ANA SƏHİFƏ / MƏMLƏKƏT

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ”

Mövzusu dəyirmi masada

5172    |   2019-05-07 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki gün öncə paytaxtın Binəqədi rayonunda Ulu Öndərin doğum günüylə əlaqədar olaraq keçirilən silsilə tədbirlərdən biri də həyata vəsiqə almışdı. Belə ki, rayon Gənclər və İdman İdarəsinin Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə layihəsi kimi gerçəkləşdirilən dəyirmi masada həm iştirakçılar, həm də çıxış edənlər gündəlikdə olan mövzunun faktların diliylə diqqətə təqdim ediblər.

Tədbirin açılışında məlum olmuşdu ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən dəyirmi masanın bilavasitə Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilməsi heç də təsadüfi deyil. Yəni keçirilən "Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunun müzakirəsi bilavasitə Binəqədi gənclərinin həyatında oynadığı rolla bağlıdı. Təbii ki, mövzunun bütün Azərbaycan gəncliyini əhatə etməsi birmənalıdır. Ona görə də tədbir iştirakçılarının hər birinin Ulu Öndərin onların həyatındakı rolunu dərk etməsi, ona önəm verməsi və həm də ordan özləri üçün gələcək ideyalarını formalaşdırması dəyirmi masada fikirlərini ifadə edənlərin ürəyindən gələn fikirlər idi.

Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəsinin Rauf Həsənov birmənalı şəkildə Azərbaycan gəncliyinin örnəyi olan ümummilli liderimizin fəaliyyətindən bəhs etmişdi, ondan hər zaman öyrənməyin vacibliyini vurğulamışdı. İştirakçılar qarşısında çıxış edən İctimai Şuranın sədi Aslan Mehdiyev bildirmişdi ki, ona Ulu Öndərin rəhbərliyi altında işləmək, onu dəfələrlə görmək, onun tapşırıqlarını yerinə yetirmək xoşbəxtliyi ona nəsib olmuşdu. Ona görə də bu gün Ulu Öndərin həyat və fəaliyyətindən danışmaq onun üçün son dərəcə qürurvericidi. Aslan Mehdiyev vurğulamışdı ki, biz bu gün də ondan öyrənirik. Və hər birimizin, xüsusilə gənclərin əsas vəzifələrindən biri savadlı olmaq, dövləti, dövlətçiliyi sevmək, öz gələcək həyatlarında Ulu Öndərin tövsiyyələrindən yararlanmaqdı.

Tədbirin sonunda gənclərə və "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda inşa yazısının qaliblərinə və bütövlükdə Binəqədinin sabahı olan insanlara uğurlar arzulamış, onların fikir və istəkləri dinlənilmişdi. Eləcə də yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdı.

Əbülfət MƏDƏTOĞLU


İmza:

Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA

İlham Əliyevdən sərt açıqlama: “Mənzillər rüşvət müqabilində paylanılır”

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər - SƏBƏB

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Prezidentə yazırlar: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Mayın 18-i üçün teledərslərin cədvəli müəyyənləşdirilib

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA

Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ

Azərbaycan mətbəxində dovğa: Soyuq-isti fərqi yoxdu, yeyin-için...

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK