viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MAHİR QABİLOĞLUNA MƏKTUB Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MAHİR QABİLOĞLUNA MƏKTUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: MAHİR QABİLOĞLUNA MƏKTUB

Əslində bu məktub deyil, fikir bölüşməkdir

3544    |   2019-05-30 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizim Mahir Qabiloğlu! Hal-əhval tutmadan birbaşa səninlə bölüşmək istədiyim fikirlərimi diqqətinə təqdim edirəm. Çox sağ ol ki, yenicə işıq üzü görmüş, bəlkə də oxucularının hamısının hələ xəbərdar olmadığı romanını mətbəə qoxusu canından çəkilmədən mənə bağışladın. Özü də kitabı təqdim edəndə əziyyətə qatlaşıb bir cümlə də olsun aftoqraf da yazmadın. Bunu sözgəlişi deyirəm. Çünki mən aftoqraflı kitabları xüsusi hədiyyələr siyahısında görürəm. İnşallah, bir də belə etməzsən. Təbii ki, mənə növbəti kitablarını bağışlayanda...

Əzizim Mahir! Sənin "İtbaşı” romanının birinci hissəsini oxumağa başlayanda düzünü deyim ki, bir az tərəddüdlü durumdaydım. Çünki romanın adı mənə yapışmırdı, dilimdə qəribə səslənirdi və hətta bir az ironik görünürdü. Sanki romana adı özün qoymamışdın, kimsə sənə bir lağlağı edirmiş kimi ad təklif edibdi və sən də bununla razılaşmısan qəlbə dəyməmək üçün. Amma elə buradaca əlavə edim ki, romanın 1-ci hissəsini oxuyub bitirəndən sonra ad məsələsində etdiyin yalnışlığı bütün detallarına qədər tuta bildim. Gördüm ki, bu sənin öz romanına bir qoruyucu şinel kimi tapdığın addı. Və bu adın içərisində olan obraz da elə həmin o qoruyucu şinelin içərisində təkcə ətrafındakıları yox, həm də hadisələri yönəldir və göstərir.

Roman boyunca hadisələr elə cərəyan edir ki, oxucu həm iştirakçıya çevrilir, həm də tamaşaçıya. Hətta hərdən mənə elə gəlir ki, kiminsə sakit bir yerdə oturub etdiyi söhbəti dinləyirəm. Bu da romanla baş-başa qalan oxucunun həmin çevrədən çıxıb getməyə, ayrılmağa qoymur. Təsəvvür et ki, mən bu romanın 1-ci hissəsini oxuyub başa vurandan sonra hiss etdim ki, oxu prosesində sol əlimdən bərk-bərk tutan obrazlar, hadisələr, xüsusilə əsərin baş qəhrəmanı Göyverən şah əlimi buraxdı. Yəni artıq mən həmin söylədiklərimin əlimi rahat buraxıb düşünmək imkanı qazanan oxucuya çevrildi. Və düşündüklərimi də bir neçə gün öz-özlüyümdə ələməyə, onun məndə yaratdığı assosiasiyanı sözə çevirməyə çalıdım...

Bəli, həmin bu prosesdə ağlıma ilk gələn nəticə bu oldu ki, sən Azərbaycan oxucusuna maraqla oxuya biləcəyin bir roman bağışlamısan. Və bu romanda sənin öz yazı üslubun elə ilk abzaslardan hiss olunur. Mən az-çox sənin yaradıcılığınla tanış olduğuma görə, bu romanın üzərində adın, soyadın olmasa belə, onun sənə məxsusluğunu şübhəsiz təyin edə bilərdim. Axı sən öz üslubunu heç vaxt yersiz, bayağı, məsələyə dəxli olmayan fikirlərlə, sözlərlə görüntüləməyə, təqdim etməyə maraq göstərmirsən. Necə deyərlər, sənin qələmin sənin özünün olduğun, göründüyün, danışdığın kimi ifadə edir. Elə bu romanında da həmin söylədiklərim açıq-aydın görünür. Və mən romanı oxuduqca bir yazı-pozu adamı kimi daxili müqayisələr aparırdım. Yəni bu romana qədər oxuduğum Çingiz Aytmatovun, Yusif Səmədoğlunun, İsa Muğannanın, Seyran Səxavətin oxucu dünyamıza bəlli olan əsərlərini, onların süjet xəttini, hətta müəyyən hallarda bütünlüyünü gözümün önündə canlandırırdım. Tam səmimi deyim ki, adlarını çəkdiyim müəlliflərin əsərlərinin texnologiyasını sizin romana da müəyyən təsirini duydum. Ola bilsin ki, bu bir üslub olaraq görünür. Amma mən özüm-özlüyümdə bir oxucu kimi bu qənaətdəyəm ki, fikrə qoşulmalar, ədəbi məktəblərin təsiri normal bir haldır və bundan da nə qorxmaq, nə də faciə düzəltməyə ehtiyac yoxdur.

"Sənin” romanında təsvir olunan ərazi, yəni məkan, təqdim olunan dövlət və onun əhalisi bir yazıçı təxəyyülüylə ortaya qoyulsa da, ayıq oxucu müəyyən ştrixlərdən həm məzmunu, həm də mahiyyəti görə bilir. Yəni kimsə bu dövləti, bu ərazini xəritədə axtarmır. Həmin coğrafi məkan Şərqin müəyyən bir hissəsidir. Və baş verən hadisələr də təkcə xəyalın məhsulu deyil, həm də sənin bir yazıçı kimi ayrı-ayrı istiqamətlərdə apardığın müşahidələrdən çıxarılan nəticənin yekun ifadəsidi. Burada obrazların adlarından tutmuş onların danışıq üslubları, yəni dilləri, dinləri və dövlətçilik mexanizmləri Şərq dövlətlərinin istənilən birinə aid edilə bilər. Ən maraqlısı mənə görə, romanın adını özündə ifadə edən, hələki arxa planda qalan, qoruyucu şinelin içərisində olan İtbaşı obrazıdı. Mən bu obrazı bir az Bəhlul Danəndəyə, bir az Vəzir Allahverdixana, hardasa bir az Dədə Qorquda bənzətdim. Yəni bu hələ oxucuya özünü göstərməyən, kimliyini açıqlamayan obraz, yəni İtbaşı dövlətin idarə olunmasında qiyabi iştirak edir. Amma hadisələrin əvvəlini də görür, sonunu da, bəzən onu yönəldir. Əsər boyu dövlətin vergi, maliyyə, hərbi siyasətləri açıqlansa da, onun bir məqamı xüsusi olaraq qabardılır. O da əslində hər şeyin şaha və şahın kölgələrinə qulluğun ifadəsidi. Bir az da açıqlasam, dövlət xəzinəsindən tutmuş dövlətin hər bir gəlirli, mənfəətli sahəsi ancaq yuxarı qatın xidmətindədir. Bunun təqdimatı isə xalqdan gələn dəstəklə obrazlı desəm, çiçəkləndirilir. Yəni xalq həm iqtidarını sevir, həm ona itaət edir, həm ona dayaq olur, həm də ondan çəkdiklərini "belə olmalıdır!” kimi qəbul edir.


Mən romanı oxuduqca siyasi hadisələrə mədəni-kütləvi hadisələrin, dini məqamların necə ustalıqla qarşıdırdığını da gördüm. Hətta sən dinamik şəkildə inkişaf etdirdiyin hakimiyyətin idarə olunması üslubuna ədəbiyyat, sənət, incəsənət adamlarını da elə hopdurursan ki, bunun məhz belə cilalanması normal qarşılanır. Həm də romandakı şah obrazının ikili həyat tərzi, ikili tərcümeyi-halı və bir də istəyi ilə əməli arasındakı ikilik bir oxucu olaraq mənə kifayət qədər inandırıcı gəldi, yəni mən onu qəbul etdim.

Əzizim Mahir Qabiloğlu, mən "İtbaş” romanında sənin istifadə etdiyin bir yardımçı, amma əslində məsələnin mahiyyətini açan üslubunu da çox bəyəndim. Belə ki, lətifələrdən, müdrik kəlamlardan, hədislərdən istifadə edərək oxucuya da, əsərdəki obrazlara da sözün alt qatını həzm etdirirdiniz. Ümumiyyətlə isə mən sənin bu romanını oxuyanda günümüzlə, həyatımızla, şeirlərimizlə bağlı olan cizgiləri cəsarətli deyilmiş fikirlər kimi görüb, duyub, anladım. Və...

Əzizim Mahir Qabiloğlu, sənə ünvanladığım bu məktub ikilikdə edə biləcəyimiz bir müzakirənin ayrı-ayrı nüanslarıdı. Necə deyərlər, səbr edib həmin o müzakirə anını gözləyə bilmədim. Necə deyərlər, romanının mətbəə qoxusu canından çıxmamış mən də bir oxucu olaraq öz canımdan gəlib keçənləri sözə çevirdim və sənə ünvanladım. Son olaraq "İtbaşı”n mübarək! – deyirəm. Davamını gözləyirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
SON XƏBƏRLƏR
2019-08-26
2019-08-25
2019-08-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK