nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik və Naftalanda keçirilib Adalet.az | “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik və Naftalanda keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Lerik və Naftalanda keçirilib

3852    |   2019-04-25 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan Adalet.az-a verilən məlumata görə, növbəti görüşlər Lerik rayonu 1 nömrəli texniki-təmayüllü məktəb-lisey və Naftalan şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, "Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.




İmza:

Bakı polisi itkin düşən 5 nəfəri tapıb

Karantində saxlanılanlarda yeni pozitiv nəticə aşkarlanmayıb - Operativ qərargah

İstirahət günlərinin hava proqnozu

Yanvarda Azərbaycana 200 mindən çox turist gəlib

Cəlal İsayev: Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur

TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir

Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Azərbaycanda məscidlərə tapşırıqlar verildi - Koronavirusa görə

Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM

Koronavirus təhlükəsinə görə məktəblərdə dərslər dayandırıla bilər? - AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2020-02-29
2020-02-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK