ANA SƏHİFƏ / MƏMLƏKƏT

Naxçıvanda pivə istehsalı artırılacaq

4365    |   2019-05-15 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır.

Bunu Trend-ə şirkətin direktoru Seyfəddin Rəhimov deyib.

Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, şirkətin pivə məhsuluna Naxçıvanda, eləcə də Azərbaycanda böyük tələbat var:

"Biz daxili tələbatı tam təmin etmək üçün istehsalatı genişləndirməyi planlaşdırırıq. Hələlik ölkə xaricinə ixrac nəzərdə tutmuruq. Bu məsələ bu il üçün şirkətin gündəliyində deyil”.

Qeyd edək ki, "Prestij Naxçıvan Pivəsi” şirkəti İtaliya, Çexiya, Macarıstan və Almaniya avadanlıqları ilə təchiz edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK