hacklink Adalet.az | Fəridə Rəhimli - OYAN!!! Adalet.az | Fəridə Rəhimli - OYAN!!! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Fəridə Rəhimli - OYAN!!!

5643    |   2019-05-29 09:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyir Azərbaycan yatmış şirdi. Oyandırsan...

Mənim fikrimcə əsnəyib, gedib başqa yerdə yatacaq!

Bu nə yatağan şirmiş, heç ayılmaq fikri yoxdumu bunun? Bir gün bu şir ayılıb görəcək ki, dörd tərəfi çaqqal sürüsüdü. Başqaları da çaqqalların məkanı zənn edəcək oraları, çünki göz gördüyünü qəbul edir.

Bəxtiyar Vahabzadə deyirdi ki:

Gedən torpaqları qaytarmaq üçün

Savaşa bilmədik, sülhlə öyündük.

Babamız qurd idi, ancaq biz bu gün

Əllərdən ot yeyən quzuya döndük.

Bəli, quzuya döndərdilər bizi! Halbuki haqlı bizik, əzilən bizik, talanan bizik, niyə qorxuruq, daha qorxası, itirəsi nəyimiz qaldı ki? Namus getdi, şərəf, qeyrət getdi, torpaq getdi...

Fuad Abbasovun Rusiyada qanunsuz həbsinə etiraz fikirləri, toplantılar haqqında neçə gündü sosial şəbəkədə paylaşımları izləyirəm. İki gün əvvəl o toplantılardan birinə qatıldım. Sosial şəbəkələrdə o qədər vətənpərvər çıxışlar, klaviatura qəhrəmanlarının pafoslu çağırışları vardı, gediləcək ünvanın dəqiqliyinə varmadan yola çıxdım. Düşündüm ki, bu millət üçün canını fəda edən Fuad Abbasovun müdafiəsinə qalxanların o ünvana axışmasını kənardan görəcəyik və o ətrafda kimdən soruşsan ünvanı gözüyumulu göstərəcək. Təəssüf... metrodan çıxdım, ətrafa boylandım, hər kəs öz gündəlik həyatının, keçiminin hayında. Maraq bürüdü məni, toplantıya gecikəcəyimi bilsəm də, ətrafdakı insanlar arasında sorğuya başladım. İyirmi-otuz, hər təbəqədən olan insandan heç kimsə Fuad Abbasovu tanımadı və elə bir toplantı olduğundan da xəbərsiz olduğunu söylədi. Heç o ünvanı da bilən olmadı. Laqeydliyimizin getdikcə artmasından daha çox qorxdum orda. Düşüncələr məni qoynuna alıb əsrlər, illər öncəyə dartdı. Nələr çəkib bu millət, başına gəlməyən qalmayıb, amma unutmuşuq. Kin, nifrət, qəzəb bəzən lazımdı insana. Xoş niyətliliyimiz qeyrətsizliyə gətirib çıxarıb bizi. Bir millət tarixinə, başına gələnlərə bu qədər laqeyd ola bilərmi? Torpaq, qadın əldən getdisə hansı şərəfdən, qeyrətdən söhbət gedə bilər? Şərəfimizi geri almağa çalışan belə oğulları bu ağır gündə tək bıraxacağıqsa, lənət olsun bizdəki adamlığa! Əsas məni incidən isə Fuad Abbasov haqqında soruşduğum gənclərə, bu məsələnin sanki dəxli yoxmuş kimi davranmaları idi. Bütün gün sosial şəbəkədəsiniz, bax indi də telefon əlinizdədir, heçmi rast gəlmədiniz o ada, sualıma da küt-küt başlarını bulayırdılar. Açın baxın, deyə israrla onlara tövsiyyə etdim - Fuad Abbasov!

Metro yaxınlığındakı parkda iki lalın əl hərəkətləriylə söhbət etdiyini gördüm. Biri qarşısındakı dəzgahda nəiləysə məşğuldu. Onlara yaxınlaşdım. Telefonda hazır tutduğum ünvanı göstərdim. Az əvvəl sorğu apardığım özündənrazı, həyasızcasına hırıldayaraq Fuadı tanımadıqlarını utanmadan deyən "gədələrdən" fərqli olaraq onlar mehribanlıqla yolu göstərdilər, hətta onunla kifayətlənməyib, dəzgahın arxasındakı çıxaraq yolu tam başa salsın deyə xeyli yol da gəldi mənimlə.

Toplantı olan binanın həyətindəki tut ağacının altında xeyli kişi toplanmışdı. Yəqin hələ tədbir başlamayıb düşünərək yaxınlaşanda isə səs-küylə nərd oynadıqlarını gördüm... Fuad kimilər bu millətimi ayıltmağa, oyandırmağa çalışır?..

Fuad Abbasov imzasını çoxları yəqin ki son olaylara qədər eşitməmişdi. Baxmayaraq ki, Azərbaycan üçün, Türkiyə üçün, ümumiyyətlə türk dünyası üçün, onların hüquqlarının müdafiəsi üçün əsl mənada döyüşərək özünü təhlükəyə atan bu insanın varlığından xəbərsizdi bu millət. Teledebatlarda, canlı yayımlarda qorxmadan, çəkinmədən Rusiyanın, onların himayəsində əl-qol açan ermənilərin toplantısında təkbaşına hər birini faktlarla, arqumentlərlə susduraraq yanan ürəyimizə su səpən bu igid oğlumuzu millətin tanımaması ürəkparçalayıcı idi. Xalq üçün canını fəda edən insana, heç olmasa onun arxasında olduğunu bildirməmək laqeydliyimizin hədsizliyi idi. Həm də belə həssas bir durumda. Torpaqlarımızın işğal altında, qız-gəlinlərimizin əsir olduğu, azğın düşmənin yeni torpaq iddiasında sərsəmlədiyi bir vaxtda... Bəzi sosial şəbəkədə şiraslana dönən "ağzıgöyçəklər" isə Fuadı Milli Qəhrəmana çevirdiyimizin doğru olmadığını ifadə edirlər. Bəli, o, əsl Milli Qəhrəmandı! Döyüşən oğullarımız bir neçə sayda erməni məhv edirdilərsə, Fuad həm Rusiyadakı, həm Azərbaycandakı, eləcə də dünyadakı azərbaycanlılar, türklər arasında milli oyanışa səbəb olan fəaliyyət göstərirdi. Tariximizə dərindən bələd olduğundan, jurnalist, hüquq təhsili və malik olduğu daxili qeyrət, vətənpərvərlik ona qarşı tərəfin cavabını rahatlıqla, əminliklə verməyə yardım edirdi. Həm də fəallarımızın başına gətirilənləri bilə-bilə, görə-görə fəaliyyətini davam etdirirdi.

Həm də haqlı olduğu üçün bədhaxları susdura bilirdi. O, bizi, xarici ölkədə, həm də düşmənimizin arxası, dostu olan ölkədə canını təhlükəyə ataraq müdafiəyə qalxan danışan dilimizdi. Təbii ki, düşmən onu barındırmazdı orda. Düşmən qarşındadı, tanıyırsan, görə bilirsən. Amma içimizdəki satqınlarla döyüşmək daha çətindi.

"Odalar yurdu" çaqqallar yurdu olacaq laqeydliyimiz, unutqanlığımız, xoşqeyrətliliyimiz üzündən. Dünya torpaqlarımızın işğalından, ermənilərin qanunsuz torpaq zəbtindən danışır, qətnamələr çıxarır, bunlar erməniylə dost olmağı planlaşdırırlar. Bir tərəfdə on-on beş yaşından girov düşmüş başına olmazın oyunlar gətirilən qızlar, dığaların qəbri üstündə başı kəsilən igidlərimiz, yarılanmış torpaqlarımız, o biri tərəfdə erməniylə dostluğa səsləyən erməniqanlı "vətəndaşlarımız". Adolf Hitler deyirdi ki: Vətənini azad etmək istəyirsənsə, tüfənginə qoyduğun 10 güllədən 9-nu satqınlara, birini isə düşməninə atmalısan. Kaş ki, o tirana məğlub olaydıq!

Fuad Abbasovu müdafiə edə bilmədik. Aqibətinin belə olacağı əvvəldən məlumdu. Ona görə də bugünkü yersiz hay-küydənsə vaxtında diaspora (?), oradakı leqal, qeyri-leqal təşkilatlar, özünü "avtoritet" sayan qüvvələrimiz qorumalıydı onu. Ümidim get-gedə ölür bu millətin birləşəcəyi, torpaqlarını, şərəfini qaytaracağı günə...

Ayıl artıq, yatmış Şir! Yuxuna, rahatlığına, laqeydliyinə lənət!!!



İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK