Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN Adalet.az | Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN

5806    |   2019-04-19 08:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəşad İlyasovu da tanıyıram, efirin simalarından biridi, gözəl də sənətkardı. Rüfət Axundovu da tanıyıram. Estradada öz yeri, özünəməxsus səsi olan sevilən müğənnilərdən biridi. Hər ikisi yumoru olan, zarafatcıl, həm də çox səmimi insanlardı.

Bəli, kobud, özlərinə və adlarına yaraşmayan böyük bir səhv ediblər, buna görə də hər ikisi xəcalət çəkir və üzr istəyiblər , eləcə də cəzalanıblar. Onların tərəfini saxlamaq fikrində deyiləm. Məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm.

Yadınızdadırsa, Ustad Ədalətin də ömrünün sonlarına yaxın bir verilişdə söyüşünü atmışdılar saytlara və sonra da sazı və səsi iliyimizəcən işləmiş bu böyük sənətkarı linç edirdilər.

Sənətkarın həmin söyüşü efirə getməmişdi. Reklam arasında, yəni fasilə vaxtı yerindən oynatmışdılar, o da həmin ifadəni dilindən qaçırmışdı.

Həmin kadrları bəs kim yaymışdı? Təbii ki, verilişi hazırlayanlar – rejissormu, səs rejissormu, operatormu, day nə bilim hansı namərd. Bu xalqın bir sevimli şəxsiyyətini gözdən salmaq məqsədi güdürdü. Təxribatıydı. Özü də təkcə sənətkara qarşı deyil, həm də çalışdıqları kanala qarşı, onun rəhbərinə qarşı. Bilmirəm, o vaxt kanalın rəhbəri hansısa bir tədbir gördümü? Ola bilər ki, özü öz kanalını izləmir, amma o boyda səs-küydən xəbərsiz ola bilməzdi.


Yaxud Xoşqədəm Hidayətqızı. «Səni axtarıram» verilişi danılmaz faktdır ki, çox yüksək reytinqə malikdi. Belə bir veriliş hazırlamaq o qədər də asan məsələ deyil. Təbii ki, Xoşqədəm Hidayətqızı bu verilişin təkcə ssenari müəllifi, aparıcısı deyil, eyni zamanda rejissorudu . Bir rejissor kimi də proqramını daha maraqlı eləmək üçün müxtəlif üsullara əl atır, bir oyun, bir tamaşa qurur. Bu zaman ürəyi istədiyi kimi alınmayanda hirslənə bilər, ekipini danlaya da bilər, bu danlaq əndazədən də çıxa bilər. Eləcə də verilişin iştirakçısı ilə çəkiliş zamanı xoşagəlməz hallar baş verə bilər. Bunlar hamısı pərdə arxasında olur. Amma pərdə arxasında olan söz-söhbətləri sonradan saytlara, sosial şəbəkələrə atmaq, hətta efirdə göstərmək nə qədər doğrudur? Bu təkcə Xoşqədəm xanımın nüfuzuna xələl gətirmir ey, həm də onu ictimaiyyətin müzakirəsinə atanlar tərəfindən telekanala bir zərbədi. İnsanların həmin kanallara etibarı itir. Xüsusilə də həmin verilişə gələnlərin etibarını itirir.

İndi də ATV-də Zaurun apardığı «Zaurla Günaydın» proqramında Röya xanımın aparıcının qulağına dediyi xoşagəlməz ifadə atılıb ortalığa. Hansı ki o ifadə canlı yayımda getməyib. Özü də doqquz ay bundan əvvəl olub. Və bu gün birdən-birə kimsə, kimsə deyəndə təbii ki, həmin proqramı hazırlayanlardan kimsə, atıb ortalığa. Qırhaqırdı.

İndi gərək ATV-nin prezidenti bu məsələni araşdırsın, efirə getməyən bir kadrı ictimaiyyətin müzakirəsinə verən əməkdaşını tapsın və ağır da cəzalandırsın.

«Space»nin rəhbərliyi əməkdaşlarını cəzalandırdı. Yaxşı olar ki, ATV də bu addımı atsın.

Yoxsa belə çıxır ki, özəl telekanalların rəhbərləri öz işçiləri üzərində nəzarəti itiriblər. Bir rəhbər kollektiv üzərində nəzarəti itiribsə, əslində istefaya getməlidi.

İndi bəzi telekanalların rəhbərlərinə də bir dərs vermək lazımdı ki, belə hadisələr təkrarlanmasın.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK