ANA SƏHİFƏ / DÜNYA

SOS: 2100-cü ilə qədər dəniz suyunun səviyyəsi 2 metrədək artacaq

22948    |   2019-05-22 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son araşdırmalar nəticəsində məlum olub ki, dəniz suyunun səviyyəsi 2100-cü ilə qədər 2 metrədək artacaq.

Adalet.az "CNN”-ə istinadən xəbər verir ki, alimlərin qənaətinə görə, Grenlandiya, Qərbi və Şərqi Antarktidada gedən proseslər belə davam edərsə, dəniz suyunun səviyyəsinin 2100-cü ilə qədər 62 santimetr ilə 2 metr 38 santimetr arasında arta bilər.


Məlumata görə, planetimizdə istiliyin 5 dərəcə artması ilə belə bir vəziyyət müşahidə ediləcək.

BBC-nin xəbərinə görə isə Bristol Universitetinin professoru Conatan Bamber mövzu ilə əlaqədar açıqlama verərək bildirib ki, buz təbəqəsinin əriməsi nəticəsində 2100-cü ilədək dəniz suyunun səviyyəsinin 7 santimetrlə 1 metr 78 santimetr aralığında olması gözlənilir. O, nəhəng buz təbəqələrinin xaricindəki qatların da əriməsi nəticəsində bu rəqəmin 2 metrə yüksəlməsini istisna etməyib.

Belə olan halda milyonlarla insanın yaşadıqları yerləri tərk edəcəkləri ehtimal edilir.

Tədqiqatçıların fikrincə, belə bir vəziyyət baş verərsə, dünyanın 1,79 milyon kvadrat kilometr ərazisi, təxminən Liviya səhrası böyüklüyündə ərazi su altında qalacaq.

Ehtimallara görə, bu proses daha çox Nil çayının deltası ərazisindəki məntəqələri, Banqladeşi, eləcə də London, Nyu-York və Şanxay kimi şəhərləri əhatə edəcək.(ona)




İmza:

Corc Floydun ailəsinə yardım fonduna yarım milyon insan pul köçürdü

ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı

Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar

Ərdoğandan mesaj: İdlib və Liviyadakı hadisələr...

Zərifdən Trampın anlaşma mesajına cavab

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”

Tbilisidə silahlı insident: Həyətdə oynayan uşaqlara atəş açıldı - VİDEO

ABŞ-da ATIŞMA: 7 nəfər öldü

Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...

Almaniyada bayrağa zərər verən şəxs həbs ediləcək

ABŞ milyarderləri son üç ayda 500 milyard dollardan çox vəsait qazanıblar

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK