Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: O BİR İŞIQ... Adalet.az | Faiq QİSMƏTOĞLU: O BİR İŞIQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O BİR İŞIQ...

Uzun müddət prokurorluq orqanında çalışmış hüquq elmləri doktoru Şirxan Yusif oğlu Adıgözəlovun xatirəsinə

4265    |   2019-05-06 13:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, bir evin işığı o biri evə düşmür. Bunu kim deyib, necə deyib bilmirəm. Bildiyim odur ki, düzdür, elə adam var, lap yüksək vəzifədə əyləşir, nə bacısına əl atır, nə qardaşına arxa durur, nə də dar gündə olan qohum-əqrabasına kömək eləyir. O adamlar özləri üçün yaşayırlar, özləri üçün ömür sürürlər və dünyadan köçəndə də səssiz-səmirsiz gedirlər...

Adam da var ki, bir pillə vəzifə kürsüsünə qalxanda, bir az ucalanda onun işığı, onun nuru tək özünə, öz ailəsinə deyil, bütün qohum-əqrabaya, dosta-tanışa, el-obaya düşür. Və bu el-oba da o vəzifədən çıxandan sonra da və hətta dünyasını dəyişəndə də onun xeyirxahlığını yaddan çıxarmır. Son borcu olaraq hamı ona öz məhəbbətini və sevgisini göstərir. Mənim uşaqlıqdan, orta məktəb illərindən və ən nəhayət, universitet illərindən yaxşı tanıdığım Şirxan Yusif oğlu Adıgözəlov da belə böyük ürək sahibi idi.

O, Allahın dərgahına qovuşmaqla nəinki öz ailəsini, bütün dostlarını, yaxınlarını, elini-obasını kədərləndirdi. Çünki Şirxan Adıgözəlov yaşadığı 64 ili özündən çox elinə, obasına, dostlarına və ən nəhayət, onu sevənlərə xərcləmişdi. Və heç vaxt da elədiyi yaxşılıqları kiminsə başına başqaları kimi qaxmazdı. Onun qapısını kimlər döymürdü, İlahi?! Hər yerdən əli üzülən, ümidi kəsilən və pənahı olmayan kimsəsiz, kasıb adamlar qapısını döyürdü. Və bir dəfə də alnını turşutmadı ki, bəs bu el-oba məni incidir?! Gücü çatdığı işləri özü aşırardı, gücü çatmadığı məsələləri də dostlarına xahiş edərdi. Və dostları da bilirdi ki, Şirxan Adıgözəlov bir şeyi xahiş edirsə, orda haqq-ədalət və təmizlik var.

O, elə-belə adam deyildi. Yüksək zirvəyə çatmaq üçün o qədər əziyyət çəkmişdi ki. Düzdür, atası Yusif kişi dövrünün sayılan adamlarından idi. Ancaq o, atasına deyil, özünə güvənərdi. Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki orta məktəbi "əla” qiymətlərlə bitirmişdi. Həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə imtahan verib yüksək qiymət alsa da, müsabiqədən keçə bilmədi.

Kəndə qayıtdı, Komsomol təşkilatının katibi vəzifəsinə təyin olundu. Onda da öz istedadı və öz bacarığıyla yeni bir iz qoymağı bacardı. Belə ki, bizi başına yığıb Bəhmənlinin girəcəyində söyüd ağacları əkdirdi. İndi həmin söyüd ağacları yenə qalıb və hamı da deyir ki, o ağaclar Şirxanın əkdirdiyi ağaclardı...


İkinci ili daha yüksək qiymətlər alıb hüquq fakültəsinə qəbul oldu. Tələbəlik illərində özünə o qədər dost qazanmışdı ki, hamı onun başına and içirdi. Məndən bir kurs qabaqda oxuyurdu və hüquq, jurnalistika, şərqşünaslıq fakültələri o vaxtkı "Kommunist” küçəsindəki üçmərtəbəli binada yerləşirdi. Tənəffüs vaxtı birinci mərtəbədə olan büfetə çörək yeməyə gedərdik. Şirxan məni və Vaqif Bəhmənlini görən kimi bufetdə işləyən Əminə xanıma deyərdi ki, yaxşı bir buterbrod düzəlt bunlara. Bu buterbrodun da içərisində dilimlənmiş kolbasalar olardı. Dadından doymazdıq. Görürdü ki, bizə ləzzət eləyir, təzədən Əminə xanıma işarə eləyib deyərdi ki, birini də ver. Və biz də onu gözümüzə təpərdik.

O, həddindən çox mehriban, şirin və səmimi bir oğlan idi. Həm də çox "simpatiçni” gənc idi. Qızlar onun dərdindən dəli idilər. Çünki o vaxt hüquq fakültəsində oxumaq, həm də belə ağıllı, kamallı və savadlı tələbə olmaq hər gəncə qismət olmurdu. Bayaq dedim axı, Şirxanın o qədər dostu vardı. Məsələn, Aqil Abbasla tələbəlik illərindən çörək kəsirdilər, yeyirdilər, içirdilər və hətta davaya da bir gedirdilər...

Hələ orta məktəbdə oxuyanda bizim elmi dərnək vardı, o elmi dərnəyə də rəhmətlik Balaca müəllim rəhbərlik edərdi. Şirxan da çox savadlı olduğuna görə, biz həmin dərnəkdə ondan ehtiyat edərdik. 8-ci sinifdə coğrafiyadan mövzu götürdüm, elmi dərnəkdə çıxış elədim. Şirxan Adıgözəlov da, Vaqif Bəhmənli də, Təbriz Süleymanov da, Barat Səfərov da sualları yağış kimi yağdırdılar. Axırda Şirxan gördü ki, bütün suallara cavab vermişəm, onları sakitləşdirdi və dedi ki, görmürsünüz, nə qədər gözəl hazırlaşıb?! Allahınız olsun, bunu çox incitməyin, gəlin Faiqə "beş” yazaq. O, çox ədalətli, insaflı, obyektiv bir hüquqşünas idi.

Zarafat deyil, uzun müddət prokurorluq orqanlarında işləmiş, Bakının Yasamal və Səbael rayonlarında prokuror olmuşdu. Özü də elə-belə prokuror yox ha! Çox samballı, ağayana, öz oturuşunu-duruşunu və yerini bilən adam idi. Əgər bir adam haqlı idisə, heç vaxt onun haqqını tapdanmağa qoymazdı. Vəzifəcə özündən yüksək olan adamlara da imkan verməzdi ki, kiminsə haqqını tapdasınlar. Əgər belə bir şey olardısa, bax onda Şirxan Adıgözəlovun o adam sərt üzünü görərdi. O, çox cəsarətli və savadlı bir hüquqşünas idi. Bu cür hüquqşünaslar Azərbaycanda elə də çox deyil və heç vaxt da yüksək vəzifələrdə gözü olmayıb. Ona yüksək vəzifələr təklif olunsa da, o bundan imtina edib, elə öz yerində işləməyi hər şeydən üstün tutub.

Biz tələbə olanda tez-tez onun qohumu və polis orqanlarında işləyən Əyyub müəllimgildə olardıq. Əyyub müəllim Dəmiryol Polisində işləyirdi. Həyat yoldaşı Aygün xanım da çox mehriban, şirindil insan idi. Biz onların evinə gedəndə Aygün xanım əldən-ayaqdan gedərdi. Yedirib-içirmədən bizi buraxmazdı. Hətta görərdi ki, corablarımız köhnəlib, Əyyub müəllimin corablarından birini ona, birini də mənə verərdi. Bəzən utanıb onlara gec-gec gedərdik. Amma gedəndə Aygün xanım hər ikimizi danlayıb deyərdi ki, bəs Əyyub əminiz sizin üçün darıxıb, niyə görünmürsünüz? İndi Əyyub müəllim də, Aygün xanım da, dostumuz Şirxan da haqq dünyasındadı. Ancaq onların elədiyi yaxşılıq heç vaxt mənim yadımdan çıxmır, vallah!

Şirxanın elə böyük ürəyi vardı ki, o ürəyə bütün Azərbaycan yerləşərdi. O, fərq qoymazdı ki, bu naxçıvanlıdı, o biri şəkilidi, bakılıdı, qarabağlıdı, lənkəranlıdı... O, deyirdi ki, mənim respublikanın hər yerində canlara dəyən dostlarım var... o deyirdi ki, mən hansı qapını döysəm, vəzifəm olmayanda da o dostlar qapını açacaq... o deyirdi ki, heç vaxt orta məktəb müəllimlərim olan Əvəz müəllimi, Cəlal müəllimi, Valeh müəllimi, Balaca müəllimi, Cavanşir müəllimi unuda bilmərəm. Onun sözünün əvvəli də, axırı da bu müəllimlərlə bağlı olurdu. Həmişə Əvəz müəllimin ibrətamiz sözlərini xatırlayardı... O deyirdi ki, bizim hamımızı adam eləyən Əvəz müəllim və onun kimi müəllimlər oldu...

Şirxan Adıgözəlov təkcə savadlı, istedadlı hüquqşünas deyildi. Onun həm də çox gözəl musiqi duyumu vardı. Bəlkə də muğamı onun kimi bilən az-az ziyalı tapılar. Həm də onun gözəl səsi vardı. O qədər şirin səsi vardı ki, tələbə vaxtı biz o səsi dinləməkdən doymazdıq. "Xalq ulduzu” müsabiqəsində Eldəniz Məmmədova çox böyük arxa oldu. Hər çıxışında Eldənizə deyirdi ki, bax mahnının filan yerində, muğamın filan guşəsində artıq xal vurdun, artıq hərəkət elədin. Eldəniz də onunla razılaşırdı.

Bir dəfə Məhərrəm müəllimin oğlunun toyunda toy başa çatsa da, məclisi aparan Manaf Ağayevi saxladı. Hamı dağılışmışdı, cəmi beş-altı adam qalmışdı. Manaf Ağayevə dedi ki, "Füzulim mənim”i oxu. Manaf da Allah kömək olmuş bir gəzişmə elədi ki, o səsin sehrində Şirxanı da, məni də, o məclisdəki beş-altı adamı da götürüb apardı Ərgünəşə, Çənlibelə, Buzbulağa... Mahnı qutaranda Şirxanın gözləri doldu, qapqara qaralmış çöhrəsinə qan gəldi və sonra da Manafı bağrına basıb öpdü...

Şirxanın qardaşı yoxuydu. Seyid Əbdürrəhim ona qardaş idi... Süleyman İsmayılov ona qardaş idi... professor Qalib Qarayev ona qardaş idi... tibb elmləri doktoru Müşfiq Həsənov ona qardaş idi... hüquqşünas Kamran Əhmədov ona qardaş idi... general Azad Ələkbərov ona qardaş idi... böyük şair Vaqif Bəhmənli ona qardaş idi... Cəmi Azərbaycanda onun dostlarının hamısı ona qardaş idi... Və bu qardaşlar öz məhəbbətini, öz sevgilərini onu son mənzilə yola salanda bir daha göstərdilər. Və o qardaşlar bir daha göstərdilər ki, Şirxan tək deyil, onun iki oğlu tək deyil. Şirxanın o iki oğlunun arxasında sayı-hesabı bilinməyən qardaşlar dayanıb...

Onun bir uşaqlıq dostu vardı: Həsən Əliyev! Bir məhəllədə böyümüşdülər... bir yerdə dostluq eləmişdilər və Mərdəkanda da qonşu idilər. Həsən fevral ayında qəflətən dünyasını dəyişdi. Şirxanın da durumu o qədər yaxşı deyildi. Amma yenə də yas məclisinə Böyük Bəhmənliyə gəlmişdi. Tək gəlməmişdi. Qırx illik dostu və şəxsi həkimi professor Qalib Qarayevlə gəlmişdi. Onda onu görə bilmədim. Ancaq qəbiristanlığa gedəndə gördüm ki, anasının və bir də dostu Həsənin məzarının üzərinə qərənfillər qoyulub. Seyid Əsgərə molla Məcid dedi ki, bu gülləri Şirxan müəllimlə dostu qoyub. Taleyə bir bax, heç üç ay keçmədi ki, o, dostuna qovuşdu...

Şirxan Adıgözəlov böyük hüquqşünas idi, hüquq elmləri doktoru idi. Və təqaüdə çıxandan sonra da universitetlətin birində dərs deyirdi. O nə qədər böyük mütəxəssis olsa da, insan kimi, ziyalı kimi, dost kimi, eloğlu kimi daha böyük idi. Mən bunu bir daha onun yas məclisində gördüm. Gördüm ki, hətta ona qarşı haqsızlıq eləmiş şəxslər də günahını yumaq üçün və halallıq almaq üçün o məclisə gəlmişdilər...

Onun kimi oğullar tək bir evdən, bir eldən, bir kənddən getmir. O, bizim kəndin uca bir dağıydı. Və bizim bu gün uca bir dağımız gedib. Ancaq getsə də, onun qoyduğu əməli-saleh işlər, böyük yaxşılıqlar elə uca dağ kimi qalır. Onun kimi oğullar tək bir evdən getmir, həm də böyük Azərbaycandan, böyük yurddan gedir. Şirxan Adıgözəlov bir daha ölümüylə təsdiq elədi ki, insanı bu dünyada yaşadan onun işığıdı, onun nurudu. Çünki o, Allahın dərgahına qovuşsa da, o gün işığı həmişə olacaq, hər an, hər zaman üfüqdən boylanacaq. Və bu gün işığı tək onun övladlarının, nəvələrinin deyil, qaranlıqda olan, çətinliklərlə üzləşən bütün insanların yolunu işıqlandıracaq. O ağ işıq düz Allahın dərgahına qədər uzanacaq...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK