Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Kraliçanın pirojnaları - İradə TUNCAY yazır Adalet.az | Kraliçanın pirojnaları - İradə TUNCAY yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Kraliçanın pirojnaları - İradə TUNCAY yazır

18005    |   2019-04-29 08:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük Fransa İnqilabı ərəfəsində Mariya-Antuanettaya xəbər verirlər ki, insanlar acdır. Çörək tapmırlar. Kraliça təəccüblənir – niyə pirojna yemirlər?!

***
İllər öncə uşaqlarımla kənddə qalırdım. Balacaydılar, tozun-torpağın içində eşələnməkdən həzz alırdılar, həm də toyuq-cücə, it-pişiklə yaxından tanış olurdular. Əziyyət mənə düşürdü –heç bir şəraiti olmayan kənd evi və iki nadinc oğlan uşağı. Hər axşam su daşı, qızdır, çimdir. Onlar yatandan sonra da paltarların yu... Həyətdə bəzən hardansa gəlmiş bir it də dəyirdi gözümə. Yaxına buraxmırdım, yemək verirdim amma.

Bir gün tualetin yanından keçəndə küçük zingiltisi eşitdim. Kənd tualetlərin bilirsiz, evdən aralıda, qazma və ortasında iri bir deşik. Qapı dediyimiz yerdən də yeşik taxtalarından düzəldilmiş nəysə bir şey. Həmişə də açıq qalırdı.

Səsə diqqət elədim, yaxınlaşdım tualetə, hiss elədim ki, küçük düşüb tualetin deşiyindən aşağı. Fənər gətirib işıqlandırdım və gördüm ki, bapbalaca bir küçükdü . Ağlı kəsib divar daşlarının qırağına çıxıb otura bilib. Ay aman, mən indi neyləyim? Necə çıxarım bunu? Çıxarmasam necə dözüm onun zingildəməyinə? Qonşuda uşaqlar vardı, əkiz bacılar – onları çağırdım. Gəldilər – dedim mənə kömək eləyin çıxardaq bunu burdan. Onlar da elə həvəslə, elə canla-başla qoşuldular ki mənə. Əlqərəz, öz uşaqlarımı anamın yanında qoyub bu bacılarnan neçə saat biçarə küçüyü xilas-qurtarma əməliyyatına başladıq. Bir balaca vedrəyə yemək qoyub salladıq aşağı – o da deyirəm də şüurlu küçük idi, girdi vedrənin içinə, tez dartdıq yuxarı. Çıxardıq çıxarmağına da, amma yaman gündədi axı, təmizləmək lazımdı. Əkizlər bu işi də götürdülər boyunlarına. Yudular, təmizlədilər. Buraxdıq, qaçdı. Bir neçə gün sonra gördüm o yemək verdiyim itin yanında küçüklər var. Sən də demə bu da onun balasıymış. Təsvir edə bilmirəm xilas etdiyim o küçük məni görəndə nə oyun çıxardı – yumalandı yerə, sürünə-sürünə gəldi yanıma... Bunu görmək lazım idi...

Yay uzunu hər səhər gəlib mənə minnətdarlıq elədi...

Qayıtdıq şəhərə. Sonra uşaqların heyvan bəsləmə kaprizləri tutdu. Gah tutuquşu istədilər, gah balıq... Saxlayanlar bilir, əziyyətli işdir. İstəməyinə onlar istəmişdi, amma mən baxırdım çarəsiz. Tutuquşum bir ayrı epopeya idi. O qədər ağıllı, o qədər məzəli... Heç vaxt qəfəsə sala bimədik onu – uçurdu evin içində hara istəsə. Nəyi istəsə didikləyirdi. Biz yemək yeyəndə də uçub masada otururdu. Yeyirdi bizimlə birgə. Məni hirsləndirəndə də uçub şkafın başına qonurdu, ordan başını əyib tamaşa edirdi...

Bir dəfə bir neçə günlük rayona getdik, yeməyini-suyunu mətbəxdə qoydum. Tək qaldı. Qayıdanda qapıdan uçub getdi. Elə qapı açılan kimi... Küsmüşdü... Əvvəllər olurdu pəncərə açılanda çıxırdı, sonra tez də qayıdırdı. Bu dəfə qayıtmadı... Onlar da küsürlər...

Sonra birinci itim gəldi evə – yenə uşaqlar istədi, yenə mənim boynumda qaldı. İki aylıq idi. Və o vaxtdan saxladım onu. On dörd il... Cessi... Elə bil bir uşaq da var evdə. Öz nazıynan, istəkləriynən, xasiyyətiynən. Bəzən olurdu ki, evə qonaq gəlirdi və bu qonaq da itdən qorxurdu. O zaman qapadırdım onu hardasa, Cessi də ta ordan açılana qədər hürürdü. Qonaq da peşman olurdu gəldiyinə, tez çıxıb gedirdi. Onlar gedən kimi açırdım. Həmən gəlib divandakı yerini tuturdu və kompensasiya gözləyirdi məndən. Daha artıq tərifləmək lazım idi. Haqqını tələb edirdi.

Evimizlə üzbəüz uşaq bağçası vardı. Bəzən olurdu iti gəzdirəndə bağça müəllimləri arxamdan, amma eşidə bildiyim kimi lağnan – "bir azdan at da gəzdirəcəklər burda”, ya da "müsəlman deyillər bunlar, necə də utanmırlar” deyirdilər. Bir rus oğlan vardı, o da itini gəzdirirdi. Onu görəndə elə sevinirdim ki, sanki yaxın adamım idi. Onunla dünyanın hər tərəfindən söhbət eləmək olurdu. Təbii ki, itlərin problemlərindən başlayaraq...

Köçdük ordan həyət evinə. Bir ovçarka hədiyyə etdilər. Əziyyət vurdu ikiyə. Maraqlı münasibətləri vardı bu iki itin. Evin içində hakimiyyət Cessinin idi. O biri ancaq qapıdan boylana bilirdi – o boylananda da Cessi divana çıxıb öz üstünlüyün göstərirdi. O biri də həyətin ağası idi... Əgər Cessi həyətə düşürdüsə onu bağlayırdıq, yoxsa təsadüfən açıq olardısa nəticə ağır olurdu. Gərək sonra dartıb əlindən alaydım...

Maraqlı idi onlarla...

Və bir gün qəribə bir hadisə oldu. 2000-ci ilin zəlzələ günlərində qapımıza bir it də gəldi. Oğlum axşam evə gələndə dedi ki, bəs qapıda bir it oturub, özü də cins itdi, yazıqdı, yemək ver aparım ona. Dedim, gedər də... Səhər duranda baxdım ki, yenə ordadı. Yedirtdim bunu. Getmədi... Qaldı ... Yaxınlıqdakı dükanlara dedim – bəlkə itini axtaran olar, soruşsalar deyin bizdədi... Sahibi tapılmadı. Beləcə buraxdım onu da həyətə... İndi əvvəlki itlər birləşib bu iti gözümçıxdıya salırdılar. İlahi, bunların dalaşmağına baxmaq lazım idi... Amma fikir verirdim çoxbilmiş it idi. Cavab verə bilirdi evin sahiblərinə. Uzun qulaqlı ov tulası idi. Niyə bizim qapıya gəlmişdi bilmirəm. Zəlzələ vaxtı evdən qaça bilərdi, amma məhz bizim darvazanın ağzında iki yağışlı gün oturub həyətə girməyi gözləməyi... Elə bil it mələkləri qulağına pıçıldamışdı ki, ora get. Orda səni sevəcəklər... Bizim küçədə hamının həyətində it var – yəni onların qoxusuna görə ola bilməzdi...

İndi əziyyəti üçə vuraq. Amma taleyimlə barışmışdım ki, itin sahibi tapıldı. Bir ildən sonra darvazanı təmir edəndə, bu da qapıdan çıxıb oralarda fırlananda bir maşın dayandı evin qabağında. Başladı iti çağırmağa. Biz başqa ad qoymuşduq. Bimka deyirdik. O isə nəsə başqa cür... İt həsrətlə maşından düşüb ona tərəf gələn adama baxırdı.

Adam mənə dedi ki, bu bizim itdi. Axtarırıq nə vaxtdı, anam xəstələnib itən vaxtdan... Deyirəm, ay qardaş, biz hamıya tapşırmışıq burda, sizə deyən olmayıb? Yox,- dedi... Ova aparırdım onu özümlə, maşının qapısın açan kimi tullanır içəri. Və yaxınlaşıb itin qulağına nəvazişlə nəsə dedi. Əvvəl küskün baxdı. Deyirəm axı, onlar da küsür. Sonra tullandı içəri. Beləcə getdi Bimka...

Mənim xatirələrimdə onların da öz yeri var... Yəni demək istədiyim odu ki, insanlardan fərqli olaraq onlar sevgi gördükləri adama onu artıqlamasıyla qaytarırlar... Sevgi mübadilə edir qarşılıqlı şəkildə.

Haqqını veririk...

***

Haqq-hüquq söhbətləri uzun illərdi gedir. Amma görünən bu ki bir yerə gedib çıxa bilmirik. Daha doğrusu, insan hüquqları olan yerdə danışmaq olur. Bu da bir-birinə bağlı söhbətdi.

Səmavi kitablar deyir ki, Yaradanın qanunlarına görə yaradılmışların içində ali varlıq insandır. Heyvanları isə ancaq insana xidmət, yem kimi yaradıb.

Tarix boyu məşhur filosofların elmi əsərlərində bu barədə yazdıqlarına rast gəlmək olur. Həm də fərqli fikirlərinə. Birmənalı deyil. Leonardo da Vinçi vegetarian olub, heyvanları çox sevib və quş bazarına gedəndə onları satın alıb açıb buraxırmış qəfəsdən. Dekart heyvanları ruhsuz mexanizmlərlə müqayisə edirmiş.

Hər bir halda onlar bu barədə düşünüblər.Və elə o vaxtdan da hüquq söhbəti gəlib gündəmə.

XVII əsrdə Yaponiyada syoqunTsunaesi heyvanlarla bağlı fərmanlar imzalayıb, itlər üçün sığınacaqlar düzəltdirib. Buna görə xalq arasında ona "İt syoqunu” deyiblər. Hətta Yaponiya kimi okean sahilində yaşayan, balıqla qidalanan adamlara balıq satışın qadağan edib. Qanunu pozanlara edam cəzası da nəzərdə tutulurmuş. Humanizmin dərəcəsin görürsünüzmü?.. Başını yerə qoyan kimi hamı rahat nəfəs alıb və absurd qərarlar da ləğv edilib.

XIX əsrdən Avropada heyvan məsələsi müqavimətlərə baxmayaraq, ciddi şəkildə vüsət alır. Həmin vaxtdan axı oralarda insanlar da yaxşı yaşamağa başlayırdılar....Yaxşı...

***

Latın Amerikası mətbuatında tez-tez rast gəlinən statistikadı. Məhz statistika. Ya cinayət deyək? Hər halda, tələsməyək hökm verməyə...

Braziliyanın Ədliyyə Nazirliyinin verdiyi rəsmi açıqlamaya görə, 1988-1991-ci illər arasında ölkədə 5644 küçə uşağı güllələnib.

Rəsmilərdən biri buna belə açıqlama verib –" Biz onları bu yaşda öldürməyə məcburuq. Böyüyüb bizə daha böyük problemlər yaşatmasınlar deyə”. Oralarda bu olaya "sosial təmizləmə” deyirlər.

Sinfi mübarizədən söz gedə bilməz – bu uşaqlar hamıya hücum edir. Acdılar, yoxsuldular. Hamıya nifrət edirlər. Hər gün sayları artır. Qorxulu gücə çevrilirlər.Və lap azacıq yaşam tərzi fərqli olan adamlar da öz evlərində təhlükəsiz hiss etmirlər özlərini. Yırtıcı uşaqlar sürüsü. Vaxtında qarşısın ala bilməyiblər. İndi öldürməyə məcbur olublar.

***
Ac olanda bütün canlılar qəzəbli olur... İnsanlar da... İnsanlar dişləmir, bıçaqla, baltayla hücum edir. Küçə itləri də sürü halında gəzir və qarşısını almaq olmur.

Mariya-Antuanetta da vaxtında anlamadı çörəklə pirojnanın fərqin. İnqilab oldu... Sonrasın bilirsiz...

Ac adamlar sürü halında gəzəndə qorxulu olur. İtlər də. Uzun-uzadı giriş verdim ki, mənim heyvanlarla dostluğuma şübhə eləməyəsiz.. Amma küçələrdən yığışdırmaq lazımdı itləri. Fəlsəfi yanaşma vaxtından keçib... Qərara gəlmək qərarı verilməlidi.

P.S. Psixiatrik xəstəxanadan xəstələri birindən o birinə göndərirlər avtobusla. Yolda sürücü barın qabağında saxlayır, gedir içməyə. Qayıdanda görür ki, xəstələr qaçıb. Özünü itirmir, verir maşını bir dayanacağa, doldurur sərnişinlərlə. Aparır xəstəxanaya və deyir ki, diqqətli olun, çox aqressivdilər. Təbii ki, adamları xəstə kimi qəbul etdiklərindən dediklərinə inanmırlar. Amma bir müddətdən sonra həkimlərdən biri fikir verir ki, bunlar hamısı eyni sözü deyir. Ruh xəstələri belə ola bilməz...

Bizlər ordan çıxa bilməzdik. Hərəmiz bir fərqli mahnı oxuyuruq...

iradetuncay@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK