warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Səngərdən “Ədalət”ə Adalet.az | Səngərdən “Ədalət”ə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Səngərdən “Ədalət”ə

Bu, dostluğumuzun keçdiyi yoldur

3950    |   2019-04-02 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu nəşriyyatın dəhlizində görəndə gözlərimə inanmadım. Doğrudur, öncədən telefon əlaqəsi saxlamışdı, iş yerimi, ünvanımı soruşmuşdu. Və hətta ona bir az qəribə gəlmişdi onu unutmamağım. Bunun səbəbini sonra anladım, yəni söhbətimiz zamanı. Və gördüm ki, o heç dəyişməyib. Əvvəlki xarakterində, əvvəlki səmimiyyətində, əvvəlki məntiqində... eləcə də qalır. Sadəcə, dəyişən illər və bir də onun fizioloji görkəmidi. Təbii kiI bu da qaçılmaz dəyişiklikdi. Axı zaman öz diqtəsini edir...

Bəli, həmin gün görüşüb dərdləşəndə 90-cı illərə qayıtdım. Daha doğrusu, o qaytardı məni 90-cı illərə. Cəbhə xəttinə gedib çıxdıq, səngərləri dolaşdıq. Və o dolaşdıqca bütün olanlar bir kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Və gördüm ki, müharibənin "daş dövrü"ndən sonrakı etapı başlayıb, könüllü özünümüdafiə dəstələri yaranmağa başlayıb. Azərbaycanın cənub bölgələrində Dağlıq Qarabağla həmsərhəd rayonlarımıza, məntəqələrimizə könüllülər axışıb gəlib...

Və bir də gördüm ki, indi həmsöhbət olduğum Nuşirəvan Yusif oğlu Hüseynov yanaşı əyləşdiyimiz "UAZ" markalı maşında məni səngərə doğru aparır və yol boyu da səngərdəki uşaqlardan, arxadakı vəziyyətdən, Bakıdakı durumdan və bir də düşmənin arxalı köpək olmasından danışırıq...

Onunla ilk tanışlığım Beyləqanda oldu. Daha doğrusu, Beyləqanın Daşburun qəsəbəsində keçmiş sovet ordusunun tərk etdiyi hərbi hissənin yerləşdiyi ərazidə artıq Beyləqan özünümüdafiə dəstəsi məskunlaşmışdı. Könüllü döyüşçülər burda kazarma şəraitini yaşayır və buradan da Ağdam, Füzuli istiqamətinin Xocavənd ərazisindəki postlara növbəyə çıxırdılar. Mən cəbhə müxbiri kimi bu ərazini yaxşı tanıyırdım. Ona görə də həm Xocavənd özünümüdafiə dəstəsinin, həm də Beyləqan özünümüdafiə dəstəsinin döyüşçülərilə isti münasibətlərim var idi, əksəriyyətini tanıyırdım. Elə növbəti səfərlərimdən birində də Beyləqan özünümüdafiə dəstəsinin komandirinin tapşırığı ilə məni budəfəki səfərimdə Nuşirəvan müşayət edəsi oldu. Bizimlə birlikdə o vaxtlar Beyləqan rayon Hərbi Komissarlığında çalışan Yaşar Xasıyev də əsgərlərin görüşünə gedirdi.

Biz səngərə yaxın ərazidə maşından düşdük və müəyyən manevrlərlə əsgərlərə doğru getməyə başladıq. Bu vaxt Nuşirəvan bizə iradını bildirdi və söylədi ki, mənim ardımca gəlin. Burada düşmən snayperi "çox rahat" işləyir, sizi vura bilərlər. Tam səmimi şəkildə etiraf edim ki, tanıdığım ərazi barəsində eşitdiyim bu informasiya mənə bir az gülməli gəldi. Elə bildim Nuşirəvan bizi qorxutmaq istəyir. Çevrilib ona nəsə demək istəyəndə düşmən tərəfindən güllə açıldı. Bir də onda gördüm ki, o məni kürəyimin arxasından itələyib yerə yıxdı. Yaşar da özünü yerə atdı. Düşmən bu dəfə sərrast ola bilməmişdi, ya da bu xəbərdarlıq idi. Nə isə... Necə deyərlər, bir atəş Yaşarı da, məni də Nuşirəvana tabe etdi. İndi onun arxasınca elə onu yamsılaya-yamsılaya özümüzü səngərə çatdırdıq.

Həmin gürüşümüz barəsində zamanında "Ədalət" qəzetində təəssüratımı dərc etdirdim. Və orada vurğuladım ki, Beyləqan könüllüləri Xocavənd istiqamətindəki mövqelərində möhkəm dayanıblar. Onların yeganə narahatlığı Bakıda baş verənlər və bir də Nizami ordunun olmamasıdır...


Bəli, indi "Ədalət" qəzetinin redaksiyasında Nuşirəvanla üz-üzə oturmuşam, onu söhbətə çəkirəm. Təbii ki, hal-əhval tutduqdan sonra. Və o da elə 92-ci ildə söylədiyi fikirlərin bütün ovqatını, bütün kəsərini bu günün fonunda yenə təmkinlə, sərbəst şəkildə danışır, mənim suallarımı cavablandırır.

- Nuşirəvan, bizim tanışlığımızın, çörək kəsməyimizin xeyli yaşı var. Üstündən illər keçsə də biz onu şirin bir xatirə, həm də ömrün bir səhifəsi kimi yaddaşımızda yaşadırıq.

- Bəli, mən də hər şeyi yaxşı xatırlayıram. Sizin bizimlə görüşə gəlməyiniz... ən əsası isə səngərlərə birgə getməyimizi.. heç vaxt qərargahda söhbətləşib ordan da geri qayıtmamısınız. Ən ağır vaxtlarda da yanımızda olmusunuz. Ona görə də hamımız sizə ürəyimizi açmışıq. Hətta mən ağır yaralananda da, içərisində olduğum PDM minaya düşəndə də... mənə baş çəkənlərin sırasında siz də olmusunuz... mənzil problemimlə də maraqlanmısınız... kasıb süfrəmin qonağı olmusunuz. Bütün bunlardan başqa mən sizi daha çox hamıyla səmimi olduğunuza görə çox istəmişəm və heç vaxt da unutmamışam. Gözüm, könlüm həmişə sizi axtarıb.

- Bəs məni necə tapdın?

- Mən "Xəzər" televiziyasının "Könül dünyamız" verilişinin daimi izləyicisiyəm. Oturub verilişə baxırdım, birdən sizi gördüm. Düzünü deyim ki, gözlərimə inanmadım. Sonra aparıcı adınızı deyəndə yanılmadığıma inandım. Və evdə dedim ki, axtardığım bu kişi yaşayır. Onunla mütləq görüşməliyəm. Sonra aradım, iş yerini tapdım və telefon nömrəni əldə etdim. İnanın ki, sizi sağ-salamat görməyimə ürəkdən sevinmişəm.

- Çox sağ ol. Mən də sənin qədər sevindim və həmin o günlərə qayıtdım. Sən necə, döyüş dostlarımızdan kimləri görürsən? Ümumiyyətlə, səndən ayrılandan sonra həyatında nələr baş verdiyindən xəbərsizəm.

- İndiki kimi yadımdadı. Sən hərbi müxbir kimi ilk dəfə dəstəmizə gələndə hamımıza ümid verdin. Lakin o dövrün siyasi ab-havası o ümidin doğrulmasına imkan vermədi.

Pərakəndəlik, özbaşınalıq, mənəm-mənəmlik könüllü dəstələrin komandirləri arasında soyuqluq yaratdı. Bizim istiqamətimizdə mövqe tutan Əlikramın "uşaqları" səngəri tərk edəndən sonra vəziyyət xeyli gərginləşdi. Həmin vaxt Beyləqanın işğal təhlükəsi də yarandı. Rayona atılan bir neçə mərmi rayonda şok yaşatdı. Ölənlər, xəsarət alanlar oldu. Bunu qəsdən etdilər. Məqsəd Beyləqanın boşaldılması idi. Mən bir dəstə döyüşçü ilə baş verə biləcək digər təxribatların qarşısını almaq üçün kəskin mövqe tutdum. Bu işdə mənə o zaman ərazidə xidmət edən xüsusi idarənin gənc zabiti yardımçı oldu. O, Surət Hüseynovun və Əlikram Hümbətovun məqsədini izah etdi. Biz kimlərin hansı məqsədə xidmət etdiyini dəqiq biləndən sonra daha diqqətli olduq. Sonra müəyyən qüvvələr məni aradan götürmək üçün həbs etdirməyə çalışdı. Amma prokuror araşdırması onların istəklərini gerçəkləşdirmədi. Məni azad edib yenidən orduya, bu dəfə Gədəbəy istiqamətində xidmətə göndərdilər.

- Nuşirəvan, bilıdiyimə görə, Azərbaycan ordusunun 11 əsgərinin qar uçqununa düşməsi və onların axtarışı tədbirlərindən məlumatlısan, daha doğrusu, axtarışda iştirak etmisən.

- Bəli, həqiqətən bu çox ağır və üzücü bir hadisəydi. Həmin vaxtdan biraz sonra bizim istiqamətdə də iki əsgərimiz qar uçqunu altında qalmışdı. Onları xilas etmək üçün Bakıdan göndərilən köməyin ərazi barəsində heç bir məlumatı yox idi. Mən bu məsələdə öz narazılığımı bildirəndə məni həmin axtarış qrupuna rəhbər təyin edib qısa vaxtda donan uşaqları tapmağı əmr etdilər. Biz bu işi bacardıq. Doğrudur, mənimlə bir qrupda olanlar yaşca cavan olduqlarından onlar dağlıq şəraitdə daha çevik idilər. Biz uşaqların sığındığı yerə gəlib çatmağa az qalmış artıq mən də huşumu itirdim. Axtarışa gedəndə məni özləri ilə birlikdə həmin uşaqların donduğu komaya çəkib gətirdilər. Özümə gələndə gördüyüm donmuş cəsədlər məni elə bir duruma saldı ki, onu ifadə edə bilmirəm. Həmin donmuş əsgərlərdən birinin şəklini telefonuma çəkdim. O, Bərdədən xidmətə çağırılmışdı.

- Bəs keçmiş döyüş dostların, ümumiyyətlə, veteranlar barəsində nə deyə bilərsən?

- Doğrusunu deyim ki, keçmiş döyüşçülərin qruplara bölünməsi məni onlardan uzaqlaşdırıb. Hər kəs ancaq özünün səngər yoldaşıyla, onun fikirlərini təsdiq edənlə bir araya gəlibdi. Hətta mənim Beyləqandakı döyüş yoldaşlarımdan biri rayondakı veteranlar qrupunun birinə müraciət edib ki, onun döyüş yolu keçməsi barədə arayışa yardımçı olsunlar. Ona cavab veriblər ki, sən bizim dəstədən deyilsən! Bax, bu məntiq məni çox narahat edir. Biz hamımız Vətən üçün, torpaq üçün döyüşmüşük. Kimin hansı qəhrəmanlıq etməyi, nə qədər düşmən öldürməyi, baş kəsməyi önənli deyil. Əsas döyüşməkdi, səngərdə olmaqdı. Bu birliyi qorumaq və bu məntiqlə də Ali Baş Komandanın yanında olmaq lazımdı. Çünki müharibə bitməyib. Bitməyən müharibədə isə qəhrəmanlıq davası etmək bağışlanmazdı.

- Bir məsələyə də münasibətini bilmək istərdim. Səncə bugünkü mətbuat orduyla, səngərlə nə qədər bağlıdı?

- Mən indi ehtiyata buraxılmışam. Amma tam səmimi deyəcəm. Bu gün hərbi hissələrə gələn jurnalistlər daha çox qərargahdan qeydlər götürməklə işlərini bitirirlər. Amma 90-cı illərdə daha çox səngərə gəlirdilər - əsgərin yanına! İndi özünüz nəticə çıxarın...

... Mən Nuşirəvanla xeyli dərdləşdim. Onu da öyrəndim ki, evi-eşiyi olmayan, keçmiş döyüşçü, müharibə veteranı, gizir Nuşirəvan Hüseynov Bakıda kirayənişin yaşayır. Elə Bakıdakı kirayənişin evinə də məni və bütün döyüş dostlarını məmnuniyyətlə dəvət etdi. Axı bizim danışılası çox xatirələrimiz var!..

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-23
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK