warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Biri etirazmı dedi? - Əzizə İsmayılova yazır Adalet.az | Biri etirazmı dedi? - Əzizə İsmayılova yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Biri etirazmı dedi? - Əzizə İsmayılova yazır

Deməsəm olmaz

16568    |   2019-04-11 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu məsələdə qaranlıq və aydınlıq gətirilməli məsələlər olduqca çox olduğu üçün bir daha nəsə yazmağı düşünmürdüm... Amma...

Xəbəryazıblar ki, "Deputatlar Elinanın intihar videosunu yayanlara etiraz etdi".

3 nəfər deputat etiraz edibmiş... Tahir Mirkişili, Dilarə Cəbrayılova və Kamilə Əliyeva...

Deməli, məktəbdə bu boyda özbaşınalıq olduğu ortaya çıxdı. Direktor şagirdləri valideynlərinə görə dəyərləndirdiyini sübut edən "yazın ki, uğursuz ailənin uşağıdır, pozğun ailənin uşağıdır, anası 2-ci dəfə ərə gedib, qızına vaxt ayırmır" açıqlamasını etdi, qızın rəfiqələri və anası dəfələrlə şikayətlərinə baxılmadıqlarını dedilər, məktəbin psixoloqu ümumiyyətlə gözə dəymədi, müdirəsi "araşdırma müddətinə işdən uzaqlaşdırldı". İddia olundu ki, Elina özünü atandan sonra "bəlkə özünə gələr" təfəkkürü ilə 2 saat ərzində təcili yardım çağırılmayıb, təcili yardım gələndə də "zəhərlənmə" diaqnozu ilə tam başqa yerə aparıb... Məktəb direktoru uşağın anasına susmaq üçün Badamdarda ən bahalı yerdən torpaq sahəsi vəd edib.. və s. Yayılan məlumatlardan nə düzdü, nə səhvdi heç kim ayrıd edə bilmir, aləm dəyib bir birinə, Təhsil Nazirliyi ağzına su alıb susur, elə bircə kəlmə "araşdırma gedir" deyib çəkilib hərə öz kabinetinə. Deyən olmur ki, hanı bu Nazirliyin Naziri, əslində nə baş verir? - hörmətli deputatlardan buna etiraz edən olmur.

Xəstəxanadan uşağın səhhəti haqda ailəsinə yanlış məlumat verilir, gah deyilir qolu sınıb, gah deyilir, onurğası zədələnib. Ailəsi ilə telefon danışığında həkim açıq aşkar deyir- "gəlməyə ehtiyac yoxdur. Sabah palataya köçürüləcək", sabahı qız ölür.

Xəstəxanadan canlı yayım edilir, o boyda hay-həşirə qabağa çıxan bir həkim olmur, ölür qalır ortalıqda, qabağa çıxıb bu məsələyə bir izah, bir aydınlıq verən olmur. Biri deyir Vüqar həkimlikdir, o biri deyir Vasif həkimlikdir... Səhiyyə Nazirliyi də sanki heç nədən xəbəri yoxmuş kimi ağzına sua alıb susur, yenə də "araşdırma" gedir deyib öz işlərinə davam edirlər - deputatlardan qabağa şıxıb etiraz edən olmur.. İndi video yayanlara etiraz edirlər...

Nəymiş?- bütün cəmiyyətlərdə intihar hadisələri olurmuş. Sayın vəkillər deməsəydi, Elinanın intiharını ilkə yazacaqdıq...

Videonun yayılmasına gəlincə, şəxsən mən də belə şeylərin əleyhinəyəm. Bəli, videonun özündə belə sual doğuran məqamlar çoxdur. Ən böyük sual 3-cü mərtəbədən yıxılan uşağın o şəkildə rahat danışa bilməsi, bir qədər aydın deyil..

Yazılmır da o video nə vaxt çəkilib? Kim çəkib? Sorğu-sual harda aparılır? və s.... Düşünürəm ki, bu gün yayılan videonun sorğu-sual hissəsi ola bilər əvvəlki cəhdlərində çəkilib. Xalası qızı bildirmişdi ki, "Elina dəfələrlə intihara cəhd edib".

Amma və lakin... cəmiyyətə bu cür etinasız, saymazyana münasibət, inamınızı öldürmənizə səbəb olduğu üçün, kimsə kimisə nəyəsə başqa cür inandıracağına inanmır. Elə ona görə də istintaqa təqdim olunmalı videolar, votsap, facebook, instaqramı başına götürür..Hər kəs bacardığı kimi qışqırmağa çalışır, bəlkə eşidən oldu...

Hörmətli deputatlar, baxın görün, etiraza əslində hardan başlamaq lazım idi?... Lap tutaq ki, jurnalist gündəmə rəng qatmaq üçün sizə sual verib ki, "videonun yayılmasına münasibətiniz necədir?" siz də çarəsiz cavablandırmısınız. O zaman "mən bu məsələ haqqında danışmayım" deməniz daha məntiqli və daha aydın olmazdımı?...

Etiraz olunmalı, sual verilməli bu qədər adam varkən, etirazda bulunduğunuz məsələ ən son mərhələdir. Dəyməzdi.

Onsuz da olan Elinaya oldu. burda yaxa cırıb, saç yolmaqla deyil. Yetişdirdiyiniz cəmiyyət, qarşısına qoyduğunuz güzgüdən üzünüzə gülümsəməkdədir... Durumdan hərə bir cür yararlanmağa çalışmaqla heç nə düzələn deyil, heç nə...

Təəssüf....




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK