğənni bununla da kifayətlənməyib, başqa bir paylaşımında Nazpəri Dostəliyevanın fikirlərini mənasız adlandırıb:


"Nazpəri Dostəliyeva siz çox səhv və mənasız fikir irəli sürmüsünüz, təəssüf... Sənətkarın sənəti zirvədə olmalıdır, evinin damı, maşınının qiyməti yox. Siz deyəsən, toylara getdiyiniz ilk vaxtları unutmusunuz – həyat budur”.

Məsələnin aktuallığını nəzərə alaraq, xalq artistinə fikirlərinin qınaq obyektinə çevrildiyini xatırlatdıq. N.DostəliyevaModern.az-a açıqlamasında bu fikirlərin heç bir əhəmiyyətinin olmadığını bildirdi:

"Bununla bağlı fikrimi demişəm. Kim nə istəyir desin. Mən bu mövzuya əlavə fikir bildirmək istəmirəm”.

Xalq artisti "bitdi” deyərək, əlavə şərh verməkdən imtina edib.

Xatırladaq ki, müğənni ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində "ictimai nəqliyyat sənətkar üçün deyil” fikirlərini səsləndirib. O sözlərinə "Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl,bunlar.

Düz yol gedirəm, kimsə "Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamı ilə şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”, -deyə bildirib.



İmza:

Müğənnilər arasında “Çikantaro” QALMAQALI

Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO

Azərbaycanlı aparıcı: Kişi kişi ilə sevişir, kimə ərə gedim?

Bakıya gələn “Altın Kelebek”in siması Demet Özdemir: Bu qədər məşhur olacağımı xəyal etmirdim

Azərbaycanlı bloqerin evliliyi dörd ay çəkdi

Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab

Maykl Ceksonun məşhur corabları hərraca çıxarılacaq

Aybəniz Haşımova əsəbiləşdi: Mənim uşağımı bezdirdilər - VİDEO

Elza Seyidcahanın anasına qarşı dələduzluq

"Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm" - Namiq

Fədayədən "Qoca"nın məzarını ziyarət edəcəksiniz?" sualına qısa cavab

"Mənə təkcə Röya pul verir" - Ramal

SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK