Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR Adalet.az | Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə “Ədalət”in birgə reydi

9614    |   2019-05-15 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq mayın 14-dən respublika ərazisində havanın temperaturu müsbət 30 dərəcədən yüksək olub. Bu isə o deməkdir ki, bu cür isti hava şəraitində sükan arxasında əyləşmiş hər bir sürücü daha diqqətli olmalı və nəqliyyat vasitəsini idarə edərkən bu cür isti şəraiti nəzə almalıdır. Ən azından ona görə ki, belə isti havalarda bəzi sürücülər istirahət etmədən avtomobilləri idarə edir, sərnişin daşıyır və yenidən təkrarən uzaq məsafələri qət etmək istəyirlər.

Təbii ki, sürücü də istirahət etmədən, məsələn, Bakıdan Qazaxa qədər sükan arxasında əyləşir, sərnişin aparır və düşünmür ki, bir an sükan arxasında mürgüləyə, yuxulaya bilər. Heç kimə sirr deyil ki, bu cür hallar respublikanın avtomobil yollarında tez-tez baş verir. Xüsusən də iyun, iyul və avqust aylarında bəzi sürücülərin səhlənkarlığı nəticəsində ağır qəzalar baş verir. Yəni kondisionersiz avtomobillərdə 40-45 dərəcə temperaturda uzaq məsafəyə istirahət etmədən getmək başqa sözlə demiş olsaq, ölümə uzanan yol deməkdir.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı hər yaz və yay mövsümü bu məsələləri xüsusi diqqətdə saxlayır, sükan arxasında yuxulayan sürücülərin təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atır. Belə ki, Yol Patrul Xidməti Alayının bütün tağımlarının stasionar postlarında bulaqlar və soyuq su təşkil olunub. Üstəlik də sürücülərin həmin stasionar postlarda müəyyən müddət dayanıb istirahət etməsi üçün əlverişli şərait var.

Belə tağımlardan biri də Bakı-Şamaxı-Yevlax avtomobil yolunda xidmət aparan 3-cü tağımın əməkdaşlarıdır. Tağımın stasionar postunda havaların istiləşməsi ilə əlaqədar olaraq bütün qabaqlayıcı tədbirlər görülüb. Belə ki, posta mütəmadi olaraq sərin su gətirilir və sürücülərin, sərnişinlərin istifadəsinə verilir. Stasionar postda avtomobili saxlayan hər bir sürücü bu əlverişli şəraitdən bəhrələnə bilər.


Üstəlik də tağım əməkdaşları mənzil başına gedən sürücüələri saxlayır və onları maarifləndirir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,5-cu kilometrindən 146-cı kilometrinə qədər 3-cü tağımın əməkdaşları xidmət aparırlar. Bu yaxınlarda həmin avtomobil yolundan 50 yol nişanı oğurlanıb. Həmin nişanları oğurlayan şəxslər də polis əməkdaşları tərəfindən saxlanılıb. Yol nişanının olmaması təbii ki, sürücülərin hərəkəti üçün çətinlik törədir. Bir qayda olaraq hərəkətin təhlükəli yerlərində 107-108-ci kilometrlərdə yol polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır, mövcud təhlükəni aradan qaldırmağa çalışırlar.

Keçirilən reyddə polis baş serjantı Azər Rzayev xarici markalı avtomobili saxlatdırır. Sürücüyə bildirir ki, şənbə günü olduğundan yollarda avtomobillərin sıxlığı çoxdur. Ona görə də sürücü sürət həddinə əməl etsə, daha məqsədəuyğundur. Onun tövsiyyələrini sürücü Nazim Əhmədov normal qəbul edir və bildirir ki, yollara yaxşı bələddir və həmişə də sürət həddinə əməl edir.


Polis baş serjantı Ramin İbrahimov da digər bir sürücünü saxlatdırır. Sürücü Həşim Əliyev yol polisindən onu saxlamağının səbəbini soruşur və deyir ki, mən heç bir qayda pozuntusuna yol verməmişəm. Nə üçün məni saxlayırsiniz? Ramin İbrahimov ona izah edir ki, düzdür, siz yol hərəkəti qaydasını pozmamısınız, biz sadəcə sizə xəbərdarlıq edərək deyirik ki, hava istidi, yollarda bir az diqqətli olun! Yol polisinin səmimi söhbətindən sürücü razı qalır.

Əlbəttə, hətta yol hərəkəti qaydasını pozan sürücüylə nəzakətlə danışanda bu ona ləzzət eləyir. Axı bizim sürücülər bəzi hallarda kobudluqla da üzləşir. Gəlin onunla razılaşaq ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarında xidmət aparan əksər işçiləri çox mədəni və səviyyəli əməkdaşlardılar.

Piyadalarla bağlı bu tağımda da çox böyük işlər görülüb. Müşfiq qəsəbəsində və eləcə də Pirəkəşkül yaşayış sahəsindən yolun keçən hissəsində yerüstü keçidlər istifadəyə verilib. Çox təəssüf ki, bundan əksər piyadalar istifadə etmir, hərəkətin sürətli olduğu yerlərdən keçməklə həyatlarını təhlükə qarşısına qoyurlar. Bu cür piyadalarla yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparır, onlara yerüstü keçidlərdən istifadə etməyi tövsiyə edir.


Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Mərdan Mehdiyev xidmət apardıqları avtomobil yolunda həyata keçirdikləri təhlükəsizlik tədbirləri ilə bağlı bildirdi ki, baş verə biləcək qəzaların qarşısının alınması üçün sutkanın 24 saatını əməkdaşlarımız öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər. İlk növbədə ona çalışırıq ki, ağır qəzalar baş verməsin. Xidmət apardığımız avtomobil yolunda sərt döngələr də təhlükəli yerlər mövcuddur. Sərt döngələrdə yol nişanları quraşdırılıb. Sürücü də o yol nişanlarına hər an diqqət yetirməlidir. Qəzaların baş vermək ehtimalı olan yerlərə isə hər gün naryadlar göndəririk. Təbii ki, bu qabaqlayıcı tədbirlər nəticəsində biz mövcud təhlükəni aradan qaldırırıq. Havaların get-gedə istiləşməsi sürücülərdən daha böyük məsuliyyət tələb edir. Bəzi avtobus və mikroavtobus sürücüləri istirahət etmədən 16-18 saat sərnişin daşıyırlar. Bax, bu məsələləri diqqət mərkəzində saxlayır və problemləri əməkdaşlarımız o sürücülərin nəzərinə çatdırır.

Son vaxtlar tağım əməkdaşları həyata keçirdikləri tədbilər nəticəsində neçə-neçə sürücü məsuliyyətə cəlb olunub. Məsələn, ötmə qaydasını pozan 57, sərnişindaşımaya riayət etməyən 29, yükdaşıma qaydasını pozan 24, polisə tabe olmayan 14 və sürücülük hüququ olmadan avtomobili idarə edən 10 sürücü barəsində inzibati protokol tərtib edilib.

Keçirilən reydlərdə polis baş leytenantları Abdulla Zeynalov, Yaşar Qasımov, polis baş serjantları Azər Rzayev, Ramin İbrahimov ayrı-ayrı sürücüləri saxlayaraq maarifləndirir, yollarda daha diqqətli olmalarını tövsiyə edirdilər. Bu isə o deməkdir ki, 3-cü tağımın əməkdaşları mövcud təhlükəni aradan qaldırmaq üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

Reyddə iştirak edirdilər: Mərdan MEHDİYEV- Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru; Vüqar ƏLƏKBƏROV – 3-cü tağımın baş inspektoru, polis leytenantı; Abdulla ZEYNALOV – 3-cü tağımın inspektoru, polis baş leytenantı; Ramin İBRAHİMOV -3-cü tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı




İmza:

Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır

Yol polisi avtomobilini saz vəziyyətdə saxlamayan sürücülərə növbəti xəbərdarlıq etdi

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

DYP-dən ÇƏKƏLƏK xəbərdarlığı

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

BDYPİ yol-patrul xidməti avtomobilinin maketinin tətbiqi ilə bağlı məlumat yayıb

Bəzi maşınların Bakıya girişi məhdudlaşdırılacaq

Salyanda uzunluğu 17.2 km olan avtomobil yolu yenidən qurulur

Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə CƏRİMƏ YAZILDI

İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

Yol polisi "Son zəng"lə bağlı məzunları maarifləndirdi

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK