Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ELÇİN HUSEYNBƏYLİNİN QARABAĞ HEKAYƏLƏRİ Adalet.az | ELÇİN HUSEYNBƏYLİNİN QARABAĞ HEKAYƏLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ELÇİN HUSEYNBƏYLİNİN QARABAĞ HEKAYƏLƏRİ

VAQİF YUSİFLİ

3828    |   2019-05-10 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya ədəbiyyatında müharibə mövzusunda çoxlu əsərlər yazılıb və bu əsərlərin bir qismi sözün əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti baxımından həmişə oxucuların diqqətini cəlb edib. Daha doğrusu, bir insan-oxucu nəsli dünyadan köçmüş, yenisi gəlmiş, amma müharibə haqqında yazılan əsərlərə maraq qətiyyən azalmamışdır. Deyək ki, Lev Tolstoy və Ernest Heminquey kimi yazıçıüların müharibə «dərsləri» hələ də davam edir və milyonlarla oxucuları bu bəşəri fəlakətin mahiyyəti barədə düşünməyə səsləyir. Azərbaycan ədəbiyyatında müharibə haqqında geniş epik lövhələri əhatə edən əsərlər İkinci Dünya müharibəsi bitdikdən sonra yazılmağa başladı. Biz Əbülhəsənin «Müharibə» («Dostluq qalası») romanını, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, Nurəddin Babayevin, İmran Qasımovun, Həsən Seyidbəylinin və b. müəlliflərin povest və hekayələrini xatırlaya bilərik.

Bəs müasir Azərbaycan ədəbiyyatında Qarabvğda baş verən hadisələr, xüsusilə, müharibə ilə bağlı həqiqətlər necə əks olunur? Bu suala cavab vermək, təbii ki, kiçik bir yazının məqsədinə aid deyil (Yenə də adlar çəkə bilərik: Elçin, Hüseynbala Mirələmov, Aqil Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov və b.), ayrıca, daha geniş bir yazının mövzusudur bu. Biz yalnız həmin mövzunun bir yazıçının-Elçin Hüseynbəylinin nəsr əsərlərində necə inikas olunduğunu izləyəcəyik.
Elçin Hüseynbəyli son on-on beş il ərzində Qarabağda baş verən olaylarla bağlı qələmə aldığı povestlərini, hekayələrini «Ağ.Qara» (2013) və «Gözynə gün düşür» (2018) kitablarında cəmləyib. Doğrudur, bu kitablarda hekayələrin bəzisinin Qarabağ müharibəsi ilə heç bir əlaqəsi yoxdur, amma təsvir olunan məkanın müəyyən cizgiləri haqda təsəvvür yaradır.

Qarabağda baş verən hadisə və olaylar, xüsusilə, müharibə ilə bağlı səhnələr, ilk növbədə, təbii və inandırıcı olmalıdır. Buna ancaq o zaman nail ola bilərik ki, bu müharibənin mahiyyətini dərk edək, müşahidələrimiz dəqiqliyi və reallığı ilə seçilsin, yalnıfş təsəvvür əsasında olmasın, təsvir olunan obrazlar süni və qondarma təsir bağışlamasın. Elçin Hüseynbəylinin Qarabağ müharibəsi ilə bağlı ilk sözü «Qurdun şərqisi» («Əsirlər və «Qoca» adı ilə iki hissə) adlı povesti olmuşdur. Bu povestdə, həmçinin Elçinin bundan sonra yazdığı hekayələrdə müharibəyə tamam fərqli bir münasibətlə qarşılaşdıq. Nədir bu fərqli münasibət? Vaxtilə yazıçılarımızı qınayırdılar ki, əgər sən bir azərbaycanlının Böyük Vətən müharibəsində igidliyini, qəhrəmanlığınv təsvir etmək istəyirsənsə, mütləq onun keçdiyi döyüş yolunu izləməlisən. Axı, qəhrəmanlıq, məsələn, Həzi Aslanov kimi general olmaq, şərəfli bir yol keçmək heç də asan başa gəlmir. Amma Elçinin Qarabağda baş verən hadisə və olaylarla bağlı qələmə aldığı qəsr əsərlərinin heç birində döyüş səhqələrinə rast gəlmədik. 
Ümumiyyətlə, təkcə Elçin Hüseynbəylinin deyil, Qarabağ müharibəsi ilə bağlı yazılan roman, povest və hekayələrin bir-iki nümunəsi istisna olunmaqla, heç birində canlı müharibənin özünü görmürük. Bunun səbəblərini necə izah edək? Yazıçıların bir çoxunun həmin o canlı müharibənin iştirakçısı olmamasındamı? Yaxud bu müharibənin öz xarakteri etibarilə çox ziddiyyətli nəzərə çarpmasındamı? Bir tərəfdən, güclü dövlətlərin köməyi və «qayğısı» ilə silahlanan düşmən ordusu, o biri tərəfdən, çox zəif, hələ heç ordu adlana bilməyən kiçik, pərakəndə qruplar..( Əsl Ordu sonralar yaranacaqdı). Bütün bunlar doxsanıncı illərin əvvəllərinə aiddir.


Əslində, bizim fikrimizcə, döyüş səhnələrinin təsvirinə ehtiyac duyulmaması təbii idi. Artıq bu üsul ənənəvi idi, çox zaman sırf texniki xarakter daşıyırdı, öz əhəmiyyətini də itirmişdi. Bir də ki, «canlı müharibə» anlayışı heç də üz-üzə gələn qüvvələrin çarpışması demək deyil.Canlı müharibə daha çox həmin müharibənin ağırlığını çiynində daşıyan, əzabını çəkən, təkcə sadi deyil, mənəvi itkilərlə üzləşən insanın keçdiyi yolu səciyyələndirir. Daha doğrusu, müharibə psixologiyasının ayrı-ayrı fərdlərin həyatında, varlığında necə iz buraxdığının qahidi oluruq. Az-çox ənənəvi «canlı müharibə» səhnələri ilə diqqəti cəlb edən Aqil Abbasın «Dolu» romanında da silahların, toplarvın, tankların deyil, psixologiyaların döyüşünü izləməli oluruq və qeyd edək ki, «Dolu» Azərbaycan nəsrində bu istiqamətin artıq aparıcı olduğunu sübut edir.

Elçin Hüseynbəylinin «Qurdun şərqisi» povestində onun təsvir etdiyi obrazların müharibəyə fərdi müqasibətinin şahidi oluruq. Müharibə təkcə qəhrəmanlar, igidlər yetirmir, qorxaqlar, satqınlar, tərəddüd edib fərariliyə yuvarlananlar da yetirir. Yurdsevər, torpaqsevər insanlarla yanaşı, rahat yaşayışa, zahiri dəbdəbəyə uyanlar da çoxdur. Müharibə bu mənada insanları çeşidləyir, kimin kim olduğunu ortaya çıxarır. Bu mənada Elçin Hüseynbəylinin müharibəyə fərdi münasibətini onun təsvir etdiyi obrazların həyat tərzində, düşüncəsində də görə bilirik.

İki döyüşçünü-biri yaşlı, birisə cavan- «mövqeyə» göndərirlər. Onlar tapdıqları tankı ağacların budaqları ilə örtür və sonra yola düşürlər. Ancaq ayrıldıqları dəstəyə çata bilmir və meşədə ermənilərə əsir düşürlər. Onları əsir götürənlərdən biri «kirvə Armik»dir. Ermənilər bu iki əsirdən-yaşlı kişi Xəlildən və cavan oğlan Yavuzdan gizlətdikləri tankın yerini soruşurlar.Traktorçu olmuş Xəlil bir xeyli müddət müqavimət göstərir, cavan oğlan isə, elə hey atasını, anasını xatırlayır, qəbul imtahanları yaxınlaşdığı üçün xiffət çəkir. Təsvirlərdən belə anlaşılır ki, müharibənin ilk illəridir, əsir düşənlərin müharibə barədə təsəvvürləri çox zəifdir. Cavan oğlan deyir ki: «Belə də müharibə olar? Belə də əsirlik olar? Nə güllə atdıq, nə güllə səsi eşitdik. Axmaq kimi Armikin tələsinə düşdük… Anamın ağlamasına, yalvarışlarına qulaq asmadım. Mən axı, bir günlüyə gəldim, bircə günlüyə… Müharibə belə olmur, mən onu kinolarda görmüşəm». Cavan oğlanın içində əsirlikdən qurtulmaq duyğusu kök salır və yaşlı kişiyə deyir: «Armik də tanış çıxdı, sənin tanışın, get indii özün danış onunla, denən ki, bu gündən sonra mənim imtahanlarım başlanır, mən evimizi istəyirəm. De ki, mən o cındırın yerini bilmirəm, qoy məni buraxsınlar. Birbaşa Bakıya gedərəm, qohumlarımın yanına. Babamın tüfəngini də özümə qaytarsınlar». Cavan oğlanın bu sözlərini təbii sayırıq. Onun «Mən heç evlənməmişəm də. Anam yola salanda evlənsəydim, heç olmasa, iyini uşağımdan alardım» deyirdi. Anama-atama yazığım gəlir. Onların nə günahı?». Sonda cavan oğlan dözə bilmir, «evimizi istəyirəm» deyib qapını təpikləməyə başlayır, tankın yerini qışqırır. «Yaşlı kişi yüyürüb arxadan onu qamarladı, əlləri ilə boğazını sıxdı. Oğlan əlləriylə onun əllərini, üz-gözünü cırmaqlamağa başladı… Yaşlı kişi isə, avtomat sıralamasından və öz ulartısından başqa heç bir səs eşitmədi».

Povestin ikinci hissəsində yaşlı kişinin yaralı halda bir neçə gün meşədə gəzib, axırda tankı basdırdıqları yerə gəlib çıxması, amma yerində yekə bir çala və soluxmuş ağac budaqlarını görməsi, sonra isə öz kəndinə gedib çıxması və artıq heç kimi görməməsi təsvir olunur. «Heç nə dəyişməmişdi. Kəndlərindən başqa. İndi kəndləri, bağları vəhşi adanı xatırladırdı». Boşalmış kənddə bir neçə ay tək-tənha dolanır, öz əli ilə tikdiyi, illər boyu arzuladığı evin pilləkənləırinin də söküldüyünü görür. Yaşlı kişi bir xeyli ermənini qətlə yetirir, onlar qocanın verdiyi çaxırdan içib yerdəcə qıvrılırdılar, «qocanın sifətində ölüm gülürdü» Armikin oğlu onu öldürür. Povestin sonunu müəllif belə bitirir: «Qurdun şərqisi» ideoloji əsərdir. Birinci fəsildə müharibənin dərk olunmazlığı təsvir olunur. İkinci fəsil bizim yenicə başlayan özünüdərkimizin və məğlubiyyətimizin göstəricisidir. Üçüncü fəsildə qalibiyyət olmalıdır. Xəlilin oğlu Xaqan Armikin oğluna qalib gəlməlidir. Hələlik real ilk iki fəsildir. Bu fəsil qəhrəman Azərbaycan əsgərinə həsr olunmalıydı. Və bircə cümlə: «Armikin dəstəsi kəndi geridə qoyub öz yerlərinə qayıdırdı. Qurd oğlu Qurd isə qeyzindən ulayırdı. Qisas qiyamətə qalmamalıydı».
Elçin Hüseynbəylinin «Gözünə gün düşür» hekayəsini son illərin nəsrimizdə diqqəti cəlb edən ən uğurlu hekayələrindən biri hesab etmək olar. Bu hekayədə hətta bir romanın məzmununa sığa biləcək hadisələrlə qarşılaşırıq, təsvir olunan obraz isə, doğrudan da, İnsan və Müharibə problemini özündə dolğunluqla əks etdirir. Hekayənin qəhrəmanı ağır xəstəliyə tutulmuş əlli üç yaşlı onkoloq-həkimdir və onun yeganə arzusu doğulduğu kəndi, öz həyətlərini son dəfə görmək, orada ölməkdir. Bu niyyətlə o, bildiyi tanış yollarla öz kəndlərinə doğru yol alır. «Kəndlər yox idi. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, toyuq hinlərinin divarları qalırdı. O, bunları aydınca görməsə də duyurdu. Evlərin bir qismini sərhədin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılır». Xəstə həkim çox çətinliklə də olsa, öz həyətlərinə girir və yurdunun yağmalandığını görür: «Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də sökülmüşdü. Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi…Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi». Amma bu, uzun çəkmir, kənddə olan iki erməni əsgəri onu qabaqlarına qatır, kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirirlər. Zastavada o, erməni zabitinə məsələni açır və deyir ki, mənim ömrümə bircə gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi qazım, ölə bilməsəm, sizlərdən kim isə məni öldürsün. Zabit tərəddüd edir, amma həkim ona rüşvət vəd edir, gəlib qəbristanlığa çatırlar. Həkim sürünə-sürünə atasının qəbrinə çatır, daha qəbir uçulmuşdu və xəstə həkim özünü həmin boş qəbirə yuvarladır. «Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu. Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi. Ölərkən hiss elədi ki, gözünə gün düşür. Gözəlrini ovuşdururdu». Hekayə beləcə sonna yetir və «gözlərini ovuşdururdu» cümləsi elə bil, bizi qəflət yuxusundan ayıldır. Bu hadisənin Qarabağ həsrəti ilə yaşayan hər bir azərbaycanlıya dəxli var,-deyə düşünürük. Amma Elçin Hüseynbəylinin qəhrəmanı kimi ölümə yox, öldürməyə, torpaqlarımızı azad etməyə getməliyik!

Elçin Hüseynbəylinin hekayələrində zaman və məkan məsələsi də önəmlidir. Təsvir olunan hadisələrin zamanı məlumdur-əsasən müharibənin ilk illəri, köçkünlük başladığı, kəndlərin boşaldıldığı, insanların dəhşətli həyəcanları, daha çox uşaqların və qocaların fikir və duyğularını əks etdirən illər. Məkan da məlumdur-kəndlərin, qəsəbələrin son günləri. «Ağsaqqal» hekayəsində yaşlı bir insanın-ağsaqqalın vaxtilə əldə etdiyi bir tapançanın taleyindən söz açılır. Amma bu tapança açılmır. «Sevgiylə döyüşmək» hekayəsi isə daha təsirlidir. 15 yaşlı Sənan könüllü olaraq vuruşan dəstəyə qoşulur. «Onu dəstəyə götürmək istəmirdim. 15-16 yaşı ancaq olardı. Hansı kənddən cəldiyini bilmirdik. Özü qəsdən demirdi ki, geri qaytara bilərik. Müharibənin nə olduğunu kinoda görmüşdü». Həmin bu oğlan Nahidə adlı bir qızı sevir, ürəyinin sözünü telefonla ona çatdırmaq, ad gününü təbrik etmək istəyir, amma onu vururlar. Əvəzində komandir həmin qızla telefonda danışır, qız onu acılayır. Nə etmək? Həyat, insan münasibətləri çox mürəkkəb və ziddiyyfətlidir. Çıxılmazlıqlarla doludur. Elə Elçin Hüseynbəylinin «Çıxılmazlıq» hekayəsi də müharibənin necə dəhşətli müsibət olduğundan söz açır. Professor ata eşidir ki, oğlu erməniləırə əsir düşüb. Onu xilas etmək üçün yollar axtarır, hətta tanıdığı erməni alimlərinə də məktubla müraciət edir. Amma heç nə hasil olmur.

Elçin Hüseynbəylinin hər iki kitabındakı hekayələr öz dilinin aydınlığı, səlisliyi ilə seçilir. Mərhum akademik Tofiq Hacıyev yazırdı ki: «Elçin dil-ifadə tərzində də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir». Onun hekayələrində dialektdən, şivədən gələn sözlərə, ifadələrə də təsadüf edirsən, amma bunlar ədəbi dil materialında xaric səslənmir, heç bunları hiss eləmirsən də. Təsvir etdiyi obrazlar da təbiidir, həyatdan gəlir. Qoy bu təbiiliyi o gələcək yazılarında da həmişə qorusun, saxlasın. Müharibə isə hələ bitməyib və Elçin Hüseynbəylinin deməyə sözü çoxdur…




İmza:

YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK