Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: MƏN NİYƏ DƏYİŞƏ BİLMƏDİM, ALLAH?! Adalet.az | Faiq QİSMƏTOĞLU: MƏN NİYƏ DƏYİŞƏ BİLMƏDİM, ALLAH?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: MƏN NİYƏ DƏYİŞƏ BİLMƏDİM, ALLAH?!

4626    |   2019-04-12 15:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Elə bil yazının sərlövhəsi şeirə bənzədi. Amma şair olmadığıma görə, onu şeirə çevirə bilmərəm. Hər gördüyümü poetik şəkildə obrazlı ifadə eləyə bilsəydim, tay olardım Əbülfət Mədətoğlu! Ona görə də elə Faiq Qismətoğlu olmuşam. Yəni heç kəsə, heç kimə bənzəməmişəm. Və həmişə də öz yolum, öz dəsti-xəttim və öz nəfəsim olub. Buna da min şükür!

Düşünürdüm ki, şənbə günü nömrəsinə başqa bir yazı yazım. Hətta yazının mövzusu da bəlli idi: "Xəstəlik”. Ancaq istedadlı yazar Tural Cəfərlinin "Ağrılar adamı, sancılar adamı...” yazısını oxuyandan sonra fikrimi dəyişdim. Yazının qəhrəmanı 40 il bundan əvvəl tanıdığım tər-təmiz, bulaq suyu kimi şəffaf, dupduru olan dostum, istedadlı şair və həmişə göründüyü kimi olan Əlisəmit Kürdür. Əlisəmit Azərbaycan poeziyasında 70-ci illərdən üzü bəri öz dəsti-xətti olan, öz cığırı və yolu olan böyük şairlərdəndir. Böyük şairlər deyəndə mənim yadıma müasir poeziyamızın istedadlarından olan Ramiz Rövşən, Vaqif Bəhmənli, Nüsrət Kəsəmənli, Vaqif Cəbrayılzadə, Eldar Baxış, Adil Cəmil, Ağacəfər Həsənli... düşür. Bax, Əlisəmit də bu istedadlardan biridir. Həm yaradıcılığı dupdurudu, həm də özü...

Elə mən də yeni mövzunu Tural Cəfərlinin onun barəsində qələmə aldığı yazını oxuyandan sonra tapdım. O yazıda Əlisəmitin iki şeiri də nümunə gətirilib. Bir bəndi oxucuların diqqətinə çatdırıram:

Bu külək oğlanlar, kələk oğlanlar,

Bu payız gözəllər, bu xəzəl qızlar,

Dayanıb yolumda qovaqlar kimi, -

Adamlar dəyişir havalar kimi, -

Niyə dəyişmədin, Cəfərin oğlu?!..

Əlisəmit heç vaxt dəyişə bilməzdi və heç dəyişə də bilməyəcək. Çünki onun atası, anası hansı tərbiyəni veribsə, hansı yolu göstəribsə, o yol da onu həmişə üzü işığa, üzü yaza, üzü vətənə doğru aparıb. Üzü işığa, üzü yaza, üzü vətənə doğru gedən adam heç vaxt dəyişə bilməz. Çünki onun çölü də, içi də işıqdı, nurdu, sevgidi və üfüqdən boylanan bir günəşdi...

Mənim az yaşım yoxdu. Dünyanın hər üzünü görmüşəm. Dünyanın çovğunu, qarı, şaxtası, istisi, küləyi mənim bu içimdən keçib və dünyanın özünə qayıdıb. O qədər bir balaca imkanı olan kimi dəyişən adam görmüşəm ki. Onlar nəinki dostlarını, çörək kəsdikləri adamı, sevdikləri insanları yaddan çıxarıblar, onlar dəyişəndən sonra hətta atalarını, analarını belə unudublar...

... Bir-iki konkret fakt yada salmaq istəyirəm. Yenicə ailə qurmuşdum. Sovetskidə bir məhlədə kirayənişin qalırdım. Təzə evləndiyimizə görə nə çarpayımız vardı, nə divanımız, nə də stolumuz. Mən də, yoldaşım da tələbəlik illərindən qalan yorğan-döşəyimizlə, çamadanımızla o evə köçmüşdük. Yorğan-döşəyi döşəmənin üstünə salırdıq. Bir gün də yağış necə yağdısa, damdan evin içinə su tökülməyə başladı. Vedrəni, ləyəni qoyduq ki, su ora tökülsün...

... Qonşum çox yaxşı oğlan idi. Özü də qarabağlıydı. Mənim təzə köçdüyümü bilirdi. Dedi ki, gəl, qır tapıb əridək, damın üstünü düzəldək. Qır da tapdıq, qazan da. Əritdik və ikimizin də damının üstünü düzəltdik. Tay yağış dammadı. Evə girəndə gördü ki, çarpayım yoxdu, qanı qaraldı. Dedi ki, qızı qaçırmısan? Dedim yox ey, dilxor olma! Mən çox varlı bir kişinin oğluyam. Sadəcə olaraq, müvəqqəti bura gəlmişik. Bir-iki aydan sonra yaxşı bir ev var, ora kğçəcəyik. Yoldaşımın da cehizlərini ora gətirəcəyik. Çarpayı da, divan da, stol-stul da var. Bu sözləri eşidəndən sonra qonşumun qanı duruldu. Amma dedi ki, belə olmaz! Məndə artıq iki çarpayı var. Verim sizə, Allah qoysa, təzə evə köçəndə çarpayını qaytararsınız! Bir neçə dəqiqədən sonra qaynıyla çarpayını evə gətirdi və quraşdırdı. "Xeyirli olsun” deyib öz mənzilinə getdi...

... Onunla hər gün görüşürdük. Birimiz olmayanda o birimizin boğazında çörək keçməzdi. Tez-tez badımcan, pomidor, bibər dolması bişirtdirib məni və həyat yoldaşımı evə dəvət edərdi. Deyərdi ki, istedadlı oğlansan, sənin böyük gələcəyin var, həm də yerlimsən. Onda heç o dostum o qədər varlı deyildi. Düz 8 il belə dostluq elədik. O ev alıb Bayıla köçdü, biz də ev alıb Günəşliyə getdik.

... Uşaqlarımızın ad günündə görüşərdik. Birdən-birə dostum biznesə girişdi, varlandı, şəhərin 4-5 yerində ev aldı, cürbəcür maşınlar və var-dövlət! Qısa zamanda hər şey dəyişməyə başladı. Nə mənə zəng gəldi, nə də qapımı açdı. Bir-iki dəfə zəng edib uşaqlarımın ad gününü təbrik elədi. Gördüm dilucu danışır. Qızının və oğlunun toyu olanda xala-xətrin qalmasın özü yox, qaynı mənə zəng çaldı. Dedi ki, yeznəm səni toya çağırır. Biz də toya getdik. Bərkgedən şadlıq sarayında yüksək vəzifəli adamları gördüm. Xanımını təbrik elədik. Heç oturmağa yer də yox idi. Özü isə gəlib görüşmədi. Xalaxətrin qalmasın, başı ilə uzaqdan salam verdi. Gördüm ki, sıxılıram və xanımım da özünü narahat hiss eləyir, bir saatdan sonra nəmər yazdırıb toydan çıxdıq. Düz 20 ildir tay əlaqə yaratmıram. Çünki mən toydan əvvəl də bir neçə dəfə zəng elədim, telefonuma cavab vermədi. Tay dedim zəng eləməyin nə mənası var?!

... Bir dostum da vardı. Onunla da cani-qəlbdən bir idik. Bir tikə çörəyi yarı bölərdik. Hətta ağır günümdə kirayənişin qalanda mənə arxa da durub. Çətin gündə mənə "qorxma” deyib. Onunla da uzun müddət duz-çörək kəsmişəm, dostluq eləmişəm və balalarımız da bir-biriylə oturub-durublar. Elə oldu ki, onun da işləri yaxşı gətirdi, başı işlədi, böyük biznes qurdu. Pul sel kimi gəlirdi, heç sayı-hesabını da bilmirdi. Bir gün onunla görüşmək qərarına gəldim. Aşağıda mühafizəçilərə deyən kimi o dəqiqə xəbəri ona çatdırdılar. O da insaf naminə heç bir-iki dəqiqə keçmədi ki, "gəlsin” – dedi. Kabinetinə daxil oldum, ayağa qalxıb öpüşüb-görüşdü. Və sonra da özünəməxsus bir hərəkətlə dilləndi:

- A müəllim, harda itib-batmısan? Mən də gözləyirəm ki, bu qardaş nə vaxt gəlib çıxacaq?

- Zəng eləyirəm, telefonuma cavab vermirsən. Tay mən də düşünürəm ki, yəqin işin-gücün çoxdu, ona görə də vaxt tapıb telefonu qaldırmırsan...

- Nə danışırsan elə şey olar, sən zəng eləyəsən, mən cavab verməyəm?!

- Olar! – dedim.

Deyəsən, bu sözüm dostumun xoşuna gəlmədi, rəng aldı, rəng verdi. Sonra gördüm ki, yanında çoxdan tanıdığım bir maşennik var. O maşennik bunu möhkəm-möhkəm tərifləyib deyirdi:

- Vallah, əmioğlu, sənin sifətindən nur yağır. Sanki peyğəmbərə oxşayırsan. Allah sənin kimi oğlanların canını sağ eləsin!..

Həmin maşennik dostumu tərifləyəndən sonra dostum əlini cibinə saldı, iki yüzlük dolları onun cibinə basdı. Maşennik mənə tərs-tərs baxdı və otağı tərk elədi. Gördüm ki, dostumun ürəyinə onun dediyi sözlər yağ kimi yayılıb və ləzzət eləyir. Dilim dinc durmadı və o sözü deməsəydim, ürəyim partlayardı:

- Birdən elə bilərsən doğurdan da sənin sifətindən nur tökülür və peyğəmbərsən. Sən heç də elə deyilsən! Sadəcə olaraq, bəxtin gətirib və bir az da bacarıqlısan. Amma bu o demək deyil ki, nəyə desən qadirsən. Özündən çox razısan və gözün ayağının altını görmür, tərifi də çox sevirsən. Bax, bu təriflər axırda sənin başını yeyəcək.

Mən bu sözləri deyəndə dostum qapqara qaraldı, dodağını gəmirməyə başladı. Məndən çəkinməsəydi, "bas bayıra” deyərdi. Çünki çox adama o sözü demişdi.

Uzun müddət onunla aramızda bütün əlaqələr qırıldı. Hətta qızımın toyuna dəvətnamə göndərsəm də gəlmədi. Bir-iki dəfə də küçədə rastlaşanda məni görməməzliyə vurdu. İllər keçdi. Bir dəfə mənə ondan zəng gəldi. Dedi ki, bağışla məni, mən dostumla düşmənimi tanımamışam. O dediyin adam doğurdan da maşennik imiş. O maşenniklər məndən istifadə edib bütün var-dövlətimi dağıtdılar. İndi qalmışam quru yurdda. Elə düşünürəm ki, ən təmiz, ən sədaqətli dost sənsən. İndi o adam mənə tez-tez zəng edir. Sonradan ayağa qalxmağı bacardı və biznesini də qurdu! Əvvəlki dələduzların heç birini yaxına buraxmır. Amma görürəm ki, səhvini başa düşüb və düzəldib. Yəni indi adam olub. Mənə də nə qədər deyir ki, gəl gedək yaxşı şəraitim var ora, deyirəm ki, vaxtım yoxdu. Sonra soruşur ki, sən Allah bir sıxıntın, maddi çətinliyin olar, bax, deməsən kişi deyilsən ha! Mən də heç bir şey demirəm...

... İndi dünya belədi. Birinin bir balaca imkanı olanda, varlananda və yaxud vəzifəyə keçəndə gözü ayağının altını görmür. Və düşünürəm ki, bu gözü ayağının altını görməyənlər dəyişən adamlardı. Amma dəyişməyən adamlar da görmüşəm. Şan-göhrəti, vəzifəsi, pulu, imkanları nə qədər böyük olubsa, bir o qədər də sadələşiblər. Mən bunu böyük Nüsrət Kəsmənlidə, Aqil Abbasda, Vaqif Bəhmənlidə, Adil Cəmildə... görmüşəm. 50 il bundan əvvəl onları necə tanımışdımsa, şöhrətin zirvəsinə çatanda da elə həmin duruluqda, həmin paklıqda, həmin saflıqda olublar...

... Onu da düşünürəm ki, elə nə yaxşı mən də dəyişməmişəm. Dəyişsəydim Qismət kişinin oğlu Faiq ola bilməzdim. Olardım başqa bir adam və hamı da deyərdi ki, balam, oddan kül törəyib. Bax onda dədəm Qismətin çörəyini mənə haram sayardılar. Çünki mənim dədəm nə qədər imkanlı, varlı olsa da, heç vaxt dəyişmədi, elə olduğu kimi də qaldı. Onu Bəhmənlidə var-dövlətindən çox yaxşı, xeyirxah və əməlisaleh işlərinə görə tanıyırlar. Və bu gün də biz hansı mövqeyi tutsaq da, kəndə gedəndə el-oba bizi Qismət kişinin oğlu kimi dəyərləndirir. Ona görə də deyirəm ki, ay Cəfər kişinin oğlu Əlisəmit Kür, nə yaxşı dəyişməmisən. Belə dupduru, saf, səmimi və gün işığı kimi təmiz qalmısan!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK