Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Torpaq, ya torpaq sahəsi? Adalet.az | Torpaq, ya torpaq sahəsi? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Torpaq, ya torpaq sahəsi?

İradə TUNCAY

21269    |   2019-04-16 08:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz bu böyük dünyada balaca bir toplumuq. Özümüzü kənar təsirlərdən qorumasaq, topsuz-tüfəngsiz əriyib gedəcəyik, yox olacağıq. Nəsillər arasındakı rabitəni itirsək, mənlik-şəxsiyyət hissini itirsək özümüzü itirəsiyik. Kütləvi şəkildə mütrüfləşirik, qəsəbələrdə böyük bir vətənsiz nəsil yetişir - vecimizə deyil. Söz olub heç nə, vecimizə deyil. Saymadığımız nələr var daha. Millət sənətkara yox, nazirə əyilir, torpağı yox,torpaq sahəsini sevir. Millətin boy-buxunlu, əzələli-güclü oğulları vətəni qorumalıykən müğənnilərə qorumalıq yapır. Bu gün bunları anlayıb hər hüceyrəmizdən keçirməsək, sabah heç bir soyqırım-filan olmadan soyumuz qırılacaq.

Nə yediyimiz, içdiyimiz barədə mətbuatda oxuyanda ürəyimiz sıxılır. Belə çıxır ki, hər birimiz dükan-bazara gedəndə özümüzlə bir ekspert aparmalıyıq, onunla məsləhətləşməliyik. Bunu alaq, ya almayaq? Bunu yeyək, ya yeməyək? İndi müxtəlif yollarla ölkəyə gətirilən və bizim üstümüzdə təcrübədən keçirilən dərmanların bizə nə divan tutduğu isə yaxın onilliklərdə bilinəcək, gen, DNT dəyişmələri gedəndə. Onda harayımız hara çatacaq? Bəlkə heç xaricə gedib çata bilməyəcəyik, burda yardım almaq məcburiyyətində qalacağıq.


Yaşadığım qəsəbə Sovet zamanında salınmış fəhlə qəsəbəsi olub. Hökumət burda məktəb də tikib, uşaq bağçası da, xəstəxana da, təcili yardım stansiyası da. Xəstəxana başqa yerlərə nisbətən daha səliqəli, təmiz bir yer idi. Dara düşəndə tez özümüzü çatdırırdıq, iynələrimizi vuran da var idi. İllər öncə xəstəxananın tibb personalı nə qədər haray salsa da, hər yerə müraciət eləsələr də çarə olmadı. Qüdrətli bir nazirlik oranı onların əlindən aldı və... Sonunda zərbə qəsəbənin camaatına dəydi. Təcili yardım stansiyasını da eyni üsulla bağladılar. Yaxşı, məntiq hardadı - əhalisi köçüb Bakıda yaşayan bir əyalət şəhərində, bir rayonda böyük diaqnostika mərkəzləri tikib ağzına qıfıl asmaq nədi, işlək durumda olan xəstəxanaları bağlamaq nədi? Səhiyyə nazirimiz bunu bilmirmi? Ya o, heç vaxt xəstələnmir, ya da xəstələnəndə Aydan gəlmiş həkimlər müalicə edirlər onu.

***

İndi də bu uşağın ölümü…

***
Bu ölkəyə vikinqlər ilk dəfə 800-cü illərdə gəliblər, deməli, onlar Avropanın digər dövlətləri ilə müqayisədə gənc sayıla bilərlər. Norveç konunqu Harald ölkəni birləşdirəndə çoxları qaçıb bu adaya sığınıb.Gənc dövlət olsalar da Avropada ilk parlament də burda yaradılıb – Altinq adlanır. Bizim dilə tərcümə etsək – Milli Məclis demək olar. İlk iclasları Tinqvedlir deyilən vadidə keçirilib. İndi həmin vadi UNESCO-nun qorumasındadır.

Ölkə dünyanın ən az əhalisi olan yerlərindəndir. Hamı bir-birini tanıyır, hətta boşanan cütlüklər də münasibətlərini pozmurlar. Çünki ümumi dostlar, tanışlardı ətrafları.

Familiyaları da bizdəki kimi – oğlu, qızı yazılır.

Hamı tanış olduğuna görə evlər qıfıllanmır, maşın açarları elə üstündə qalır. Hətta uşaqları da arabalarında kafenin, dükanın qarşısında yiyəsiz qoyub rahatlıqla gedə bilirlər. Pijamada gedirlər yaxınlıqdakı dükanlara özü də.

Fınxırıb burun silməyi orqanizmə ziyanlı sayırlar, ona görə də hamı burnun çəkir. Tüpürməyi isə əksinə, ayıb hesab etmirlər. Hətta qadınlar da küçədə hayxırıb tüpürürlər. Buz ölkəsi adlansa da çox soyuq sayılmaz – + 6 dərəcədən aşağı enmir temperatur. Amma qışda qaranlıq olur burda. Dekabrın 21-də saat 10:30 da gün çıxır ,16:30 -da isə batır.Günəş işığının yoxluğu Qütb parıltısı ilə kompensasiya olunur. Xəstəliklərin qarşısın almaq üçün isə balıq yağı içirlər. ( Uşaqlığım yadıma düşdü, zornan boğazımıza tökürdülər . Bizdə həmişə günəş olsa da).

Bu ölkədə sosial şəbəkələri sevirlər. Demək olar ki,hər kəsin FB-da profili var.Əgər yoxdusa da könüllü olaraq özləri haqqında bütün məlumatları xüsusi saytda yerləşdirirlər.

Trollara və elflərə inanırlar burda. Troll təkcə sosial şəbəkədə olmur ki, meşə əfsanələrində də varlar.


Əhali mehribanlığı ilə seçilir digər avropalılardan .Və sizə xoş münasibətini bildirmək üçün mütləq toxunurlar əlləriylə.

Sarı saçlı qadınlar çoxluqdadı. Saçlarını tünd rəngə boyayıb fərqlənmək istəyirlər. İspanlar və italyanlar bu ölkəyə gəlməyi sevirlər. Məhz qadınlara görə. Rahat qadınlardı – easy going deyirlər. Tolerantdılar – müntəzəm olaraq gey-paradlar keçirilir. Biseksualların faizi də yüksəkdi.

Ən sevilən, populyar peşələr – musiqiçi, rəssam, ya da dizaynerdi. Hər ofisiant həm də yaradıcı sahədə uğur qazanmaq arzusundadı. Hər kəs özü məşğul olur evinin dizaynı ilə də, təmiratı ilə də.

Burda Eurovision mahnı müsabiqəsini çox sevirlər.Translyasiya vaxtı ölkə diqqətlə izləyir olub-keçənləri.

Keçən min il ərzində xalqın dili demək olar ki dəyişməyib. İngilis dilindən yoxa çıxmış hərflər də qalıb, üstəlik əhali vikinqlərdən qalma qədim saqaları orijinaldan oxuyub anlaya bilir. Ümumiyyətlə isə bu ölkədə mütaliə etməyi də sevirlər. Deyilənlərə görə, dünyanın ən çox oxuyan xalqıdılar...

Miqrasiya azdı – harasa oxumağa gedənlər də mütləq geri qayıdır...

Tunduraya bənzər landşaftı var ölkənin. Meşə yoxdu. Amma dünyanın ekoloji təmiz bölgələrindən biridi . Yəqin yanacağın az işlədilməsi ilə bağlıdı.Polislərin isə silahı da yoxdu. Yəqin cinayət olmur...

Müntəzəm ordu yoxdu, ölkə büdcəsindən cəmi 0,1 faiz vəsait xərclənir sahil boyu ölkəyə nəzarət edən dəstələrə. Ən sülhsevər ölkə kimi qəbul olunur.

VƏ... 2008-ci ildən sonra bu ölkədə McDonalds restoranlar şəbəkəsi yoxdur !!! İndi bu qədər sayıb-sadaladıqlarımdan sonra soruşsanız ki, haradı bu Allahın lütfü ölkə ? Deyim də... İslandiyadı, İslandiya... VƏ təsəvvür edin 21-ci əsrin başlanğıcında, Avropanın ortasında bu ölkədə inqilab olur. Amma kimsənin xəbəri olmur. Sərf eləmir axı bu nümunəni kiməsə göstərmək. Hadisələr isə üç kreditor bankın çökməsi ilə başlayır. İslandiya BVF-yə müraciət edən ilk inkişaf etmiş Avropa dövləti olur. Reykyavikdə qarışıqlıq başlayır. Vergilər azaldılır, təqaüdlər artırılır, krediti olanlara vaxt verirlər filan... Bunun üçün də yenə borca girmək lazım olur. Amma prezident veto qoyur bu qanuna. Hər şeyi öz axarına buraxmaq qərarı alırlar. Çökən çökür – xalq yeni borca düşməyi qəbul eləmir. Deyirlər kasıb yaşayarıq, amma yeni boyunduruğa girmək istəmirik (xalqa bax da). Referendum yeni borclanmanın əleyhinə çıxır.

Əslində dünyanın aparıcı demokratiya daşıyıcıları olan mətbuatı bu barədə susdu.Görən, niyə KİV insanlara bu barədə məlumat vermədi ? Çünki burda FAKT – güclərin yox, sadə insanların qələbəsi idi . Əlahəzrət fakt...

Əhali qalxır və oyuncaq rejimi devirir. Qansız və zorakılıq olmadan . Yeni Konstitusiya hazırlanır. Əhaliyə sırınmış pul tələsi sındırılır.

2008-ci ildə İslandiyanın əsas bankı milliləşdirilir. Ölkənin valyutası kron devalvasiyaya uğrayır – avroya nisbətdə 85%. Ölkə bankrotdu. Əhali narazılığını bildirmək üçün parlamentin qarşısına toplaşır və baş nazir hökumətlə birgə istefaya getməyə məcbur olur. Yeni seçkilər keçirilir. Ancaq vəziyyət gərgindi – yeni parlament də ölkənin Britaniya və Hollandiyaya 15 il müddətində 3,5 milyard avro borcunun ödənilməsi barədə qanun qəbul edib. Xalq etirazları davam edir – referendum tələb edirlər. 2010-cu ildə prezident bu qanunu blok edir. Referendum keçirilir və borc məsələsi ləğv edilir. Bu arada krizisdə günahkar sayılan yüksək çinli məmurlar və bankirlər həbs olunur. Hətta İnterpol işə qarışır.

Yeni assambleya çağırılır – 522 namizədin içindən heç bir siyasi mənsubiyyəti olmayan 25 vətəndaş seçilir (həmin vətəndaşları ölkənin digər 30 vətəndaşı dəstəkləməsi şərti ilə). Nəzərə alsaq ki, İslandiya əhalisi 350 mindi cəmi-cümlətanı, o zaman bu 25 vətəndaşın seçilməsi problemli olar hər halda. İnternetdə online konstitusiya yazılır. Hətta vətəndaşlar da iştirak edir bu prosesdə. Fikirlərini, təkliflərini yazırlar. İslandiyanı sanksiyalarla hədələyir böyük dövlətlər – insanlar bunu sakit qəbul edir. Nə edəcəksiz bizə – deyirlər? 2 mil zonadan uzaqda balıq tutmaq olmaz? Sahilə yaxın yerlərdə də balıq çoxdu. Həm də bizə balıq tutmağı qadağan eləsəz, Avropada qiymətlər qalxacaq, onlar da narazılıq edəcək.

Turizm güclənir bu krizisdən sonra... Və ölkəyə əsaslı kömək edir.

İslandiya iqtisadçıları deyir ki, əslində onların balaca ölkəsi belə durumda olan bütün yerlər üçün nümunədi.Yəni krizisdən belə çıxmaq olarmış. Olarmış təbii.... İstək olsun gərək, oyun göstərmək yox...

Amma bizim mətbuat bu ölkə haqqında gülünc informasiya buraxdı gündəmə o vaxt. Guya ora gedən kişilərə pul verəcəklərmiş...

Hə, mətbuat demişkən, dünya mətbuatı bu hadisələr barədə susmuşdu axı... Öz yazdıqlarınızı qoruyun...

***
Mənəvi böhran iqtisadi böhrandan daha qorxuludu... Məktəb pəncərələrinə vurulacaq barmaqlıqlar kimi...

***
İndi də bu uşağın ölümü...

P.S Biz 10 milyonuq...


iradetuncay@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK