nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | İlham Əliyev və Mehriban Əliyeve Qaraçuxurda sakinlərlə görüşüb Adalet.az | İlham Əliyev və Mehriban Əliyeve Qaraçuxurda sakinlərlə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyev və Mehriban Əliyeve Qaraçuxurda sakinlərlə görüşüb

5723    |   2019-04-18 14:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Adalet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında "IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq "Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, "Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.


**

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.

Adalet.az-ın məlumatına görə, ölkə başçısı və birinci xanımMehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.



İmza:

Xocalı Türkiyənin bu şəhəri ilə qardaşlaşdı

Ölkəyə gələn şəxslər 14 gün özlərini qorumalıdır - Operativ qərargah

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - VİDEO

Ombudsman Aparatında növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunda dəyişiklik edilib

Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradıldı

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə

Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi

Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoral cənablarına Çox hörmətli Erkan Özoral!

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

SON XƏBƏRLƏR
2020-02-29
2020-02-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK