bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Azərbaycanda elektromobillər niyə azdır?.. Adalet.az | Azərbaycanda elektromobillər niyə azdır?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda elektromobillər niyə azdır?..

5584    |   2019-04-10 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Benzinin qiymətinin yüksək olduğu, eləcə də zəhərli qazların havaya buraxılmasının ciddi bir problemə çevrildiyi zamanda elektromobillərin istifadəsi qənaətbəxşdir. Bəs ölkəmizdə elektromobillərdən istifadə və bu avtomobillərin Azərbaycana idxalı hansı səviyyədədir? 

Bu barədəAvtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Modern.az-a danışıb.

"Artıq 10 ilə yaxındır ki, Azərbaycana elektromobillər, hibrid avtomobillər gətirilir. Bu avtomobillərin ən mühüm keyfiyyətlərindən biri mühərriyin səssiz işləməsidir. Eyni zamanda, hibrid avtomobillərdə mühərrik işə salınarkən yanacaq sərfiyyatı yoxdur, bu da öz nöbəsində qənaət deməkdir. Bu avtomobillərin istehsalı bütün dünyada yanacaqdan imtinaya səbəb olacaq bir stimuldur. 

Elektromobillər tam olaraq elektrik gücünə işlədiyinə görə Azərbaycan mühiti üçün bir az çətinlik yaradır. Məsələn hibrid avtomobillərdə benzin mühərriki işə düşdükdə elektriklə işləyən mühərrik itirdiyi enerjini avtomatik bərpa edir. Biz belə avtomobilləri həm şəhər daxilində, həm də regionlarda asanlıqla istifadə edə bilərik.

Elektromobilləri isə yalnız şəhər daxilində istifadə edə bilirik. Çünki bu avtomobillər sırf elektriklə işləyir və elektrik enerjisinin bərpası üçün stansiyalar yalnız Bakıda mövcuddur. Çox təəssüf olsun ki, SOCAR bu məsləyə o qədər də ciddi yanaşmır.

2018-ci il dekabrın 27-də cənab prezident "Yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı”nı təsdiq edib. Həmin proqramda göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Gömrük Komitəsində bu maşınların ölkəyə gətirilməsi ilə bağlı ciddi problemlər var. Belə ki, gətirilən maşın dəyərinin 15%-i həcmində vergi ödənməlidir. Bu da əlavə xərc olduğu üçün insanlar bu maşının ölkəyə gətirilməsində bir o qədər də maraqlı deyillər. 15-20 il əvvələ nisbətdə yanacağın keyfiyyəti xeyli aşağı düşüb. Buna görə də yanacağın hazırda atmosferə vurduğu ziyan böyükdür. Dünyanın bir çox ölkələrində elektromobil sürücüləri üçün əlverişli şərait yaradılır. Belə ki, mağazaətrafı yerlərdə, ümumilikdə şəhər daxilində belə avtomobillərin enerji yığması üçün əlverişli şərait yaradılıb. Çox təəssüf ki, ölkəmizdə bu barədə vəziyyət mürəkkəbdir, əlverişli şərait yoxdur. Bu yaxınlarda Gömrük Komitəsininn sədri açıqlama verdi ki, gələcəkdə bu avtomobillərin gömrük xərclərinə yenidən baxılsın, qiymətlərdə ucuzlaşma olsun”.




İmza:

Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yolunda rənglənmə işləri aparılır

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək - SİYAHI

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

Sürücülərin diqqətinə: Bu yollarda rənglənmə işləri aparılacaq

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Bakının 2 rayonunu birləşdirən yol yenidən qurulub

Deputat: “Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır” - VİDEO

Nobel prospekti ilə bağlı XƏBƏR, həmçinin...

Bakıda bu küçənin təmiri başa çatıb - Gediş-gəliş üçün açıqdır

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK