deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: NÜBAR MAMAMIN BAYRAM PLOVU Adalet.az | Faiq QİSMƏTOĞLU: NÜBAR MAMAMIN BAYRAM PLOVU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: NÜBAR MAMAMIN BAYRAM PLOVU

8546    |   2019-03-20 14:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mən durub yalan deyə bilmərəm. Ən azından ona görə ki, biz uşaq olanda bayramda evimizdə şəkərbura , paxlava, qoğal, badambura... bişirilməzdi. Çünki Qarabağda o vaxtlar bu şirniyyatlar o qədər də dəbdə deyildi. Amma indi Bəhmənlidə hansı ocağa, hansı qapıya, hansı evə getsən, orda şəkərbura, paxlava, qoğal... nə bilim nə qədər şirin şeylər görərsən...

Mamamoğlu Təbrizgildə nəinki Novruz bayramında, hətta adi günlərdə masanın üstündə bu dediyimiz şirniyyat məhsullarının hamısını görmək olar. Onun qızı Dilrubanın əlindən hər cür şirniyyat məhsulu bişirmək bacarığı gəlir. Amma mən şirniyyatı sevmədiyimə görə, mamamoğlugilə gedəndə bu şirniyyatlara əl də uzatmaram. Ən çox elə mamamoğlu Təbriz şirniyyatı sevir. Hərçənd ki, həkimlər deyir ki, açıq ürək əməliyyatı olmusan, şirniyyata o qədər də meyl eləmə. O da ağına-bozuna baxmadan ürəyi istədiyi qədər o şirniyyatdan yeyir və gülə-gülə deyir ki, mən şirniyyatsız keçinə bilmərəm ey!

Bizim kənddə Novruzu özgə cür keçirirdilər. Biz uşaq olanda düz bir ay qabaq Novruza hazırlıq görərdik. Düz bir ay qabaq yumurta döyüşdürməyə başlayardıq. Bəzi bic uşaqlar bizi aldadar, hind quşunun yumurtasıyla hamımızın yumurtasını udardılar. Mamamoğlanları Tehranın, Təbrizin, Əhmədin, əmiuşaqları Zülfüqarın, Əbdürrəhimin, Əsgərin, Məhəmmədin, Mirələmin, Nazimin, eləcə də sinif yoldaşlarım Rəfaelin, Dilavərin, Yavərin uduzduğunu görəndə qanım qaralırdı. Onlar uduzurdusa, elə bil mən də uduzurdum.

Bir dəfə bizim bəxtimiz gətirdi. Yumurta döyüşərkən 40 yumurta udduq. Gəlib mamaoğlugildə qayqanaq bişirib yedik və yaxşı kef elədik. O vaxt hər adam da yumurtadan qayqanaq bişirməzdi...

Düz bir ay Bəhmənlinin "Çalağayında”, "Motorunda”, "Şirəliyində” yumurta döyüşdürərdik. Düz bir ay çilingağac, eşşəkbeli, xoşmətə oynayardıq. Çərşənbə axşamları xüsusi qarğıdan düzəlmiş cəvəran-cüllüt və qutular hazırlayardıq. Biz onları götürüb çərşənbə axşamları evlərə gedərdik. Bizdə papaq atmaq yox idi. Bax, belə qutu sallamaq, cəvəran-cüllüt atmaq vardı. Və biz də onu atardıq, sonra da qoyulan payları bölüşdürərdik.

Həmin axşamları mamaoğlu Təbrizgilə, Yusif əmigilə, Seyidəli əmigilə, Abbas kişigilə gedərdik və hamımız birdən qapını açıb qarğıdan düzəlmiş qutunu içəri uzadardıq. Bizim üçün ən gözəl hədiyyə bayram yumurtası olardı. Düzdü, alma, armud, konfet, şokolad, qoz, fındıq qoyardılar. Ancaq payın içərisində ən şirini bayram yumurtası olardı...

Abbas kişigilə gedəndə rəhmətlik Ceyran xalanı həyətdə gördük. O da həyətdə bayram aşı dəmləyirdi. Aşın ətri burnumuza dəyəndə elə bil ki, dünyanı bizə verirdilər. Biz bayram aşı yeməyə yox, onların qapısına qutu sallamağa gedərdik. Hələ axşam yenicə düşürdü. Ceyran xala evə girən kimi Təbriz, Tehran, Əhməd, Məhəmməd və mən qarğıdan düzəlmiş cəvəran-cüllütü qapını açıb içəri uzatdıq. Qapını isə möhkəm-möhkəm örtdük. Otaqdan səs gəlirdi ki, görəsən bunların qutusuna nə qoysaq ürəklərincə olacaq? Sinif yoldaşımız Veysinin səsini eşitdik: "Ay nənə, nə qoysan ləzzəti olmayacaq. Hərəsinin qutusuna bir bayram yumurtası, alma, armud, qoz yığ! Bax, onda görəcəksən ki, uşaqlar nətəhər sevinirlər. Mən də Qismət əmimgilə qutu sallamışdım, Mirvari xalam bayram yumurtası, qoz, fındıq, alma, armud qoymuşdu. Elə ki, yumurtanı gördüm, o biriləri heç məni maraqlandırmadı da”.

Ceyran xala oğlu Veysinin dediyi kimi eləmişdi. Hamımızın qutusuna bayram yumurtası, qoz, fındıq, mer-meyvə yığmışdı. Həmin gün səhərə qədər yatmırdıq. Qapı-qapı gəzib bayram payı yığırdıq. Axırda da gəlib mamamoğlu Təbrizgildə Nübar mamamın bişirdiyi bayram plovunu yeyərdik. Nə anam, nə digər biblərim heç biri Nübar mamam kimi dadlı plov bişirə bilməzdi.

Bir dəfə də Nübar mamam plov bişirmişdi, qardaşım Elxanla onlara getmişdik. Qonaq çox olduğu üçün ikimizə bir qabda plov qoydu. Amma qardaşım Elxan çox ərköyün olduğu üçün ayrıca plov istəyirdi. Mən də dedim ki, görürsən qonaqları çoxdur, gəl otur bir yerdə yeyək. O da gəlmədi, küsdü. Mən də plovun hamısını yedim. Sonra qardaşım hönkür-hönkür ağladı. Nübar mamam bunu bilib bir gündən sonra Elxanı təzədən evə gətizdirdi, ona bir qazan plov bişirib masanın üstünə qoydu. Dedi ürəyin nə qədər istəyir ye! O da ürəyi istədiyi qədər yedi, sonra qalanını da Tehrana, Təbrizə, mənə verdi...

Anam rəhmətlik bayramda nə az, nə çox düz 150 yumurta boyayardı. Çünki qohum-əqrəbaya bayramlaşmağa gedəndə gərək evdəkilərin hamısına pay verəydin. O pay da yumurta olanda çox gözəl idi. Xüsusən biz uşaqlar bayram yumurtasından yaxşı heç nə tanımazdıq. İndi deyəsən belə adətlər yavaş-yavaş yaddan çıxıb. Heç Bəhmənlidə də əvvəllər olduğu kimi çoxlu yumurta boyamırlar və bayramlaşmağa gedənlər də bir pay düzəldir, tay əvvəllər olduğu kimi ailənin hər üzvünə hədiyyə vermirlər.

Tay əvvəllər olduğu kimi, bir ay qabaq bayrama böyük həvəslə hamı hazırlaşmır. Nə əvvəlki dad, duz qalıb, nə də əvvəlki adətlər yaşayır. Hamısı yavaş-yavaş yaddan çıxır. Heç yaxın qohumlar belə əvvəllər olduğu kimi bir-birlərinin evlərinə gedə bilmirlər. Qardaş bacının qapısını açmır, bacı da qardaşın qapısını. Çünki gedəndə heç olmasa az da olsa bir pay aparmalısan. Allah zəmanınin üzünü qara eləsin, indi hər adamda belə imkan yoxdur. Sadəcə olaraq, çoxları elə bir-birini telefonla təbrik eləyir.

Ancaq bu günə də şükür. Şükür ki, pis-yaxşı qazanımız qaynayır, ocağımız yanır, çox evlərdən şəkərbura, paxlava, qoğal ətri gəlir. Və gün o gün olsun, çox evlərdən yox, hər evdən bu şirniyyatların ətri duyulsun. Ən kasıb, ən imkansız adamın belə balası sevinsin. Heç bir evin başçısına Allah-Təala bu bayram günündə utandırmasın. Hamıya imkan yaratsın ki, bütün insanların evlərində bayram süfrəsi açılsin, bayram şamları yandırılsın. Bayramınız mübarək!

Sonda bir hadisə yadıma düşür. Böyük Seyran Səxavət Qədir Rüstəmov haqqında yazdığı "Ağdamda Qədir Rüstəmovla atüstü söhbət” unikal müsahibəsində soruşur:

- Qədir, nə vaxt sevinirsən?

Qədir Rüstəmov:

- Balalarım sevinəndə mən də sevinirəm!..

... Balaların sevinməyindən böyük xoşbəxtlik yoxdur. Allah bu bayram günündə bütün balaları sevindirsin!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK