deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub Adalet.az | Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

5187    |   2019-05-11 13:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün "Azercell Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərini davam etdirir. Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub.

Qeyd etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də "Azercell Telekom” MMC -in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi.

Onu da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən Azercell "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.

Qeyd etmək istərdik ki, ötən il Azercell "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" layihəsi ilə "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək, Bürünc "Stevie” mükafatı qazanıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdi




İmza:

Bakcell ən yüksək nəticə göstərməkdə davam edir

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Məktəblilər “Bakcell”in qonağı oldu

Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Baramanın startapları üçün imkanlar genişlənib

Sosial şəbəkə istifadəçilərinin diqqətinə - Nə etmək lazımdır?

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Bu il “Azərkosmos” dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət ixrac edib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK