ANA SƏHİFƏ / MARAQLI

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?

11197    |   2019-05-16 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprel ayının sonunda Keyptaunda keçirilmiş "Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirib. O, bunu pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə edib.

Bu təcrübənin məqsədi - əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. "Kaspersky Lab”, istifadəçiləri ağıllı cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür.

"Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib: "Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına yönəldir. Yalnız mənfəəti güdərək şirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğulara böyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər".

Ruben Pol bildirib: "Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunu asanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərli hücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK