bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | RAFIQ TAĞI, RASİM ƏLİYEV VƏ ELİNA ... Adalet.az | RAFIQ TAĞI, RASİM ƏLİYEV VƏ ELİNA ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RAFIQ TAĞI, RASİM ƏLİYEV VƏ ELİNA ...

Nicat NOVRUZOĞLU

15420    |   2019-04-14 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rafiq Tağı yazıçı-jurnalist idi. 2011-ci ilin noyabr ayının 19-da naməlum şəxs(lər) tərəfindən bıçaqlandı. 23-ü isə vəfat etdi.

Rasim Əliyev 2015-ci ilin 8 avqust tarixində məlum şəxslər tərəfindən döyüldü və səhərisi günü yəni avqustun 9-da vəfat etdi.

Elina Hacıyeva 2019-cu ilinapreli ayının 4-də özünü oxuduğu 162 saylı məktəbin pəncərəsindən atdı.Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirili. Aprelin 6-da dünyasını dəyişdi.

Onları düşüncələrimdə birləşdirən bir məqam haqda yazmaq istədim. Hərəsi müxtəlif səbəblərdən aldıqları xəsarətlərlə xəstəxanalara yerləşdirilən mərhumlar bir neçə gün yaşadıqdan sonra dünyalarını dəyişiblər. Oxşarlıq ondan ibarətdir ki, hər üçü aldıqları xəsarətdən sonra anlaqlı vəziyyətdə olublar və hər üçü başlarına gələnləri anlada biliblər. Və hər üçü barədə məlumat verilərkən bildirilib ki, vəziyyətləri normaldır və həyatda qalmaq şansları var. Əfsus...

Axırıncı olayda isə həkim intihar edənin (E.Hacıyevanın) sabah palataya köçürüləcəyi barədə məlumat verir. Tam əminliklə də bildirir ki, intihar edənin elə də bir problemi yoxdur. Sabah isə Elina dünyasını dəyişir.

Məncə burda qaranlıq məqamlar var. Bəlkə də bu bizim üçün qaranlıq görünə bilər, amma həkimlər üçün qaranlıq deyil. Biz düşünə bilərik ki, yəqin, həkimlər savadsızlıqdan vəziyyəti düzgün qiymətləndirə bilmir və səhv məlumat verirlər. Amma həmin həkimlərin ətrafındakılar 100 faiz bilirlər ki, o niyə belə edib. Niyə valideyini övladının yanına buraxmayıb. Və inanın ki, Elinanın yaşayıb-yaşamayacağını dəqiq biliblər.

Bax həkimin bu cürr davranışını anlamaq mümkün deyil. Xəstənin doğmalarına niyə düzgün məlumat vermirlər? Valideyini övladının yanına buraxmamaq nə deməkdir?

Həkimin bir məqsədi olmalıdır: sağaltmaq, yaşatmaq! Son olayda məncə həkimin məqsədi başqadır. Və ya həkim kiminsə məqsədinin istifadəsiçisidir. Onun hərəkətləri və dedikləri bunu söyləməyə əsas verir. Həkim kimisə qoruyur, ancaq bu qorunan Elina deyil.

Belə hadisələr bu ölkədə çox olur. İctimailəşən bunların çox az bir hissəsidir.

Cəza isə həddindən artıq az kəsilir. Cəzasızlıq isə daha ağır fəsadlar yaradır.

Səhiyyə doludur yeni avadanlıqlarla. Elə bu avadanlıqları da cəmiyyətin gözünə soxaraq deyirlər və bizdə yazırıq ki, səhiyyə inkişaf edir.

Avadanlıqla inkişaf etmək olmur.

And içməklə də həkim olmaq olmur.

Savadla, təhsillə və bir də peşə eikasıns vicdanla əməl etməklə həkim olmaq olar. Elə direktor da belə olmalıdır. Savadı, təhsili və ən əsası insanlığı olan bir həkim isə ölməkdə olanın valideyinini qapı arxasında saxlamır.

Belə olmayanda Elinanın və onun kimilərin ölümü bir ailənin yox, bütövlükdə cəmiyyətin faciəsinə çevrilir.

P.S. Kaş sərlövhədəki nöqtələrin yeri həmişəlik boş qalsın.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK