warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əbülfət MƏDƏTOĞLU: İÇİMDƏKİ İNANC Adalet.az | Əbülfət MƏDƏTOĞLU: İÇİMDƏKİ İNANC Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: İÇİMDƏKİ İNANC

Şübhə etmirəm ki

4172    |   2019-03-31 12:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə ayrılıqlardan, ölüm-itimdən, həsrətdən, ağrı-acıdan söhbət düşəndə istər-istəməz bir anlıq duruxursan. Gözünün önünə ötənləri, ötmüşləri, olanları, olmuşları gətirirsən. Və sənə elə gəlir ki, dünyasını dəyişənlərin, ağrı-acı çəkənlərin durumunda, yaşamında azacıq da olsa sənin də günahın var. Yəni ən azından son nəfəsə yetişə bilərdin... və yaxud da son sözünü eşitmək fürsətini qaçırmazdın... yanğısına bir damcı su damızdırardın... barmaqlarının ucuyla yanağında tumurcuqlayan yaşı silərdin... ağrıdan yastığa söykənməyən başını ovuşdurardın, tellərini sığallayardın... ya da əllərini, ayaqlarını ovardın... Bütün bunları düşünə-düşünə, içindən, xəyalından keçirə-keçirə həmin o itirdiklərin üçün göynəməklə yanaşı, həm də özünün bəraət haqqını tapmağa, ondan təsəlli kimi yararlanmağa çalışırsan... Amma bütün hallarda necə deyərlər, karvan gedib və sən də o karvanın arxasınca baxa-baxa qalmısan...

Bəli, indi arxada qalan atasızlığın bir ilini, arxasızlığın bir yaşını, güvənsizliyin 365 gününü düşünüb özüm-özümə heyrətlənirəm. Ona görə ki, bir gün, bir həftə, bir ay ayrılığnı ağlıma belə gətirə bilmədiyim atamdan düz bir il ayrı qala bilmişəm. Deməli, həqiqətən torpaq güclü imiş, soyuda bilirmiş hər şeyi... dondura bilirmiş içimdəki ağrını da, acını da, göz yaşını da... susdura bilirmiş dili də, ürəyi də, hətta perik salırmış səni özündən... Və bir də...

Hə, bir də zaman da dəyirmanını boş-boşuna işlətmirmiş. Üyütdüyünün nə olmasından asılı olmayaraq, onun da qüdrəti, onun da gücü böyük imiş, o da susdururmuş, diz çökdürürmüş adamı olmuşların qarşısında...

İndi bütün bu yazdıqlarım, daha doğrusu, bilgisayara diqtə etdiklərim mənə, yəni bir övlada nə qədər ağır və hətta belimi bükəcək qədər ağır olsa da, həmin o üzü soyuq torpaq mənim 365 gün yaşamağımın bir növü yönəldəni, dayağı olubdu. Yəni üzümə elə qabarıb ki, ondan o yana keçid, yol olmadığını anlamışam. Başa düşmüşəm ki, sondan sonra son yoxdur. Qatardan düşdün, yəni dünyadan köçdündə, qayıdış ancaq xatirələrlə, xəyallarla mümkündür, əgər onu qoyub gedə bilmisənsə.

Əks halda, unudulmaq olub-olmamağının fərqini kimsəninsə yaddaş kitabında görməmək təbii haldır. Necə deyərlər, bu qaçılmaz həqiqətin önündə bəşər övladı gücsüzdür. Axı hər şey "olum” "ölüm” arasında baş verir. Bir az da gerçək, bir az da dəqiq desəm, olursan və ölürsən. Sadəcə olaraq, olanda bəndə, öləndə İNSAN olmaq lazımdı. Bunu bacarsan arxanca heç kim də gəlməsə, rəhmət gələcək. Və elə bu məqamda yadıma düşür ki:

Şübhə

etmirəm ki,

məni

daha yaxşı anlayar

dörd divarla, tavanla

içində danışanlar...

Şübhə

etmirəm ki,

mənim

qocalan ahımla

ahımdan

üşüyən Allahımla

içimdə etdiyim

söhbətləri

duyğusuzlar

yanlış anlar...

Şübhə etmirəm ki,

özüm də,

sözüm də

hətta

zamanın

yurdsuzluq

qarasını çəkdiyi üzüm də

sizi ayağıma gətirəcək

varlığıma

etinasız yanaşanlar!..

***

Doğrudan da hər şey zamana möhtacdır. Amma zamanın içərisində at oynadanlar da az deyil. Və bu at oynadanların özləri bir yana, heç atlarına da yazıqları gəlmir. Düşünmürlər ki, atdan düşüb piyada qalanda o atların günü nə olacaq və yaxud da o atları təzədən minib onların üstünə çapanda nələr keçirəcəklər, hansı durumlara düşəcəklər?!

Mən nə münəccimlik etmirəm, nə də filosofluq. Sadəcə olaraq, gördüklərimi, eşitdiklərimi, hətta oxuduqlarımı saf-çürük edəndə onda həmin o söylədiyim fikir özü-özlüyündə ortaya çıxır. Və mən də ortada olan həmin o fikrin bir növü oxucusu, dinləyicisi oluram. İnsan da oxuduğundan, dinlədiyindən nəticə çıxarmalıdır. Bax, bu mənada gəldiyim nəticə sizə söylədiyim fikrin yaranmasına səbəb olur. Nə isə...

Həqiqətən yaşadığım anların heç birinin səbəbsiz olmadığına həmişə inanmışam. Və mən təsadüflərə o qədər də bel bağlamamışam. İçimdəki inanc mənə diqtə edib ki, nəyi yaşayırsan, nəyi edirsən, nəyi görürsən, bütün bunların hamısı sənin qədərindi, sənin alın yazındı. Bundan qaçmaq və yaxud da o yazını silib dəyişmək mümkün deyil. Bax, ona görə də hərdən öz-özümə pıçıldayıram. Deyirəm ki:


Mən söndürülmüş şamam

Gərəkliyim itibdi...

Adım da özüm kimi

Ortalıqda itibdi...


Nə ayaqda durmağa,

Nə axtarış etməyə...

Sevgi Evi də yoxdu –

Qapısına getməyə.


Əllərimlə sıxıram

Çiynimə bük başını...

Aç ovcunu, göy üzü –

Sal göydəki daşımı...


Minnətsiz sığınacaq

Dörd divar, kağız, qələm...

Allahım, bu da ruhum –

Gəlmişəm sənlə böləm...

***

İstənilən yaşantını, istənilən hadisəni yazıya çevirmək, ömrə hopdurmaq mümkündü. Amma bunun bir çətinliyi var. O da kimisə təsiri altına salmaqdı, kiməsə hüfuz etməkdi. Bax, bu mənada mənim yaşantılarım mənə nə qədər acı və yaxud şirin gəlsə də, onu kiməsə söyləmək, yazıya köçürüb kiməsə oxutmaq heç də normal sayıla bilməz. Bu mənim məntiqimdi. Burada bir nüans var, o da mənim çevrəmdi. Əgər çevrəmdəkilər, ürəyimdəkilər, hətta mənim ürəyimdə olduqlarım istərlərsə, arzu edərlərsə, lap duyarlarsa, onda mən öz yaşantımı onlara bu və ya digər formada çatdıra bilərəm. Təbii ki, bu da həmin dediyim insanların öz istəklərindən qaynaqlanmalıdır...

Bu fikirlərimi uzatmadan dönürəm mətləb üstünə. Yəni birmənalı şəkildə vurğulayıram ki, kimliyindən asılı olmadan insan mövcuddursa, yaşayırsa, problemi də var, problemi yaradanı da.... çevrəsi də, mübarizə aparmaq imtiyazı, gücü də. Bax, bu mənada mən nə qədər qayğılı, nə qədər nostalji köklərə bağlı olsam da, bilirəm ki, içimdəkiləri yaşamaq, yaşatmaq mənim öz missiyamdı, çiynimdəkiləri daşımaq mənim öz borcumdu. Ona görə də hətta özüm-özümə ürək-dirək verən, bir az da qürrələndirən bir şeir də yazmışam. Necə deyərlər, özüm-özümün tərifini misralamışam. Yazmışam ki:

Yaxınları, uzaqları bilinən

Dodaqları ad çəkməklə ilinən...

Kirpikləri təbəssümlə silinən –

Sənsən, Əbülfət!


Gecəsinə ağrı, acı, dərd sıxan

Gündüzünə göz qırpmadan dərd yığan...

Həsrətinə dözümdə də mərd çıxan –

Sənsən, Əbülfət!


Səsi batan, bəxti yatan bir aşiq

Pir olubdu sevgisinə, pir aşiq...

Bu dünyada Məcnun kimi sirr aşiq –

Sənsən, Əbülfət!


İç dünyanı çöl dünyana üyütmə

Kədərini çox da öyüb böyütmə...

Yaşa haqla, sev Allahla öyünmə -

Sən – Əbülfət!

***

Həqiqətən mən özümlə, qələmimlə və bir də ağ kağızla baş-başa qalanda dünyanın bütün kədər yükünü daşımaq, hətta diz altına almaq gücünə malik oluram. Bu bir az pafoslu səslənib böyük görünsə də, amma həqiqətən insan öz içində, öz xəyalında, öz dünyasında hamıdan güclüdü. Çünki həmin o dünyada hər kəsi əli Allahın ətəyində, ruhu göy üzündə olur. Belə adama kimin gücü çata bilər ki?!

Bəli, indi mən də göy üzündən, ruhlar aləmindən, xəyallar dünyasından özümə, necə deyərlər, kəndimə qayıdıram. Və qayıtdığım yol uzunu ağlıma gələn ilk bu olur ki, hardasa bir kədəri də ovutdum, bir acının da göz yaşını sildim, bir sitəmin də içimdə dəfn olunmasına şərait yaratdım. Və bütün bunlar da mənim yazacağım, daha doğrusu, duyğularımdan misralara çevriləcək. Onda həmin misralar da oxucu önünə çıxanda məhz bu donda, bu biçimdə olacaqdı. Siz oxucular görəcəksiniz ki, mən nə demişəm və necə demişəm.


İçimdəki kədəri

İçimdə də ağladım...

Kipriklərimi hörüb –

Selin yolun bağladım...


Dizlərim torpaq yemi

Tutdum üzümü göyə...

Əllərim qalxmadı ki,

Çırpam – dizimi döyə...


Bəlkə də bu bir günah

Boyun bərabərində...

Allahdan başqa kimsə -

Bilmir, yaram dərində...


Ovunmağa yetməyən

Gücümün dili gödək...

Halım gün kimi bəlli –

Dur, əlimdən tut gedək...


Hə, bütün gerçəklərin və gerçək ola biləcəklərin həyatımdakı izlərini heç vaxt silməyə cəhd etməmişəm. Və bir də ki, bunu silməklə nəyi dəyişmək mümkündü ki?! Onsuz da hər kəs özünü hansı dona salır salsın, gec-tez pərdələr çəkiləcək, maskalar söküləcək və... Bir az obrazlı desəm, qaranlıqların aydınlıqları ortaya çıxacaq. Ramiz Rövşənin təbirincə desəm, qaranlıqda qəfil günəş doğacaq və kimin kimin evindən çıxdığı görünəcəkdi. Ona görə də mən heç vaxt tərəddüd etmədən düşündüyümü və ürəyimdəkini yazmışam və indi də yazıram.


İçimdəki ən şirin

Duyğu adındı sənin...

Dilimdəki bal, şəkər –

Bil ki, dadımdı sənin!


Bu göy üzü, bu yer də

Yuvadı min bir dərdə...

Onlar, mən olan yerdə -

Özgən, yadındı sənin!


Könlüm, gizli dolduğun

İçin-için solduğun...

Pərvanəsi olduğun –

Bir tək QADINDI sənin!


Son: bu yazını necə yazdım və niyə yazdım onu düşünmək haqqını sizə verirəm. Özüm isə öz içimdə nə çəkirəm, onu Tanrımla bölüşürəm.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK