nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | «ƏSRİN MÜQAVİLƏSİ» Adalet.az | «ƏSRİN MÜQAVİLƏSİ» Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

«ƏSRİN MÜQAVİLƏSİ»

Trampın hazırladığı müqavilə iyunda açıqlanacaq

25211    |   2019-05-08 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın Şərq məsələsinin nizamlanmasına dair ABŞ prezidenti Donald Trampın hazırladığı "əsrin müqaviləsi"nin detalları yayılıb. Bu barədə «Kommersant» qəzeti İsrail mətbuatına istinad edib. Qəzetdə yer alan və ABŞ, İsrail və ya Fələstin rəsmi orqanlarından Trampın bu planına hələ ki hər hansı bir açıqlama verilməyib.

Yayınlanan plana görə, İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və «Həmas» arasında yeni bir dövlətin qurulması ilə bağlı üçtərəfli razılaşma imzalanacaq. Bu müqaviləyə görə İordan çayının Qərb sahili və Qəzza zolağında,yəhudilərin yaşayış məntəqələri istisna olmaqla, «Yeni Fələstin» adlı dövlət qurulacaq. İordan çayının Qərb sahilindəki yəhudi yaşayış yerləri bu gün olduğu kimi, İsrailin əlində olacaq.

Sənədlərdə deyilir ki, Qüds bölünməyəcək və hər iki dövlətin paytaxtı sayılacaq. Qeyd edilir ki, burda yaşayan ərəblər Fələstin dövlətinin vətəndaşları olacaqlar. Yəhudilərin ərəblərdən, ərəblərin də yəhudilərdən ev satın almaları qadağan edilir.

Fələstin hava limanı, fabriklər inşa etmək, əkinçilik və ticarət sahələri üçün Qəzza bölgəsinə yaxın olan Misirdən icarə torpaq alacaq. Ərazilərin həcmi və qiyməti müqaviləni dəstəkləyən dövlətlər tərəfindən təyin olunacaq: ABŞ, Avropa Birliyi ölkələri və Fars körfəzi. Dəstəkləyən ölkələr milli layihələrin həyata keçməsi üçün «Yeni Fələstin»ə beş il ərzində 30 milyard dollar ödəyəcək.

Layihəyə görə, Yeni Fələstin dövlətinin ordusu olmayacaq, yalnız polisin əlində yüngül silah olacaq. Müqavilə imzalanarkən «Həmas» silahını yerə qoymalı olacaq.
İsrail ilə Yeni Fələstin arasında İsrailin bütün xarici hücumlara qarşı Yeni Fələstinin qorumasını zəmanət altına alacağı və bu cür qoruma qarşılığında Yeni Fələstinin İsrailə ödəniş edəcəyi ilə bağlı yeni bir müdafiə sazişi imzalanacaq.
Bundan əlavə, sənədlərgöstərilir ki, İordaniya vadisi İsrailə məxsus olacaq. «Həmas» bu müqaviləyə etiraz etdiyi təqdirdə ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstək təmin etməsini əngəlləyəcək.

Qeyd edilir ki, may ayının əvvəlində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Fələstin vlət başçısı Mahmud Abbasasrin müqaviləsini" dəstəkləməsi üçün 10 milyard dollar təklif edib. Fələstin lideri bu təklifi rədd edərək bildirib ki, bu razılaşma onun siyasi karyerasının sonu ola bilər.

ABŞ prezidentinin məsləhətçisi və kürəkəni Cared Kuşner Donald Trampın Yaxın Şərq üzrə nizamlanma planını iyunda açıqlayacağını bildirib.

Mehriban CƏFƏROVA




İmza:

Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

Lavrov bəyan etdi: Türkiyə ilə yeni danışıqlar başlayır

Rusiyada 12 min adam nəzarət altındadır - Koronavirus

Almaniyada tibbi maska çatışmazlığı yaranıb

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Çin koronavirus səbəbi ilə həlak olanların yeni sayını açıqladı

Ermənistan koronavirusa görə İranla sərhədini bağlayıb

Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

SON XƏBƏRLƏR
2020-02-26
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK