ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

13150    |   2019-05-14 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Korporativ Sosial Məsuliyyət Strategiyasında müasir texnologiyaların köməyilə insan həyatının keyfiyyətinin artırılmasını hədəfləyən Azercell, fəaliyyəti boyunca bu istiqamətdə bir sıra sosial layihələrin həyata keçirilməsini dəstəkləyib. Azercell-in təşəbbüsü ilə yaradılan "Mobil Diş Klinikası” bu layihələrdəndir. Həm Bakı, həm də regionlardakı uşaq evlərinə səfər edən klinika növbəti diş müayinələrini Bilgəh qəsəbəsi, 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib. Bir ay boyunca davam edən səfərdə 71 uşaq müayinə və lazımi müalicə ilə təmin edilib.

Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan "Azercell Telekom” MMC "Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Vurğulamaq istərdik ki, klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları, qaçqın və məcburi köçkün düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



İmza:

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

SON XƏBƏRLƏR
2020-06-01
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK