hacklink Adalet.az | "Bizim futbola baxmaq, Vüqar Əhmədin şeirlərini oxumaq kimi bir şeydi" - MÜSAHİBƏ Adalet.az | "Bizim futbola baxmaq, Vüqar Əhmədin şeirlərini oxumaq kimi bir şeydi" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Bizim futbola baxmaq, Vüqar Əhmədin şeirlərini oxumaq kimi bir şeydi" - MÜSAHİBƏ

23702    |   2019-05-17 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.

Gənc şair Eminquey futbolla bağlı Sport7.az-a müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

- Futbola marağınız varmı?

- Uşaq çağlarımdan futbola marağım olub. 2002-də Türkiyənin möhtəşəm vaxtları idi. Çox maraqla izləyirdim həmin çempionatı. 2006-cı il dünya çempionatını isə unutmaram heç vaxt. Braziliyaya azarkeşlik edirdim. Evdə futbola baxmağa icazə verməmişdilər. Məhəllədə dayanıb qonşunun pəncərəsindən futbolun səsinə qulaq asırdım. Həmin gecə Braziliya Fransaya 1 topla uduzdu. Şərhçi bunu deyəndə o qədər ağlamışdım ki. Həm futbola baxa bilmədiyimə görə, həm də Braziliya uduzduğuna görə.

- Azarkeşlik etdiyiniz komanda hansıdır?

- Braziliya köhnə sevgilim idi. Elə 2006-da ayrıldıq onunla. Yaxşı oyun sərgiləyən komandaları sevirəm. Olsun "Bavariya", olsun "Yuventus". Amma bunlar bir yana, "Barselona" bir yana. Yaradıcı oyununu türklərdən "Fənərbaxça"nı sevirəm. Mənimçün "Fənərbaxça" hələ də 2007-2012-ci illərdəki "Fənərbaxça"dı. Yəni, bu klubu o vaxtlar çox sıx izləyirdim, dəlicəsinə azarkeşlik edirdim. Sırf "Çelsi"ylə oyunundan sonra vurulmuşdum "Fənərbaxça"ya. İndi bu klubdan heç nə qalmayıb... Adından başqa... İndi onun bircə quru adını, himnini və sarı-lacivərtini sevirəm. Futbol məktəb vaxtı bizim həm də söhbət yerimiz idi. "Fənər"lilər və "cimbom"lular bir yerə gəldisə, vəssalam. Qırğın düşürdü. Bir "fənərli" kimi çox utanmışam. O zaman ki, "Fənərbaxça" "Qalatasaray"a uduzurdu, dərsə getməyə ürək eləmirdim. Çünki həmin gün "cimbom"lular bizimlə məzələnəcəkdi. Yəni, futbol bizim həm də əyləncə yerimiz idi. İndi nə o həvəs var, nə də həminki uşaqlıq.

- Ən bəyəndiyiniz futbolçu kimdir?

- Köhnələrdən Ronaldinyonu təkbaşına oynaya bilən bir futbolçu olduğuna sevirəm. İndinin özündə də onun o vaxtkı oyunlarını izləyib zövq alıram. Ballak var idi "Çelsi"də. Roberto Karlos var idi. Sevirdim bu oyunçuların cərimə zərbələrindən vurduqları qollarını. İndikilərdən Messini bəyənirəm. O da yaradıcıdır. Təkbaşına bacara bilən oyunçudur. Onlar sambaçılardı. Sambanı bilirsiniz, rəqs növüdür. Bir vaxtlar Braziliyada bu oyun tərzi bir vaxtlar qadağan olunub. Amma Pele 16 yaşında bu tilsimi qırıb. Oyunu öz üzərinə götürmək, oyunçuları aldadıb keçmək və qol vurmaq. Bu, dahiyanə sintezdi. Rəqslə futbolun sintezi.

- Ölkə daxilində izlədiyiniz komanda hansıdır?

- İzləmirəm. Amma "Qarabağ"ın adına azarkeşlik edirəm.

- Ümumiyyətlə, Azərbaycan futbolunun səviyyəsini necə dəyərləndirirsiniz?

- Təəssüf... Bəli, Azərbaycan futbolu deyilən də cümlənin ilk sözü təəssüf olmalıdır. Bircə "Qarabağ"ı sevirəm, onu da adına görə. Bizim futbolun nələrin üzərində qurulduğunu hamı yaxşı bilir. O boyda "Xəzər Lənkəran"ı, "İnter"i, "Bakı"nı, "Neftçi"ni çökdürdülər. Məhz "Qarabağ"a görə. Dünya futbolundan sonra bizim futbola baxmaq, Ramiz Rövşəndən sonra Vüqar Əhmədin şeirlərini oxumaq kimi bir şeydi.

- Klubların adlarını sadaladığınıza görə, əvvəllər çempionatı izləmisiniz. Deyəsən, fəaliyyətini dayandırmış klublardan hansınasa azarkeşlik etmisiniz...

- "Xəzər-Lənkəran"a azarkeşliyim olub. Onda "Neftçi"ylə "Xəzər-Lənkəran"ın 2011-də bir oyunu yadımdadır. Möhtəşəm derbi idi. "Xəzər-Lənkəran" 4:3 hesabı ilə qalib gəlmişdi. "Xəzər-Lənkəran" Azərbaycanda ən çılğın azarkeş ordusu olan bir klub idi. Bizdə futbol da serial kimidir. Baş rolun qüvvəsi itməsin deyə, görürlər ki, kimsə baş rolu üstələyir, onu öldürürlər. İndi baş rolda "Qarabağ"dı.

- Hər halda sevimli klubunuzun dağılması sizə çox pis təsir edib ki, artıq ölkə futboluna nifrətlə yanaşırsınız...

- Bəli, pis təsir etdi. Amma nifrət deməzdim buna. Sadəcə bu klublar ölməməli idi. Çempionatda rəqabət səviyyəsi düşdü. İndi derbi saya biləcəyimiz oyunlar əvvəlki kimi yoxdur. Dünya futbolunda derbilər, biz buna böyük oyun deyirik, daima başqalarından daha maraqla izlənir, daha çox pullar gətirir. Ki, bir-iki maraqlı qarşıdurmalı oyunlar var idi, onu da öldürdülər. Bir ölkədə əlinə butulka keçən, topa oxşayan hər nə varsa tapıb futbol oynayan futbol xəstələri var, amma futbol yoxdur. Fikir verin, bir-iki futbolçumuz parlayan kimi qaçır xarici komandalara. Və gedib heç nə əldə edə bilmirlər, nəticədə futbolçu kimi ölürlər. Əvəzində qaradərili və digər millətlərdən olan futbolçuları gətirirlər Azərbaycana.


- Sizcə, bizim futbolçularda niyə alınmır? Əncəbilər legioner həyatı yaşayanda daha da "artırırlar". Ancaq bizimkilərdə əksinə, çox vaxt geriləmə müşahidə olunur.

- Bu bilirsiniz nəyə bənzəyir? Çox kobud müqayisə olacaq, amma belədir də. İllərlə tövlədə zəncirlənmiş birini açıb buraxırsınız çölün düzünə. Başlayır hərəkətini itirməyə. Bizdə futbolçuların futbola yanaşması, bir işçinin işinə yanaşmasıyla birə-bir eynidi. Gəlsin, yola versin, maaş alsın. Xaricdə belə deyil axı. Və xüsusən də bizimkilərdə "ulduz xəstəliyi" var. Xaricin havası onlara düşmür, başlayırlar müğənni kimi xaric oxumağa.

Ən əsası, biz heç vaxt komanda oyunlarında alındıra bilmirik. Futbol komanda oyunudur. Yəni, sənin Messi kimi təkbaşına nəsə eləməyin üçün də komandanın dəstəyi vacibdir.
Hər şeyin başlıca səbəbi eqo, ulduz xəstəliyidir. Baxın Ronaldoya, Messiyə, onlardan çox tanınan var, amma həmişə formadadırlar, həmişə inkişafdadırlar. Çünki onlarda belə bir xəstəlik yoxdur. Futbola qazanc mənbəyi kimi baxanda bizimkilər kimi olur.

- Ölkə futbolunda az da olsa fərqləndirdiyiniz futbolçu varmı?

- Qurban Qurbanovu, Maksim Medvedyev, Mahir Mədətov, Rəşad Sadıqovu deyərdim. Rəşad "Qarabağ" üçün çox işlər görmüş futbolçudur. Rəşadla Mahir də ulduz xətəliyindən uzaqdırlar. İndi Rəşadı qınayanlar var ki, 36 yaşın var, daha oynama. Amma gözümüzün önündə "Milan"ın oyunçusu Maldini var. 41 yaşına kimi oynadı, yaxşı da oynadı. Yəni, Rəşad da kariyerasını bitirsə, daha nə oldu?!

- Millidən bəhs etmədiniz...

- Millidə olan problemlər, elə futbolumuzun problemidir. Çünki millidə də klublarımızdan olan oyunçular oynayır. O boyda Berti Foqts da bacarmadı. Sizə nəsə yaratmaq üçün xammal verməsələr, çətin ki, nəsə düzəldə biləsiniz. Futbolçularımız topdan qorxurlar. Qorxaq futbolçularla döyüşə girmək də çətin məsələdir. Mən öz milli komandamız ola-ola niyə başqa millinin azarkeşi olmalıyam? Futbolu sevən biri kimi bu, məni çox inicidir.

- O zaman gələcəkdə uğursuzluq yaşansa, Yurçeviçdə günahı görməyək? Nəticədə əlində olan futbolçular bunlardı...

- Ola bilər, Yurçeviç nəsə edə bilsin, edə bilsə, çox sevərəm. Futbolu sevən biri kimi lap nəzir də verərəm, amma mən inanmıram. Hər şeydə zəhmət önəmlidir. Bu, teoremdir, 99 faiz zəhmət, bir faiz istedad! Bizdə belə bir fikir formalaşıb ki, müəllimdən çox şey asılıdı. Şagird oxumursa, deməli günah müəllimdədir. Şagird oxumaq istəmirsə, müəllimin nə günahı? Belə məsələlərdə günah payının ən çoxu isə sistemdədir. Məsələn, təhsil sistemi bərbaddır, valideynlər övladlarına təhsili "diplom al, işin olsun" səviyyəsində aşılayırlar, məcburi ixtisas seçdirirlər, belə böyüdürlər. Sonra da uşaqdan böyük nəticələr gözləyirlər. Futbol da məktəbdir və nə yazıq ki, bizdə bu məktəbin təməli sağlam deyil.

- Bəs siz özünüzü yaşıl meydanlarda sınamısınız?

- Yaşıl deməzdim, mənim oynadığım meydanlar boz olub. Məhəllədə-filan. Liseydə oxuduğum vaxtlar 2-ci yerə çıxmışıq, bircə o çempionatdan diplomum, medalım var. Onda da məni müdafiəyə salmışdılar. Rəqib komandaların hücumçularını girinc eləmişdim. Bir də yaxşı qışqıra bilirdim. Uşaqları cuşa gətirirdim ki, həvəsdən düşməsinlər. Futbol oynamağı çox sevirəm, amma təəssüf ki, yaxşı futbolçu deyiləm.

Röya Kərimli
Sport7.az


İmza:

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Cavanşir Paşazadə: "Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK