deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Sevinc Fətəliyeva: Ermənistan həqiqətən sülh istəyirsə, zəbt etdiyi torpaqları azad etməlidir Adalet.az | Sevinc Fətəliyeva: Ermənistan həqiqətən sülh istəyirsə, zəbt etdiyi torpaqları azad etməlidir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Sevinc Fətəliyeva: Ermənistan həqiqətən sülh istəyirsə, zəbt etdiyi torpaqları azad etməlidir

8418    |   2019-05-14 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, tərəflər arasında atəşkəs sazişinin imzalanmasından artıq 25 il ötür. Lakin Ermənistan tərəfi bu günədək münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoymayıb:

"Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir və buna biganəlik, sadəcə, təəssüf doğurur. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil. Bu günədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunur ki, o, atəşkəs rejimindən sui-istifadə edir və bununla da öz məqsədlərini həyata keçirməyə çalışır. Paşinyan sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən bir daha uzaq olduğunu sübuta yetirir. Onun məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir. Bununla o, hakimiyyətdəki mövqeyini saxlamağa çalışır və beynəlxalq ictimaiyyəti aldatmaq mövqeyini ortaya qoyur. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu sənədlərə əməl etməlidir".

Parlament rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq: "Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüququn normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasından, zəbt etdiyi torpaqları dərhal tərk etməsindən asılıdır".




İmza:

Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

Qənirə Paşayava Vyetnamın vitse-prezidentinə Qarabağ həqiqətlərindən danışdı

"Bütün məsələlərdə Azərbaycanın dəstəyi hiss edilir" - Gürcü deputat

SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK