deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | “Gülüstan”da incilər Adalet.az | “Gülüstan”da incilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Gülüstan”da incilər

Vaqif Yusifli

17459    |   2019-04-19 17:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın təfəkkür və sənət mərkəzlərindən biridir Quba. Tanrı bu məkana təbiətin bütün gözəlliklərini bəxş edib – Quba Azərbaycan təbiətinin şah əsəridir, - desəm, qətiyyən yanılmaram. Hər dəfə yolum Qubaya düşəndə, o nadir gözəllikləri seyr edəndə yalnız bircə sözün işığına bürünürəm: CƏNNƏT.

Qubaya səfərlərim həmişə şair dostum Ramiz Qusarçaylının təşkil etdiyi "Ay işığı” ədəbi məclisi ilə bağlı olub. O məclisin hər ay ikinci bazar günündə keçirilən tədbirlərində iştirak etmişəm. Sözün açığı, zövq almışam. Şeirlər dinləmişəm, bölgə şairlərinin (burada qonşu rayonlardan da söz adamları gəlir) şeirləri barədə mən də ürək sözümü söyləmişəm.

Ancaq eşidəndə ki, Qubada ikinci bir ədəbi məclis də fəaliyyət göstərir, marağım artdı. Həm də bu məclisin adının "Gülüstan” olduğunu biləndə, çox sevindim. Çünki hələ XIX əsrin 30-cu illərində Qubada böyük maarifçi Abbasqulu Ağa Bakıxanovun rəhbərliyi ilə belə bir ədəbi məclis təşkil olunmuşdu. Bu ədəbi məclisdə Bakıxanovla yanaşı, Mirzə Möhsün Xəyali, Xınalıqlı Emin, Tağı Xaltani, Hacı Qubalı, hətta Dağıstan şairi Süleyman Stalski bir şair kimi parlamışlar. Deməli, ənənə davam edir. Mən "Gülüstan” ədəbi məclisinin üç şeir toplusu ilə tanış oldum – bu tanışlığı həmin ədəbi məclisin rəhbəri – şair-alim Şıxməmməd Seydməmmədov yaratdı. Şıxəmməd müəllim çox istiqanlı adamdır. Amma onun əsas məziyyəti geniş dünyagörüşünə malik olmasıdır. Bakida, iki saatlıq görüşümüzdə mən bunun şahidi oldum ki, Şıxəmməd müəllim coğrafiyaçı olmasına baxmayaraq əsl söz adamıdır. Özünü şair adlandırmır, amma gözəl şeirlər yazır. Həm də "Gülüstan” ədəbi məclisinin rəhbəridir, bu məclisdə təkcə Qubanın deyil, Bakının, Xaçmazın, Şabranın, Qusarın, Dərbəndin seir-sənət xiridarları da iştirak edirlər. Həm də hər il Şıxəmməd müəllimin səyi ilə məclis iştirakçılarının şeir və nəsr nümunələrindən ibarət "Gülüstan inciləri” topluları nəşr edilir. İndiyə qədər səkkiz belə kitab çıxıb VII,VIII kitablar çoxdan işıq üzü görüb, IX kirab isə qarşımdadır.

Sözün düzü, bu üç kitabda müxtəlif səviyyələr əks olunub və yaxşı şeirlərlə yanaşı, ortabab şeirlər də nəzərdən qaçmır. Amma mən bunu bir qüsur saymıram. Qoy yaxşılar daha da kamilləşsin, ortabablar isə şeirə-sənətə məsuliyyətlə yanaşsınlar. Rus şairi Sergey Yesenin deyirdi ki: "Qoy lap qurbağanın nəğməsi olsun. Dünyaya yeni bir nəğmə ver ancaq”.

Bu toplularda mən Şıxəmməd Seyidməmmədovla yanaşı, daha aktiv bir neçə imza ilə də qarşılaşdım. Qələmşah İdrisov, Qafar Süleyman, Tahir Saleh, Böyükağa Ağa, Cabir Albantürk, Rahim Hüseynov, Asvar Tufandağlı, Емфира Яркли, Nəhayət Şirinova, Rahim Hüseynov, Pirəli Рцклц, Zakir Bayramlı, Mеhrəli Qulu, Mövlud Ağamməd, Rizvan Qiblədağlı, Сяхавят Янвяроьлу Namiq Xınalıqlı, Sabir Kazımoğlu... Ümumən, "Gülüstan”da o bölgənin əksər şeir sənət xiridarları iştirak edir.


Təbii ki, "Gülüstan” şairlərinin şeirləri də müasir Azərbaycan poeziyasının bəlli tematikasını əks etdirir. Vətən məhəbbəti – Azərbaycanın və Qubanın gözəlliklərinin təsviri, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, milli qəhrəmanlarımızın xatirəsi, çağdaş Vətənimizin tariximizlə, onun şanlı tarixiylə bağlılığı. Budur, elə Şıxəmməd Seyidməmmədovun "O gecə” şeiri 20 Yanvar faciəsinə həsr olunan bu şeirin son misraları:

29 il ötür o çağdan,

Ancaq hər an ürəklərə

йaxındır o gecə.

Qoy bilsin yağı düşmən

Azadlıq adlı

Sabahdır, o gecə.

Qızbəs Orucun Aprel döyüşlərinə həsr olunmuş şeiri də vətənpərvərlik duyğusu ilə qələmə alınıb. Amma оnun "Qayıdacağam” şeirini daha çox bəyəndim. Bu şeirdə ordu sıralarına yollanan bir gəncin anasına müraciəti əks olunur:

Düşmən əlindədi doğma Qarabağ,

Bizləri səsləyir hər dərə, hər dağ.

Xəcalət çəkirəm səndən a torpaq,

Hazıram döyüşə, olsa da yarım,

Ana, sağ-salamat qayıdacağam.

Üzülmə, dalımca olma nigaran,

Əyməsin qəddini nə qəm, nə hicran.

Yolumu gözləyir Azərbaycan,

Gümüş saçlarına ələnmiş qaram,

Ana, sağ-salamat qayıdacağam.

Asvar Tufandağlı da vətənpərvərlik ruhunu ifadə edən şeirlər yazır. Əruz vəznində qələmə aldığı "Vətənim” şeiri göstərir ki, o, əruza-klassik poeziyaya bağlı bir adamdır. Amma onun "Qubanın məzarlığı” şeiri poetik bir çağırışdır:

Ey insanlar, ey cahan,

Harayıma hay verin!

Ey haqqa haq deyənlər,

Haq tutmazmı haq yerin?

Dinləyin vicdan səsin,

Düşünün dərin-dərin!

Niyə haqdan yayınmış,

Qubanın məzarlığı?

Məclis iştirakçıları arasında Cabir Albantürkün şeirlərini də çox bəyəndim. Onun "Gülüstan inciləri”nin VII və VIII toplularında çap olunan şeirlərini də oxudum və mənə əyan oldu ki, о, müasir şeir mədəniyyətinə yaxşı bələddir. Onun Qubalı şəhid Yusif Əliyevin xatirəsinə həsr etdiyi "Şəhid oğulun dilindən” şeiri, həmçinin "Qazilərin qəlb çırpıntıları”- mükəmməl şeirlərdir:

Mən şeir yazmıram, dərd darayıram,

Qəlbimin küncündə yurd arayıram.

Misrada yıxılıb qaldığıм olur,

Mənada utanıb öldüyüm olur,

Torpağım həsrətdi ayaqlarıma...

Bir sözlə, "Gülüstan” şairləri şeirdə vətənpərvərlik ruhunu həmişə hifz etməyə can atırlar.

"Gülüstan” şairləri yaşadıqları o gözəl məkanı da hərarətlə vəsf едирляр.Нящайят Ширинованын «Тцлярим», Mövlud Ağammədin "Ata yurdum, ana yurdum Qırızım”, Bəkər Səlimovun "Qımılım” şeirləri bu şairlərin öz doğulduqları kənd haqqında səmimi ürək sözləridir.

"Gülüstan inciləri”nin bütün toplularında Qarabağ mövzusu əsas yer tutur. Hamısında bir nisgil, nigarançılıq duyğusu yaşayır. Qıztamam Baxışovanın "Şuşa dərdi”ni həyacanla oxudum:

Vətənin canından can aralandı,

Hər zərbə aldıqca hey paralandı,

Qəlbindən vuruldu, lap yaralandı,

Aldıq qoynumuza, ağuşa dərdi,

Yurdun bir dərdi var, tək Şuşa dərdi.

Губа шящяр 5 сайлы там орта мяктябин ВЫЫЫ синиф шаэирди Афят Рящимованын "Qaytar Laçını” şeirindəki çağırıma zənnimcə, hamımız səs verməliyik:

Qalx ayağa, vətən oğlu,

Qov vətəndən düşməni.

Qarabağda dalğalandır,

O yenilməz bayrağını.

"Gülüstan” şairləri içərisində Qələmşah İdrisovun, Qafar Süleymanın, Rahim Hüseynovun, Pirəli Rüklünün şeirlərindən də qısaca söz açmaq istəyirəm. Qələmşah İdrisov Xaçmazlıdır, filologiya üzrə fəlsəfə doktorudur. Şeirlərindən hiss olunur ки, o, poeziyaya – şeir yazmağa adi bir məşğələ kimi baxmır. Hər şeirində nəsə təzə söz deməyə can atır və buna əksər hallarda nail olur:

Ayna sular mizrab vurur daşlara,

Nəğmə deyir küləyində dağların.

Neçə dəfə sınaнmışam, dözmüşəm,

Ələnmişəm ələyində dağların.

Ağ dumandan örpək vurub başına,

Qərinələr saya gəlməz yaşına,

Bir buz-bulaq çıxsa yolçu, qarşına,

Kim yatammaz bələyində dağların.

Dağlar haqqında Aşıq Ələsgərdən başlamış XX əsr şairlərimizə qədər necə-нечя yazıblar: Səməd Vurğun, Osman Sarıvəlli, Məmməd Araz, Hüseyn Kürdoğlu, Məstan Günər, Zəlimxan Yaqub – Dağ obrazı bu şairlərin ən sevimli obrazları olub.

Deyim ki, Qələmşah İdrisovun "Dağların” şeiri də o sırada öz layiqli yerini tuta bilər.

Qafar Süleyman "Şabran” ədəbi məclisinin sədridir və "Gülüstan”ın da daimi iştirakçısıdır. Onun şeirləri barədə hansı yazımdasa söz açmışam. Qafar da səmimi və təbii şairdir. Hər mövzuda şeir yazır və çalışır ki, oxucuların ürəyinə yol tapsın. Təbiətlə insan qəlbinin harmoniyasını əks etdirən "Bənövşə” şeiri məncə Qafarın ən gözəl şeiridir:

Çıxanda seyrinə gülün, çiçəyin,

O güllər içində gəz bənövşəni.

Amandır, insaf et, dəymə xətrinə,

Gözəl, min naz ilə üz bənövşəni.

Qoymaram həsrətdən gözləri dola,

İntizar qalmaqdan sarala, sola.

Yüz gül arasında görünməz ola,

Axtarıb taparam qız bənövşəni.

Gözəl şeirdir. Bənövşəyə aid də Qurbanidən üzü bəri "Bənövşə”lər yazılıb, Qafar Süleymanın "Bənövşə”si də bu sırada özünə yer tapan nümunələrdəndir.

Rahim Hüseynovun şeirləri haqqında da xoş sözlər söyləyə bilərəm. O da Qələmşah İdrisov və Qafar Süleyman kimi sözə poetik məna verməyə çalışır. Bunu onun "Dağların həsrətin çəkirəm indi” şeiri barədə söyləyə bilərəm. Pirəli Rüklünün şeirlərinə gəldikdə isə onun xalq poeziyasına, aşıq şeirinə bələdliyinin şahidi oldum.

"Gülüstan inciləri”ndə çoxlu sevgi şeirlərini də oxudum və deyim ki, o şeirlərin heç də hamısı yaşanılan, duyulan hissləri ifadə etmir. Amma bu şeirlər içərisində də ürəyi sevgi havası ilə dilləndirən nümunələrə rast gəlirsən. Müşfiq Fərzəliyevin "Sevgi” şeiri belə başlanır:

Bu bahalı ömrümüzdə,

Ucuz olub indi sevgi.

Sevən üçün yaradandır,

İlk imandır, dindi sevgi.

Könlümdə gül olub bitdi,

Sehrə saldı, heyran etdi.

Dilimi lal edib getdi,

Ürəyimdə dindi sevgi.

"Könüldə gül olub bitən” sevgi ilə Rahim Hüseynovun "Sənsiz darıxıram”, Zakir Bayramlının "Məndən sevgi şeiri istəyən gözəl”, Böyükağa Ağanın "Səndən küsmüşəm”, Sədaqət Məmmədovanın "Səni bağışlamıram”, Yasəmən Tərlanqızının "Sevmərəm səni”, Yusif Eллinin "Hayıf” şeirlərində rast gəldik.

"Gülüstan inciləri” toplusunda nəsr və publisistika əsərlərinə də yer verilir. Məhəmməd Osmanovun "Bekarçılıq”, Məhərrəm Mustafanın "Ata əmanəti”, Nəzər Mirzəyevin "Beş dəqiqəlik dərs”, Vüsalə Anarın "İstək” hekayələri yığcam süjet, obrazı, təsvir olunan qəhrəmanların dolğun xarakterini canlandırmaq baxımından maraqlıdır. Amma bu müəlliflərə məsləhət görərdim ki, həyatın, gerçəkliyin daha mühüm hadisələrinə, olaylarına toxunsunlar.

"Gülüstan inciləri”nin bu sonuncu toplusu haqqında qeydləriмi buradaca bitirirəm. Arzum budur ki, bu incilərin sayı çoxalsın, "Gülüstan” şairləri təkcə Qubada və o bölgədə deyil, bütün Azərbaycanda tanınsınlar, sevilsinlər.




İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK