ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ehtimalmı, həqiqətmi?..

11471    |   2019-05-08 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” kita­bı­­nın birinci hissəsində Əhəmənilər İmperiyasının qurucusu Böyük Kirlə Səfəvilər dövlətinin ba­ni­si Şah İsmayıl Xətai arasında mövcud olan 70-ə yaxın paralel sadalanır. İkin­ci his­­sə həmin paralellərin mümkün rasional izahı ilə başlayır. Müəllif bir neçə variant təklif edir: tə­sa­düflər, təhriflər, ənənələrin yaşaması, oxşar coğrafi-siyasi məkanda fəaliyyət, genetik əla­qə...

Dünya tarixində mərhəmət və ədalət simvolların­dan biri sayılan hökmdarı sovet tarixşünas­­­­lığı azərbaycanlılara və Orta Asiya xalqlarına düşmən kimi tanıtmağa çalışırdı. Söz­süz ki, bu, sə­­­­­bəb­siz deyildi. Ola bilsin, imperiyanı idarə edənlər bizə mə­lum olmayan bəzi sirləri bilir­di­lər. Be­­­­lə fər­ziy­yə var ki, Avro­pa və Asiyanın hökmdar sülalələrinin, zadə­gan nəsillərinin, elə­­cə də peyğəmbərlərin əhə­miyyətli bir hissəsinin, bəlkə də mütləq ək­sə­riy­yə­­ti­nin şəcərəsi ata və ya ana xətti ilə məhz Böyük Kirə bağlanır. Şah İsmayıl Xətai ilə Böyük Kir arasın­da­kı para­lel­lər­dən bəzilərini bəlkə də bu müddəa ilə izah et­mək olar! Yüzlərlə paralelin sadalandığı bu əsər­lə ta­nış olanda dü­şü­nür­­­sən ki, tarixin təkrarlanması müəy­yən qanunauyğunluq­lara əsa­slanır və sis­tem­li xarakter da­şı­yır. Müəllifin təqdim etdiyi və məntiqi cəhətdən əsaslandırılmış faktlar gös­­­tə­rir ki, Səfəvi sü­la­lə­si­ni ha­ki­miy­yətdən salmış Na­dir şah Əfşarın hə­­­yat yo­l­u Əhə­məni İm­­pe­ri­­ya­sı­nın varlı­ğı­na son qoy­muş Makedoniyalı İs­gən­də­rin həyat yolunun, XIII əsrdəki Mon­qol­–Xa­­­rəzm­ mü­­nasibətləri VI əsrdəki Göy­­türk–Abdalı (Ef­­ta­lit) mü­na­si­bət­lərinin, VIII əsr­­dəki Əmə­vi–Abbasi qar­­şıdurması isə III əsr­dəki Ər­saki–Sa­sani qarşıdurmasının təkrarıdır.

Həmçinin Böyük Kirin mənsub olduğu qədim parsların və bulqar türklərinin bir qolu olmuş qədim bar­sillərin adlarının bir-birinə bənzəməsini tarixşünaslıq təsadüf kimi qəbul edir. La­kin hər iki qə­dim xalqın əsas rəmzlərinə diqqət yetirsək, tamamilə fərqli nəticəyə gələ bilərik.

Qədim parsların rəmzi


 

Qədim barsillərin rəmzi

Qədim barsillərin rəmzi 

Digər misal... Tur Heyerdal Skandinaviya xalqlarının ilkin vətəninin Azərbaycan olduğunu sübut etməyə çalışırdı. Görəsən, bu iddia yalnız norveçlilərin ulu babalarınamı aiddir? Bəs qədim ro­malıların mifik əcdadı sayılan Romulun mənsub olduğu xalqın alban adlanması, Ro­­mulun ikin­­­ci adının Kuris olması nə ilə izah edilə bilər? Yenə də "təsadüf”lə? Axı Bö­­­yük Kirin adının əsl forması Kü­ruş və ya Kureşdir, qədim parsların isə İran körfəzi sahillərinə Azərbay­ca­­­nın indiki Gəncə–Qazax böl­gə­sin­dən, sonradan Albaniya kimi tanınmış ərazilərdən köç et­mə­lə­­ri ehtimalı heç də əsassız deyildir.

Böyük Kirin e.ə. VI əsrin ortalarında I Dara tərəfindən qətlə yetirilmiş kiçik oğlu Bardiya­nın Qau­mata ləqəbi ilə e.ə. VI əsrin ortalarında Nepalda yaşadığı deyilən Buddanın Qautama qot­­rasının (soyadının) bir­-birinə bənzəməsi və Nepalda, Hindistanın Nepalla həmsərhəd ra­yon­­larındakı Bardiya, Baku, Ban­kə, Salyan, Erivan, Gorus, Kapan, Mehri, Ganja, Ga­ra­ma­ni, Ur­mi, İlam, Parsa, Midiya, Maday kimi yüzlərlə to­po­nim­ arasındakı bağlılıq nə ilə əlaqədardır?

Vahid Azərbaycanın qurucusu Böyük Şah İsmayıl Xətai haqqında yazılmış "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” əsəri sovet dövründən formalaşmış stereotipləri sözün əsl mə­na­sında qıraraq tariximizə fərqli rakursdan baxış təklif edir. Peşəkar təh­­­­lil­çi Araz Şəhrilinin tarixi araş­dırmanı təhlilin məntiqi-təfəkkür, statistik və model­ləş­dir­mə me­tod­larının köməyi ilə apar­ma­sı, hər bir metodun tətbiqi qaydasını konkret misallar üzə­rin­də gös­tər­­­mə­si və izah etməsi bu ki­tabı oxucu üçün maraqlı etməklə yanaşı, həm də gələcəkdə təhlilçi olmaq istəyənlərin tədris vəsaitinə çe­­­vi­rir.

Tünzalə Xəlilqızı




İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK