nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | UKRAYNADA PREZİDENT SEÇİLDİ Adalet.az | UKRAYNADA PREZİDENT SEÇİLDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

UKRAYNADA PREZİDENT SEÇİLDİ

18458    |   2019-04-22 18:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq Zelenskini seçdi

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun səslərini hesablayıb. «Exit-poll»un nəticələrinə görə, şoumen Vladimir Zelenski, rəqibi, hazırki dövlət başçısı Pyotr Poroşenkoya qalib gələrək səslərin 73,17% -ni toplayıb.

RİA Novosti”nin verdiyi məlumata görə, Zelenskiyə 12,8 milyondan artıq, Poroşenkoya isə 4, 3 milyon seçici səs verib. Beləliklə, "Xalqın xidmətçi"si Ukraynanın tarixində ən populyar prezident hesab edilib. Ona qədər heç bir prezident seçicilərin 70% -dən çox səsini qazanmamışdı. Buna görə də Zelenski seçicilərinə təşəkkür edərək qələbəsinin ölkəni birləşdirdiyini bildirib:

"Hamıya təşəkkür etmək istəyirəm ki, bu 4 ayı mənimlə oldunuz. Bugünkü nəticələr mənim yox, sizin işlərinizin bəhrəsidir. Biz birlikdə bunu etdik. Ən əsası, biz Ukraynanı, həyatımızı, xalqımızı birləşdirdik”.

Poroşenko artıq məğlubiyyətini etiraf edib və telefon vasitəsilə Zelenskini qələbə münasibətilə təbrik edərək ehtiyac duyarsa, ona hər cür kömək və məsləhətlərini təklif edib.

Zelenski qələbə münasibətilə onu təbrik edən Poroşenkoya təşəkkürünü bildirib. Onun sözlərinə görə, Poroşenko yeni prezidentə istənilən zaman kömək edə biləcəyini bildirib. "Niyə də olmasın. Lazım gəlsə, məsləhət üçün Poroşenkoya müraciət edəcəm. Əgər cəmiyyət Poroşenkonu bir nazir olaraq görmək istəsə, mən onu nazir postuna dəvət etməyə hazıram».

Artıq gələcək prezident görəcəyi "bir nömrəli iş”ın Rusiyada həbs edilən dənizçilərin Ukraynaya qaytarılması olacağını bəyan edib. Bundan başqa, o, prezident administrasiyanın işçilərini ixtisara salacağını deyib. Bundan başqa, o, Donbassda münaqişənin bitməsinə yönəldilmiş "güclü informasiya müharibəsi"ni başlamağa söz verib.

Hələ aprelin əvvəlində Zelenski Donbasdakı münaqişəni bitirmək üçün Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyə hazır olduğunu söyləmişdi. Onun sözlərinə görə, nəticə əldə etmək üçün Minsk formatını dəyişdirmək və Moskvanı danışıqlara cəlb etmək lazımdır. Eyni zamanda, o, ərazi məsələsində güzəştə getməyəcəyini və Ukraynanın bütövlüyünü tələb edəcəklərini vurğulayıb. Zelenskinin Donbasdakı müharibəni sona çatdırmaq üçün öz planı var. Bunlardan birincisi atəşkəs və Ukraynanın bölgədəki sakinlərinə sosial ödənişlərin bərpa olunmasıdır.

Zelenskinin qərargahında dövlət qurumlarının və ideologiyasının formalaşdırılmasından məsul olan Ruslan Stefançukun fikrincə, o, Moskva ilə münasibətlərə diqqət yetirməyi planlaşdırır. "Düşünürəm ki, Rusiya ilə əlaqələr istiqamətimiz bizim üçün prioritet olacaq".

Onu da qeyd edək ki, seçilmiş prezidentin andiçmə mərasimi mayın 31-dən gec olmayaraq baş tutmalıdır.

Mehriban CƏFƏROVA




İmza:

İranın cənubunda zəlzələ oldu

Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

Lavrov bəyan etdi: Türkiyə ilə yeni danışıqlar başlayır

Rusiyada 12 min adam nəzarət altındadır - Koronavirus

Almaniyada tibbi maska çatışmazlığı yaranıb

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Çin koronavirus səbəbi ilə həlak olanların yeni sayını açıqladı

Ermənistan koronavirusa görə İranla sərhədini bağlayıb

Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

SON XƏBƏRLƏR
2020-02-26
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK