Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Ayaks” möcüzəsi və biz - Aydın BAĞIROV yazır Adalet.az | “Ayaks” möcüzəsi və biz - Aydın BAĞIROV yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Ayaks” möcüzəsi və biz - Aydın BAĞIROV yazır

20278    |   2019-04-18 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan!

2014-18-ci illərdə "Mançester Yunayted”dəki çıxışı ilə tanınan Deyli Blindi çıxmaqla digərləri günü bu gün də dünya futbolunda populyar deyillər. Amma bu 5 oyunçu başqa komanda yoldaşları ilə birgə 2018/19 mövsümü Çempionlar Liqasında hamını təəccübləndirərək gedirlər. Dünən hollandlar futbolun tiranlarını – "Real”dan sonra "Yuventus”u da məğlub etməklə bu nəhəng yarışdan kənarlaşdırdılar.

"Ayaks”ın "Yuventus”la son oyununda əsas heyətdə meydana çıxan futbolçulardan yarıdan çoxunun – düz 6 nəfərinin yaşlarına da diqqət edin – 19-dan başlayır, 21 (3 nəfər) və 22 yaşla davam etməklə 23-də bitir! Qeyri-adi göstəricidi. Avropada ikinci belə gənc komandanı tapmaq çətin ki, mümkün olsun. Amma təcrübəli oyunçularla gənclərin sintezindən qurulanAmsterdam klubuindi Çempionlar Liqasının yarımfinalındadı! Hərçənd mən yenə də diqqəti o 5 futbolçuya, daha doğrusu, onların futbol məktəbinə, "Ayaks”ın bu uğurlarının qaynağına – "Ayaks” futbol akademiyasına yönəltmək istəyirəm.

Bugünlərdə akademiya barədə film izləyərkən onlarla maraqlı detal arasında biri xüsusən diqqətimi çəkdi. Demə, 7-12 yaşlı uşaq futbolçulara həftənin bəzi günlərində cüdo və gimnastika məşqləri də keçirlər. Məşqçilərin söylədiyinə görə, uşaqbu yaşda psixoloji və fiziki inkişafa daha meyilli olur. Qeyri-futbol məşqləri də ona görə keçirilir ki, uşağın bədəni atletik və fiziki baxımdan qüvvətlənsin ki, gələcəkdə rəqibləri ilə fiziki mübarizədə uduzmasınlar. Biz həmin doğru işin nəticəsini ən son elə dünənki "Yuventus” – "Ayaks” oyununda gördük. Akademiyanın yetirməsi olan hollandların 19 yaşlı kapitanı Matteys de Liqtin turinlilərin iki təcrübəli müdafiəçisi ilə hava mübarizəsini udub, başla əla qol vurması həm də bir zamanlar akademiyada keçdiyi cüdo və gimnatiska məşqlərinin nəticəsi idi.

Təəssüf doğuran hal odur ki, bizdə futbolu idarə edənlərə yanlış olaraq elə gəlir ki, 2-3 meydança salmaqla (özü də süni meydança. Hansı ki, Avropada uşaqların belə meydançada oynamasına qadağa var) uşaq futbolundakı köklü və ciddi problemlər o dəqiqə həllini tapacaq. Dəfələrlə deyilib, bir daha qeyd edək ki, uşaq futbol məktəblərimizdə metodiki və məşqçi problemi var. Problemləri həll etmək isə AFFA, klublarla yanaşı Təhsil və Gənclər və İdman nazirliklərinin də işidir. Amma problem həll edilməyib, bu istiqamətdə necə illərdi ciddi və davamlı heç bir təşəbbüs olmayıb. Əksər futbol məktəblərində uşaqlara psixoloji, fiziki və taktiki baxımdan doğru dərs keçirilmir. Bunun acı nəticəsini isə Azərbaycan böyük futbolda neçə illərdi yaşamaqdadı.

Əlbəttə, hətta bu gün real işə keçib, problemin həllinə başlanılsa belə, Azərbaycanın bərbad futbol məktəbləri "Ayaks”ın akademiyasının heç 10 faizi səviyyəsinə də çata bilməz. Amma heç olmasa axır ki, işlərə başlanılmalıdı, lisenziyası, savadı olmayan, müasir futboldan bixəbər insanlar tədricən məşq prosesindən uzaqlaşdırılmalı və xaricilər olsa belə, yerlərinə normal futbol biliyi olan kadrlar gətirilməlidir.

Biz Azərbaycandan "Ayaks”ın akademiyasına qayıdanda isə yenə də heyrətamiz faktlarla rastlaşırıq. Bu akademiyanın müasir futbolda fabrik rolu oynadığı bilinən faktdı. "Nyu York Tayms” qəzetinin əməkdaşı 15 gün müddətində akademiyada olub araşdırma apararkən müyyənləşdirib ki, Amsterdam klubu 21-ci əsrdə yetirməsi olan futbolçularının satışından düz 500 milyon avro gəlir əldə edib. Və həmin araşdırma müddətində bir ilginc hadisə qeydə alınıb. Mənə elə gəlir ki, bu fakta bizim uşaq məşqçiləri ilə yanaşı, elə böyüklərin məşqçiləri də ciddi fikir verməlidi. Jurnalistin akademiyanın yetirməsi olan 15 yaşlı uşaqla müsahibə etməsindən xəbər tutan akademiyanın rəhbərliyi onun məşqçisini işdən qovub! Səbəb də odur ki, futbolda heç nə etməyən bir uşağın indi sadəcə olaraq, müsahibə vermək vaxtı deyil. O, fikrini ancaq futbola yönəltməlidi. Bu olmayıbsa, deməli, problem məşqçidədi. O, gedəcək, yerinə başqası gələcək. Çünki "Ayaks”da işləmək istəyənlərin sayı çoxdu. Elə oynamaq istəyənlərin də. Amma akademiyaya düşmək elə də asan deyil. Əvvəlcə uşaqların oyunlarını müxtəlif yerlədə klubun ştatdankənar fərqli 90 skautu izləyir, sonra onlar akademiyanın səkkiz rəsmi skautuna tövsiyə olunur. Bundan sonra isə akademiyanın özündə yekun sınaq olur. Yekun sınaqdan keçənlər isə...

... Hə, bu gün Çempionlar Liqasında möcüzə yaradır!



İmza:Qol.az

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK