hacklink Adalet.az | HƏSƏNOĞLUNUN YENİ QƏZƏLİ Adalet.az | HƏSƏNOĞLUNUN YENİ QƏZƏLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏSƏNOĞLUNUN YENİ QƏZƏLİ

Seyfəddin Altaylı, Ankara,

12200    |   2019-03-15 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2012-ci ildə XIII yüzildə yaşamış görkəmli şairimiz Həsənoğlu və yeni tapılan "Sirətin-Nəbi" adlı məsnəvisi ilə bağlı, "Həsənoğlunun dili" adlı ardıcıl dörd məqalə yazdım, köşəmdə yayımlandı, oxucularım yəqin xatırlayarlar. O vaxtdan bəri onun bu əlyazma əsəri haqda zaman-zaman məlumatlar verdim, müxtəlif uluslararası simpoziumlarda elmi məruzələr etdim. İki həftə öncə həmkarım Çiçək Hüseynova xahiş etdi ki, tələbələrə Həsənoğlunun yeni tapdığım iki qəzəli haqda danışım, mən də məmnuniyyətlə qəbul etdim. O gün gəldikdə tələbələrimizin sürprizi ilə qarşılaşdım. Dərs otağına (auditoriya) daxil olduqda gördüm ki, Azərbaycan filologiyası bölməsində oxuyan Nərmin Novruzova Atif qızı Axundov Kitabxanasına gedib, mənim 2012-ci ildə yazdığım məqalələrimi "Ədalət" qəzetinin nüsxələri arasından axtarıb-tapıb, fotosunu çəkərək məktəbə gətirərək slaytını hazırlayıblar, hamılıqla oxuyublar. Həmin gün tələbələrə Həsənoğlunun irsi, məsnəvisi "Sirətin-Nəbi" haqda geniş məlumat verdim və yeni tapdığım aşağıdaki şeiri onlara oxudum.

Öncəliklə xatırlatmalıyam ki, "Sirət" peyğəmbərimiz hz. Məhəmmədin həyatı və mübarizələri ilə bağlı olaraq yazılan mənzum əsərlərdir. Elmlər doktorluğu dissertasiyası daxilində götürdüyüm "Sirət-in nəbi" adlı bu məsnəvini əlyazmadan latın əlifbasına köçürərkən həddən artıq gözəl şeirlərlə də qarşılaşıram (Artıq 410 səhifə işləmişəm).

Həsənoğlu peyğəmbərimizlə bağlı bu məsnəvini yazarkən müstəqil hekayələr də yaradıb. Bunlardan biri də "Miqdad bin Əsvəd"ə həsr edilib. Öncəliklə Miqdad bin Əsvəd haqda qısa bir məlumat verməyin oxucular üçün maraqlı olacağını düşündüm.

Miqdad bin Əsvəd Peyğəmbərin islam yolunda yeritdiyi bütün döyüşlərdə iştirak edib və Əshabı-kiramın ən məşhur şəxsiyyətlərindəndir. Əsl adı Miqdad bin Amr (Əsvəd) bin Sələbə bin Malik bin Rəbiə bin Sümami bin Matrud ən Nəhrani əl Kindidir. Atasının adı Amrdır. Atası birini öldürməsi səbəbiylə Bəhra tayfasından başını götürüb qaçaraq Bəni Kində tayfasına sığınıb və Miqdad miladi 584-cü ildə Nəhrada dünyaya gəlib. Miqdad burada Əbu Şəmr bin Hucru adlı şəxsi yaralayıb və Məkkəyə qaçıb. Orda Əsvəd bin Əbdüyəgüsün himayəsinə girib, Əsvəd də onu övladlığa götürüb. Beləliklə, o Miqdad bin Əsvəd kimi tanınıb.

Miqdad, islam dinini qəbul edən ilk yeddi nəfərdən biridir, sağlığında Peyğəmbərimiz tərəfindən cənnətlə müjdələnib. İki dəfə Həbəşistana (Əfiyopiya) gedib. Peyğəmbərin Mədinəyə hicrət etməsindən sonra onun əmri ilə Məkkədə qalıb və Peyğəmbərə zaman-zaman məlumatlar yollayıb. Müşriklərin Mədinəyə hücum çəkəcəklərini xəbər alan kimi bu xəbəri bir məktubla Peyğəmbərə bildirib, sonra da Məkkəli müşriklərlə yola düşərək Mədinəyə gedib. Hz. Məhəmməd vəziyyəti bildiyindən Ubeydə bin Haris rəhbərliyindəki kiçik bir süvari dəstəsini onların üstünə yollayıb. İki qrub Səniyyətülmərrə deyilən yerdə qarşılaşdığında müşriklərin içində özlərini gizlədən Miqdad ilə Utbə bin Qazvan müsəlman olduqlarından onların tərəfinə keçiblər. Mədinəyə qayıtdıqlarında bir müddət Külsüm bin Xidmin evində qonaq qalıb. Peyğəmbər müsəlmanları on nəfərlik qruplara ayıraraq onlar arasında möhkəm qardaşlıq duyğuları yaradıb. Bir müddət sonra Miqdad ilə Cabbar bin Saxrın olduğu on nəfəri qardaşlaşdırıb.

Aradan aylar ötdükdən sonra bir gün Əbdürrəhman bin Avf Miqdada sual verib ki, niyə evlənmirsən. O da onun qızını istədiyini, icazə verərsə evlənəcəyini söylədikdə Əbdürrəhman bu təklifindən qəzəblənərək Miqdada təhqiramiz sözlər deyib. Peyğəmbər olayı duyduqda çağırıb Miqdada təsəlli verib və onu əmisi Zübeyrin qızı Dubaa ilə evləndirib.

Miqdad, Rəsulallahın oxçularından olub, Uhud, Xəndək, Xeybər, Bəni Kureyza və diğər birçox hərbdə iştirak edib. Peyğəmbərin vəfatından sonra ilk üç xəlifənin dövründə də islama xidmət edib və hz. Osmanın xəlifəliyi əsnasında 79 yaşında ikən vəfat edib.

Həsənoğlunun "Sirət-in nəbi" adlı əsərində olan və ədəbiyyat dünyasında ilk dəfə oxunacaq həddən artıq gözəl bir şeiri oxucularıma təqdim etmək istəyirəm. Gəlin öncə bu şəirin əsərə görə yazılma səbəbinə nəzər salaq.

Yuxarıda Miqdad bin Əsvəd haqda qısa məlumat vermişdim. İzzəddin Həsənoğlu Miqdadın həyatından bir hissəni və onun eşqini həmin şeirdə dilə gətirib. Ancaq Miqdad yuxarıda da işarə etdiyim kimi Peyğəmbərimizin əmisi Zübeyrin qızı Dubaa ilə evlənib. Ancaq Həsənoğlunun Miqdadla bağlı hekayətində isə o Bəni Kində tayfasının bəyi və həm də öz əmisi olan Cabərin qızı Miyasəyə aşiq olur. Miyasə pəhləvan bir qızdır, onu heç bir gənc məğlub edə bilməyib. Ona nəinki gənclər bəylər, xanlar, padşahlar elçi düşüb və onlardan biri də islam düşməni Əbu Cəhil olub. Atası Miyasənin Əbu Cəhil ilə ailə həyatı qurmasını istəyib, lakin o "Məni meydanda məğlub edəcək cavana yar olmaq əhdimdir" deyərək təklifi geri qaytarıb.

Miyasənin evlənəcəyi oğlanı seçmək üçün şərti olduğu, döyüş meydanında gənclər arasında birinci olacaq və axırda özünü məğlub edəcək igidlə ailə həyatı quracağı, onunla evlənmək istəyən gənclərin bəyliyin məydanında yığışacağı xəbəri dörd bir küncə yayılıb.

Miqdad atası rəhmətə getdiyindən dolanışıqlarını çobanlıqla təmin edən, düzilqarlı, mərd, igid bir gəncdir. Bu xəbəri duyunca gizlidən-gizliyə aşiq olduğu Miyasə ilə evlənə biləcək belə bir fürsət əlinə keçdiyindən anasından birtəhər icazə alıb və döyüş sınaqlarının keçiriləcəyi meydana gedib, qarşısına çıxan bütün igidləri məğlub edib. Miyasə onun bahadırlığını görüncə, "Məni ancaq bu məğlub edə bilər, yarım da bu ola bilər", deyə fikirləşib. Meydana çıxıb döyüşdəki bütün məharətini göstərsə də, Miqdad onu məğlub edib. Miyasənin atası qızının üzünə qarşı Miqdad ilə evlənməsinə razı olmayacağını söyləyib. Miqdad anası ilə gedərək elçi düşdükdə, Cabər Miqdaddan qızılla və əşya ilə yüklü yüz dəvə, yüz dəvə yükü qumaş qaftan, ayrıca min misqal qızıl, yüz ölçü gümüş başlıq istəyib, üstəlik bunları üç ayda təmin edib gətirməsini, gətirməsə qızını özgəsinə verəcəyini söyləyib. Miqdad onun bu şərtini qəbul edib, məsələni Miyasəyə açıb, bir-birlərinə əhdi-peyman ediblər. Miqdad səhərisi günü atını minib üz tutub atı hara aparır ora. Dördüncü gün qarşısına bir karvan çıxıb, bunu fürsət bilərək onu qarət etmək istəyib. Karvanda olanlardan kim olduqlarını sorduqda onlardan biri, "Mən hz. Məhəmmədin əmisi Abbasam, bu da əmisi Əbu Talibin oğlu Cəfəri Təyyardır, biz Bəni Haşim tayfasındanıq", dedikdən sonra yol kəsməyin onun kimi bir igidə yaraşmadığını söyləyib. Miqdad da əsl məqsədinin yol kəsmək olmadığını, başına gələnləri danışıb. Onların hərəsi yüküylə birlikdə beşər dəvə bağışlasalar da Miqdad bunların ona kifayət etmədiyini bildirərək təşəkkür edib, əllərini öpərək üzrxahlıq istəyib.

Onlar da fars padşahı Nuşirəvanın yurduna getməsini, məsələni ona açmasını söyləyiblər. Miqdad xudahafizləşib üz tutub fars ölkəsinin paytaxdı Mədain şəhərinə. Şəhərin meydanında bir ordu görüb üzünə niqab çəkərək məydana girib salam verdikdən sonra döyüşdəki məharətini göstərib. Ordu komandiri bunun səbəbini sorduqda o padşahla görüşmək arzusunda olduğunu söyləyib. Məsələni padşaha çatdırıblar, o da Miqdadı qəbul ədib. Miqdad Nuşirəvana yüz minlik ordusundan min nəfəri seçməsini və onlarla tək başına döyüşəcəyini, qalib gəlsə ona kömək olmasını, ölsə qanının halal olduğunu söyləyib. Nuşirəvan onun təklifini qəbul edib, şəhər əhlinə bu xəbər yayılıb, meydan qurulub. Miqdad Nuşirəvanın min nəfərlik seçmə dəstəsini çil cücəsi kimi dağıdıb. Padşah onun bahadırlığını görüb xoşu gəlib, yanında saxlayıb, ona xüsusi ev, qul-qaravaş, mal, nemət verib. Zaman sürətlə ötüb və üç ayın tamam olmağına az qalıb. Padşahın başı dövlət işinə qarışdığına görə Miqdad unudulub, Miyasə də adaxlısının yolunu gözləyib. Həsənoğlu Miyasənin sevgilisinə qovuşa bilməməyin intizarı ilə ürək çırpıntılarını onun diliylə aşağıdakı şəkildə qələmə alıb.

***

Ey yigitlər sərvəri sərvi-rəvanım qandasın

Gəl ki yolunda rəvan oldı rəvanım qandasın?

Qamətügün həsrətindən bu tənüm oldı hayal

Surətügün firqətindən yandı canım qandasın?

Ey xəyalı-munisi bu qayğusı çoq könlümü?

Ey vüsalı can ilindən armağanım qandasın?

Gicə-gündüz yol gözədür gözlərim gözlər səni

Gəl ki qaldı yollarında didə-banım qandasın?

Bülbülü-zaram firaqında işüm oldı rəvan

Ey boyı səlvi, yanağı gülistanım qandasın?

Sən əsirgərdin bəni görsən ki sənsüz nicəsi

Gicə-gündüz göklərə çıqdı fiğanım qandasın?

Çoq cəfa qıldı bəlalu könlümə ayruluğun

Qanı əhdin ey vəfalu mihribanım qandasın?

(Həsənoğlu, "Sirət-in nəbi",

s. 322-345).

altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK