Olsunmu?!

İRADƏ TUNCAY
53378 | 2019-04-07 11:00

Gərgin keçdi cəmiyyətin yazqabağı günləri. Dilemma qarşısında idi sanki.Meyxana olsunmu- olmasınmı? Mirzə Cəlil olsunmu-olmasınmı?

Əgər varsa – busuallar nədən? Özümüzə nəyisə sübut etməkmiistəyirik? İnkar etməklə birsehrli çubuqla yoxa çıxacaqmı? Təsdiq etməklə hamı sevəcəkmi? Belə deyil axı... İnam itib, yoxdu... İnterpolunqırmızı bülleteniylə aranmalıdı...Və kimsə özünə bir balaca dünya yaradıb orda yaşamaq, hamıdan uzaqlaşmaq istəyirsə, necə edək?

Təəssüf, bizi bir-birimizə yaxınlaşdıran, nəyinsəqırılmasına günahkar saya biləcəyimiz konkret kimsə yoxdur. XXI əsrinbaşlanğıcında yaşayırıq, böyük kəşflərin nailiyyətlərindən istifadə edirik.Azdan-çoxdan nəyisə də anlamağı bacarırıq. Anlamağına anlayırıq, amma hissiyyatımızölür, hiss eləməyi unuduruq. Deyək ki, gözümüzün qabağında kimsə yıxılır.Anlayırıq ki, həmin o yıxılan ayaq altda qalıb əziləcək. Anlayırıq ki, əluzadıb yardım eləməsək, bəlkə sonu olacaq. Anlayırıq, amma laqeyd, biganə ötübkeçirik. Çünki şüurumuz olsa da hisslərimiz yoxalıb, ürəyimiz daşa dönüb.

Hər gün gördüyümüz, rastlaşdığımız birmənzərə. Ətrafda bu qədər gözəllik varkən, düşüncəyə nə hacət? Dedi-qodu, şou,qarderoblar, ev-eşiklər, savaşmalar. Həyatımızın ən böyük savaşı da elə busavaşlardır – artist siyasətçilərin,siyasətçi artistlərin. İncə qəlbinizin sarı siminə toxunub bu şadyanalığıniçində sizə düşünməyi xatırlatmaq əlbəttə, günahdı. Yada salsın ya yox, hər kəsinöz vicdanına qalacaq. Amma bu vicdan məsələsi də çox qəlizdi. Hər kəsdə var, yayox, onu da bilmirəm.

Dönüb ətrafına baxırsan, gördüyün nədir? Didişmələr,dartışmalar, yalançı bəh-bəhlər, boğazdan yuxarı cəh-cəhlər. Ağzından çıxan, həqiqətəbir balaca uyğun gələn söz insan adlanan yırtıcıları qaldırır üstünə. Ya da qəraragəlirsən ki, dinib-danışmayacaqsan. Yenə olmur. Əzib tapdalayırlar. Belə olandaQoqen kimi Taiti tapıb ora qaçmaq həvəsinə düşürsən. Onda da xatırlayırsan ki,ekzotik adalara getmək məziyyəti də ağalara məxsusdur. Bu fikirdən də vazkeçirsən. İnsanlarla danışıb dil tapmaq da olmur, onlardan qaçmaq imkanı dayoxdur. Qalır nə? Gerçəklikdən uzaqlaşmaq üçün hərə cürbəcür vasitə tapır. İçkişüşəsindən tutmuş, ovçuluğa qədər hər şey mümkündür. Ancaq bu halda da problemlərmeydana çıxacaq. İçkilərin hansı məhsullardan hazırlandığı böyük sualaltındadır, tez-tez zəhərlənmələr olur, ovçuluğu da nəyəsə görə məhdudlaşdırıblar.Quşlara da təzə adverdilər...

Hər dəfə ilbaşlayanda münəccimlər proqnoz verirlər – gələnil ruzili-bərəkətli olacaq!!!Kimin üçün onu demirlər... Məlumdu zatən... Dava-dalaş sarıdan bərəkətli olur hər ilimiz... Yalan sarıdan xəzinə lap doludu...Və buyalanları təsdiq edib tarixə salmaqənənəmiz də var...

***
... Abbas Mirzə yeniliklərə meylli şahzadə olub - vəliəhdşahzadə, amma şah olmağa qoymayıblar. Əminə Pakrəvan isimli bir müəllifin"Abbas Mirzə və Azərbaycan" adlı çox maraqlı bir kitabı var. Mən birdəfə bu barədə yazmışam, təkrara lüzum görmürəm. Köhnələri bütə çevirənlər onunşahlığından qorxublar. Əgər köhnədən qalan hər bir nəsnə doğrudursa, müqəddəsdirsəbu da Abbas Mirzənin oğlunun yazdıqları:"Şah Abbas daima intriqaya, biclikvə kələyə adət etmişdi. O, heç vaxt düşmənlə üz-üzə müharibə etmirdi. Həmişədüşmənə hücum etməklə onları cana yığıb hiylə ilə zəfər çalırdı. Ona tabe olanİran və sair məmləkətlərin böyüklərinin çoxunu hiylə ilə aradan götürürdü. Bəzənbirisinə tapşırırdı ki, məst olan zaman filan vəzifə sahibini xəncərlə vursun vəbəzən də təhrik edirdi ki, keçən zaman filankəsə bir zərbə vursun. Bəzəntapşırırdı ki, filankəsi hündür imarətin üstündə dayanarkən yanları ilə vurubyerə salsınlar. Bəzən də yemək-içməyə öldürücü zəhər qatdırıb bir kimsəyəverdirirdi. Ömrünü əsasən, eyş-işrətdə keçirmiş, biçarə və bigünahların qanınıtökməkdən zövq almışdı".

Tarix hər zaman olanları xatırlayır, sadəcətarixçilər çox zaman yalan danışırlar. İsgəndər Münşinin xələfləri bu gün dəvar. Biz, əlbəttə, olmuşuq - amma kimin və nəyin hesabına? Söz və fikirtariximizin. Yaxşı ki, bu tarixi şairlər özləri yazıblar. Yenə o fikri təkraredirəm ki, bizdə bütün hadisələri ədəbiyyat yönləndirib, bütün tarixləri ədəbiyyatbirləşdirib. Və mən tariximizdə Nəsimidən böyük qüdrət tanımıram. Janna Darkımühakimə edən katolik kilsəsi həm ona, həm də tonqallarda yandırılmış yüz minlərləgünahsızın ölümünə görə üzr istədi. Bəs, Nəsiminin qətlinin günahını kimyuyacaq?

Söz adamları ki var onlar hərzaman həqiqəti söyləyiblər, tariximizi də olduğu kimi görüblər. Yuxarıda nümunəgətirdiyim parçanın müəllifi Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar idi.Qardaşının qorxusundan İrandan qaçanda, rus çarına sığınanda"Şükürnameyi-Şahənşahi" adlandırdığı bir əsər yazmışdı. İran-Turantarixindəki sərkərdələrin nə qədər vəhşiolduğunu söyləmişdi və əsərini rus çarına tərifnamələr yağdıraraq belə bitirmişdi:"Ey Rusiya məmləkəti əhalisi!Ümumilikdə, ey Qafqaz əhalisi, rüzgarın keçən möhnətlərini təsəvvür edin ki,sizin atalarınız qabaqkı hökmdarlardan nələr çəkmişlər?! Və bu təmiz zəmanəninintihasını görün ki, sizin hamınız əbədi olan bu dövlətin himayəsində hər haldaasudə və aramsınız. İstədiyiniz vilayətdə hər cürə ticarət etmək üçün qapılarüzünüzə açıqdı, hər vilayətdə tərəqqi və tərbiyə tədarükü görünür. Ordu rüsumuvaxtında və vədəsində hazır olur, işləyənlərin maaşları vaxtında hazırlanıb verilir.Mənsəb və nişan onun-bunun vasitəçiliyi ilə deyil, xidmətə görə verilir. Heçbir kəsə ixtiyar verilməmişdir ki, başqa birisinə zülm etsin. Nə adam öldürməkvar, nə birisinin əzasını kəsmək. Nə bir kəsdən cərimə almaq var, nə də bir şəxsinmalını zəbt etmək. Bu, böyük nemətdir ki, Allah sizə bəxş etmişdir. Və sonsuzlütufdur ki, kəramət buyurmuşdur. Ona görə də bu nemətə şükr etməyi vacib sayınvə bu əmin-amanlığı yaxşılq kimi qəbul edin. Əlahəzrət şahənşahı - əziminvücuduna həmişə dua edin. Allahdan dövlətin dayağının əbədi və birliyimizindavamlı olmasını arzulayın".

Bu da bizimtarix salnamələrimiz. Kimə inanaq? Açarları tez-tez əl dəyişdirir. Ədəbiyyatımıza... Burda həqiqətin gözünə dik baxmağı bacarıblar. Həqiqəti görə bilməkbacarığı isə gözüqıpıqlıq yaratmır. Və "milli ağlaş" psixologiyasınıda ədəbiyyat yox, ziyalılar yox, yalançı tarix yaradıb. Bir sözü deyirik, beşin demirik. Yarımçıq nəsə gəlir ortalığa. 31 mart Soyqırım günündə çalışdığımız yerdə bununla bağlı tədbirlərkeçirib bir xeyli kədərlənirik. Kədər dəbaşqa rübənd geyinib...

***
Deni de Vitonun çəkildiyi maraqlı bir film var – "Renessans dövrünün adamı”. İşsizqalan Billi orduda yeni təlim görməyə başlamış əsgərlərə ədəbiyyat dərsi deyir.Özü heçvaxt müəllimlik də etməyib – təcrübəsiyoxdu. Çox əziyyət çəkir.Bir gün Şekspirin kitabın gətirir dərsə – gənclər bu kitabda nəyazıldığın soruşurlar. Və Billi anlatmağa başlayır. Maraq doğurması üçün isə xülasəni belə verir – "Hamlet”əsəri qətl, insest, seks, sevgi haqqındadı. Gənclərin həyatı Şekspirlə dəyişir. Pyesdəki şeirləri repformasına salıb əzbərləyirlər. Obrazlarıöz gördükləri, tanıdıqları yaxınları iləmüqayisə edirlər. Əvvəlcə soruşurlar – biz bunu öyrənsək noolacaq? Maşın açarı verəcəklər?Evimiz olacaq? Pulumuz çoxalacaq? Müəllimcavab verir – minib gedəcəyiniz, xərcləyəcəyiniz, içində yaşayacağınız heç nə. Hətta gözlə görəbiləcəyiniz bir şey də olmayacaq. Amma (əlini ürəyinin üstünə qoyur)ruhunuz olacaq!!! Və izah edir onlara – "Danimarka krallığında hər şey çürüyüb”ifadəsin...

***
Hərə bir ulduz, bir bürc altında doğulub, hərənin öz hami planetləri, daşları, xoşgünləri və saatları var. Yəni indi kimsə gedib münnəcimlərin yaxasındanyapışmaq istəsə ki, "bəs noldu, gözəl günlər vəd eləmişdiniz". Onlarqayıdıb sizə deyə bilərlər ki, "atam,konkret sənə nəsə demişdim? Yox! Onda məndən nə istəyirsən? Ruzi-bərəkət birqrup adam üçündür. Allah yazanda kiməsə belə yazır, kiməsə elə. Mənim günahım nədir?"Yəni mən təxminən belə bir dialoqun olacağını fikirləşirəm. Çünki indi bizim məmləkətdəçox adamlar falçıların, cadugarların, münəccimlərin xidmətindən istifadə edir.Yəqin ki, yuxarı dairələrin də öz Rasputinləri olmamış deyil. Görünür, vəzifəböyüdükcə falçıların Allahın nüfuz dairəsinə girmək şansı da böyüyür. Yoxsa,bütün bu olub-keçənlərə ayrı bir izah vermək olmur. Ümumiyyətlə, bizim cəmiyyətimizininkişaf sxemi, planı hansı formasiyaların, rejimlərin modeli əsasında qurulub,biz hansı qanunlarla idarə olunuruq? Maraqlıdı, deyilmi?

***
Aclığızindana atmaq olmur. Hələ ruh aclığınıheç olmur…

***

Dünyanı yaradan mütləq qüvvənin iş prinsipinə ötəribir nəzər salaq. Allah təbiəti xəlq eləyəndə yəqin ki, qarşısına müəyyən bir məqsəd,plan, konsepsiya qoyubmuş. Çünki bu dünyada heç nə təsadüfən, elə belədən, heçnədən yaranmayıb, nəyəsə xidmət edir. Hər şeyin bir başlanğıcı, bir sonu var. Təbiətbütünlükdə qanunlara tabedir və qanunlarla idarə olunur. Fizikadan öyrəndiklərimizyadınızdadırsa, burda istisnalar yoxdur. Yəni hər hansı bir çay başlanğıcını hərhansı bir dağdan götürürsə, müəyyən bir məsafəni keçib qollara ayrılırsa,sonunda hər hansı bir dənizə tökülürsə, heç nə bu düzəni poza bilməz. Düzdür, bəzəninsanlar təbiətə düzəlişlər eləmək istəyirlər. Amma bunun nəticəsi ekoloji fəlakətolur.

Əsas rəhbər lap yuxarıda oturub dünyanı özqanunlarıyla idarə edir. Onun da öz nazirləri - mələkləri var, göstərişləriniyerinə yetirirlər. Yəqin ki, hər hansı bir qərar qəbul olunanda hamısı yığışırbir yerə, məsləhət-məşvərət eləyirlər – hamı eyni qərara qol qoyur. Təsəvvür eləyəkki, Allah kiminsə taleyini yazır - xoş yazır. Və mələklərdən biri etirazınıbildirir, bu qərarı dəstəkləmir. Ya da hansısa bir ölkədə zəlzələ olmalıdır,Əzrayıl da öz işindən imtina edir, əcəli çatanlarla məşğul olmur. Nəticə nəolar? Aləm dəyər bir-birinə. İndiyə qədər yalnız şeytan Allahın sözündən çıxıb.Ona da indiyə qədər lənət oxuyuruq. Orda, yuxarıda hər şey dəqiq hesablanıb, hərşey planlaşdırılıb - sadədən mürəkkəbə doğru inkişaf, təkamül. Əgər hər şeyAllahın hökmü ilə olursa, bizə göndərilmiş bu hökumət üzvləri də onun təyinatıilə böyük-böyük kürsülərdə oturublarsa, deməli, hələ ki təkamül prosesi davamedir. Hansı fazadadı, özünüz fikirləşin....Bizim ehtiyacımız nəyədir -"bəy tərifi" deyən adamların hazırlanmağına, yoxsa güzəranımızı düzəldəcəkadamların hazırlanmağına?
Dediyim nədir... Biz onsuz da hər şeyə öyrəncəliyik.Neçə illərdir xoş gələcək arzularıyla yaşayırıq, vəd eləyirlər gəlib çıxmır.Amma o vaxt vədlərin, yalanların məzmunları eyni olurdu. Bir qələmin məhsulu.Biz də yeyirdik. İndi də yeyirik, çarəmiz nədir? Amma iyrənə-iyrənə, çimçəşə-çimçəşə.Bir gün qaytara da bilərik. Eyni bir xörəyi yeddi-səkkiz aşpaz bişirəndədadı-duzu olmur. Çömçə bir əldə olmalıdır.

Hər hansı bir orqanizmi baş idarə eləyir. Ürəkböyrəklə, dalaq qara ciyərlə, mədə bağırsaqlarla yola getmirsə, demək, beyindənəsə proseslər gedir. Baş nazir meşəyə cirə qoyursa, qol-qanad nazirlərbaşqa iddiadadırlarsa - demək, kardinaldəyişikliklərə ehtiyac var. Model üçün də dağa-daşa düşmək lazım deyil.Yuxarıda oturub bizi yaradanın iş prinsipləri ilə yaxından tanış olmaqlazımdır. Allah şeytana lənət eləsin!

P.S Şekspirİngiltərəyə aid sözlərini "Danimarkakrallığında hər şey çürüyüb "kimi təqdim edirdi. Məlum – o vaxt demokratiya yox idi...

P.P.S Demokrasilərdə çarələr tükənməz...


TƏQVİM / ARXİV