ANA SƏHİFƏ / KRİMİNAL

Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO

20832    |   2019-05-21 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib”.

Adalet.az xəbər verir ki, bu barədə Musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: "O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə "missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu sındırdıq”.

E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib.

Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir qanunsuzluqla qarşılaşmadığını deyib.

Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: "Fuad Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.

Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: "Fuad deyir ki, polisə qəbul ediləndə bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla danışa biləcək”.

E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur. Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun olmasına inanmır: "Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.





İmza:

Özündən 16 yaş böyük biri ilə qaçan qızını öldürdü

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi - VİDEO

Türkiyədə sevgilisini öldürən milli boksçu 10-dan çox cinayətdə ittiham olunubmuş

Ötən gün 26 cinayətin üstü “isti izlər”lə açılıb

Şəkidə keçmiş məhkumdan narkotik aşkarlandı

Məhkum: “Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm?” - VİDEO

Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu - VİDEO

Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncə sakini tanışı ilə mübahisə zamanı bıçaqlanıb

Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb - VİDEO

SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK