adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
57141 | 2019-05-07 17:24

Həmin günBakıdan üzü Türkiyəyə istiqamət götürən "Metro" şirkətinə məxsusavtobusda sərnişinlər yerlərini tutandan sonra mən oturacağın önündəki ekranadiqqət yetirdim. Onun düymələrinə nə qədər toxunsam da çalışmadı. Sonraqulaqcığı axtardım, onu da tapa bilmədim. Bu uzaq yolun necə çətin olacağınıartıq hiss etməyə başladım. Adətən belə yolçuluğa çıxanda içimdə bir rahatlıqolur. Yəni xidmətlərindən istifadə etdiyim "Starok", "Lüksİstanbul" və "Alpər" şirkətlərinin avtobusları öz yüksək xidmətləriləsərnişinlərə yardımçı olurlar. Yəni avtobusdakı internet şəbəkəsi, həmçinin su,çay, kofe, meyvə şirələri təklif edilir. Yolçular da monitorlardan istifadə etməkləyolboyu filmlər, musiqili kliplər, idman oyunları və s. ilə başlarını qatır,özlərini əyləndirir, yolun yorğunluğunu nisbətən unudurlar. Çox təəssüf ki, budəfə sərnişini olduğum "Metro"da internet və monitorla bağlı ağır birsıxıntı yaşadım. Demək olar ki, bu avtobusda mobil telefonların batareyalarınınenerji ilə təmin edilməsi üçün quraşdırılmış cihazlar da çox bərbad işləyirdi.Nə isə...

Bəli, aprelin30-u saat 10:45-də Bakı Beynəlxalq Avtovağzalından səfərimiz başlayır. Təəssüratımınbir az əsəb üstündə köklənməsi təbii ki, öz işini görmüşdü. Ona görə də çiyinlərimdəndaş asılmış bir adam kimi hiss edirdim özümü. Nə qədər çalışsam da həmin opsixoz vəziyyətimdən çıxa bilmirdim. Üstəlik də "Azersell"inbir-birinin ardınca mənasız mesajlar göndərməsi lap məni özümdən çıxarırdı. Bubarədə onsuz da hamı desə də, yazsa da, "Azersell" öz ampulasındaqalmaqdadı. Amma düşünürəm ki, nə vaxtsa bu telefon öz işində bir dəyişiklik edəcək.Reklam arzu etməyən, hansısa alış-verişləmaraqlanmayan abonentini rahatsız etməyəcək. Və yenə nə isə...

Bəli, yol boyuAzərbaycanın avtobusun pəncərəsindən görə bildiyim mənzərələrini seyr edirəm.Hava durumu elə avtobusun içərisində olduğu kimi bir az anormaldı, gah yağışyağır, gah da gün çıxır. Bu səbəbdən sürücü də deyəsən bir az gərgindi. Yolundurumuna uyğun olaraq sürət seçməyə çalışır.

Mən də özümü şəraitəuyğunlaşdırmaq üçün mobil telefonun yaddaşına köçürdüyüm musiqilər yazılmış səhifəniaçıram. Budur, Məhəbbət Kazımovun dinləməkdən doymadığım "Dağlar"mahnısı.

Məhəbbət oxuyur,

mən də onaqoşulub elatın keçdiyi yollarla dağlara qalxıram. Əlimdən alınmış yurdumu, kəndimi,Qarabağımı bir kino lenti kimi gözlərimin önündən keçirirəm. Və görürəm ki, 30aprel 2019-cu ilin hava durumu içdünyamın, xatirələrimin hava durumuyla heç cür üst-üstə düşmür. Və unudulmaz QədirRüstəmovun "Sona bülbüllər"i də bu yerdə köməyimə çatmır. Özümdənasılı olmayaraq, dilimdən bir söz çıxır:

- Neyçün gəlməz!

Bəli, doğurdanda o günlər neyçün gəlmir? Bir anlıq da olsa niyə məni qoynuna almır o günlər? Uşaqlığımı,gəncliyimi, dünənimi, bir sözlə, özümü normal insan saydığım o illərimi niyəqaytarmır mənə? Bu suallardan sonra elə bil ki, dəlilik etdiyimə, yersiz kimlərisəittiham ünvanına çevirməyimə daxilən bir utanc yaşadım. Axı dünəni qaytarmağaheç kimin gücü çatmır. Onda heç kimingücü çatmayanı niyə kimdənsə istəməliyəm?!

Bu da AzərbaycanınGürcüstanla üz-üzə dayandığı sərhəd... bu da keçid məntəqəsi... bu da Qırmızıkörpü... bu da sərhədçilərimiz... bu da gömrükçülərimiz... Burada ilk dəfəolaraq növbə çəkən polislə də qarşılaşıram. Demək, üç xidmətin əməkdaşları bizisərhəddə qarşılayıb yola salır. Yolçular arasından iki gənc sərhəddi keçəbilmir. Sənədlərində problem olduğundan onlara geri dönmək tövsiyə olunur...

Bu daGürcüstan...

bu da onlarınkeçid məntəqəsi. Tam səmimi deyəcəm. Burada çalışanlardan həmişə mənfi enerjialıram.

Səbəbinin nəolduğunu bilməsəm də, amma hiss edirəm ki, burdakılar robortlaşmış məmurlardı.Danışıqları da, sualları da, hətta təqdim etdiyi vəsiqəni qəbul etmələri dəqupquru hissiyyatsızdı. Amma nə edə bilərəm ki? Mən durub onlara nə isə öyrətməksəlahiyyətində deyiləm. Ona görə də sakitcə vəsiqəmi təqdim edirəm. Şüşəninarxasında oturmuş xanım məmur da heç nə ifadə etməyən gözlərilə üzümə baxır,sonra da vəsiqədəki şəkilə nəzər yetirir. Əsəbi şəkildə vəsiqəyə möhür vurur vəmənə uzadır. Mən də etik normalara riayət edərək səs tembrimi bir pilləqaldırıb doğma ana dilimdə "sağ ol" deyib keçirəm. Yol yoldaşlarımarasında bir az ləngiyənlər olsa da, mənim işim daha asandı. Ona görə ki, kiçikəl çantam və bir də balaca çemodanımı rahatca daşımaq mümkündü. Yoxlanış zamanıda təqdim etdiyim bu əşyalar heç bir problem yaratmır...

Avtobusda hamıyerini tutur. Sərnişinlərə xidmət edən xanım qız uca səslə bildirir ki, qarşıda20 dəqiqəlik fasilə olacaq.

Hər kəs yemək,çay və digər istəklərini gerçəkləşdirə bilər. Mən dəfələrlə bu yolu getdiyimdənharda, hansı xəbərdarlığın ediləcəyini öncədən bildiyimdən sakitcə yolüçün evdən tədarük olunmuş azuqəni əl çantamdan çıxarıram...

Bu da BakıdanTürkiyəyə işləyən avtobusların duracaq yeri. Çalışanlar, xidmət edənlər dahaçox türk soyludular.Verilən yeməklərin də çeşidi daha çox türklərə aiddir. Havagünəşli olduğundan masaların birində əyləşib "kasıbın olanından"dadıb bir stəkan da ayran içirəm. Amma hiss edirəm ki, hamı monitorlarıninternet xidmətinin bərbadlığını müzakirə edir. Deməli, sərhəddi keçsək də,adamlar Bakıda yol verilmiş bu nöqsanı hələ də unutmayıblar.

Açığını deyimki, qarşıdan gələn gecənin ağırlığı mənə bu nöqsanın ağırlığını bir az da artıqyaşadır. Çünki avtobusda, maşında gecə səyahətləri zamanı yuxulamaq, yatmaqkimi anlayışlar mənə yaddır. Gecənin qaranlığında isə ətrafı seyr etmək mümkünolmur.

Monitorçalışanda başımı verilişlərlə, filmlərlə, musiqilərlə qatıram və səhərin necəaçıldığını hiss etmirəm. Bu dəfə isə əməlli-başlı məşəqqət yaşayacağım mənə məlumdur.Görünür, atalar sözünə əməl etməməyin ağrısını yaşamaq mənim haqqım imiş. Axıatalar deyib ki, "xasiyyətini bilmədiyin ata minmə".


Mən isə bu fikrəəməl etməmişdim. Ona görə də Balaş kimi öz cəzamı çəkməyə məhkumam...

Avtobusun mühərrikiişə salınır. Sərnişinlər öz yerlərini tuturlar. Adamların ovqatı, xüsusiləsiqaret çəkənlərin əhvalı bir az düzəlib. Çünki maddi tələbat ödənilib - kimsəyemək yeyib, kimsə də siqaretini çəkib. Mən də bu fürsətdə iki ədəd siqaretinkülünü "yerə" çırpdım. Hələ ki, maşının içərisində qəzet, kitaboxumaq mümkündü. Səhər-səhər avtovağzaldan aldığım qəzetləri gözdən keçirirəm.Onsuz da bir dəfə hamısına baxmışdım. İndi də başımı qatmaq üçün təkrarbaxıram. "Ədalət" qəzetinin 30 aprel sayında dəyərli dostum ŞirxanAdıgözəlovla bağlı yazdığım yazını bir də oxuyuram. Hiss edirəm ki, o yazı bitməyib...o yazı mənim ömrüm boyu yazılacaq bir yazıdı...

İçimdən bir duakeçirirəm

Düşünürəm ki, buyol boyu o mənimlə olacaq, onunla danışacam, onunla birlikdə keçirdiyim zaman kəsiyinigözlərimin önündə canlandıracam və Şirxan bu gecə uzanan bu yolda məni təkqoymayacaq.

Avtobus Tiflis şəhərininartıq işıqları sayrışan və Kür çayının sol sahili boyunca keçən küçəsiylə hərəkətedir. Şəhərdə əməlli-başlı sıxlıqdı. Sanki bütün Tiflis küçələrə çıxıb.Maşınlar, adamlar bir-birinə qarışıbdı. Belə bir vəziyyətdən"Metro"nun sürücüsü deyəsən bir az narahat olub. Özü üçün dinlədiyimaqnitofonun səs tempini aşağı salır.

Hə, burda onudeyim ki, uzaq məsafələrə hərəkət edən tır və avtobusların sürücülərinin nələrdənkeçdiyini belə məqamlarda adam daha yaxşı anlayır.

Və mən maşınidarə etməyi bacardığımdan yerli sürücülərin kənardan gələn avtomobillərə qarşısayqısızlıq göstərdiyini də burada müşahidə edirəm.

Açıqca görünürki, torpaq sahibi olan sürücülər sükan arxasında daha sərbəst və özlərini dahagüvənli hiss edirlər. Xüsusilə sükanı sağ tərəfdə olan avtomobilin sürücüləridaha kobuddular...

Hə, axır ki,Tiflisdən çıxırıq. Mən qarşımdakı açılıb qatlanan masanın üstünə qoyduğumbloknotumu götürürəm. Burdan bu yana nələr yazacağımı, nələri içimə, yaddaşımaköçürəcəyimi qeyd etməyə başlayıram. Yəni bu səfərimin təəssüratını oxucularlabölüşəcəyimə qərarlı olduğuma görə, müəyyən detalları bloknotda qeyd edirəm.


TƏQVİM / ARXİV