Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Hadi, görəlim sizi - Vüqar Abbasov yazır Adalet.az | Hadi, görəlim sizi - Vüqar Abbasov yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Hadi, görəlim sizi - Vüqar Abbasov yazır

13508    |   2019-03-12 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bü günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin uşaq pulları ilə bağlı fikirlərini oxudum. Cənab Rəcəbli deyib ki, hazırda 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə yoxdur və o, hesab edir ki, dövlət uşaq pulu verməli deyil. Daha sonra cənab Rəcəbli bir qədər daha irəli gedərək deyib: "Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur.” 1

Bu yerdə Türkiyə türkləri kimi "Hadı ya” deməkdən özümü saxlaya bilmədim. Məəttəl qaldım ki, Hadı müəllim hardan o qənaətə gəlib ki, dünyada belə texnologiya yoxdur? Var, həm də çox yerdə və mən indi bunlardan ancaq birini yazacam. Bu barədə fb səhifəmdə yazmışdım, bir də burda yazım, bəzi əlavələrlə.

Məsələn, Niderlandda yaşı 18 – dən aşağı olan hər bir uşaq üçün dövlət uşaq pulu verir. Uşağın valideynlərinin maddi durumununməsələyə heç bir aidiyyatı yoxdur, ona görə ki, bu pul UŞAĞA, yəni onun ehtiyaclarına xərclənmək üçün verilir, valideyn(lər) üçün deyil . Sözü gedən pul o vaxt verilmir ki, məsələn, uşağın (16 yaşdan yuxarı olanlar) qazancı (burda uşaqlar işləyə bilərlər) kvartalda ən azı 1 296 avro olsun. Yay tətili vaxtı isə uşaq bu məbləğdən əlavə 1 330 avro, yəni ümumilikdə 2626 avro qazana bilər və bu məbləğdən çox qazanmayacaqsa uşaq pulu kəsilməyəcək.

Aşağıda sizlərə burda verilən uşaq pulunun məbləğni yazıram və qeyd edim ki, rəqəmlər bir bir uşaq üçün və bir kvartala görə göstərilib:

0 – 5 yaş arası - € 219,97

6 – 11 yaş arası - € 267,10

12 – 17 yaş arası - € 314,242

Xüsusi qeyd etmək istəyirəm ki, ailədə fiziki əngəlli uşaqlar olduqda və digər bu kimi hallarda uşaq pulları artır.

Bundan əlavə isə aylıq verilən uşaq pulu var ki, orda valideynin maddi durumu rol oynayır. Əgər ailənin gəliri minimum əmək haqqından yüksəkdirsə bu uşaq pulu verilmir, aşağı olduğu halda isə verilir. Məbləğ uşaqların sayından aslıdır.

Indi ki, söhbət uşaqlardan düşdü, bəzi əlavələr də etmək istəyirəm. Niderlandda hər bir bələdiyyənin xüsusi fondu var. Gəliri aşağı olan ailələr bu fonddan yararlana bilərlər. Məsələn, idmana, kinoya, teatra və.s. getmək istəyənlər ödədikləri pulun qəbzini bələdyyəyə müvafiq formada təqdim etməklə pullarını geri ala bilərlər. Əlbətdə ki, verilən məbləğin də bir aşağı və yuxarı həddi var və bu hədd bələdiyyədən aslı olaraq dəyişir. Ümumi götürəndə isə məbləğ bir adam üçün (həmçinin böyüklər) bir ilə görə 150 avrodan aşağı olmur. Əgər 18 yaşına kimi hər hansı bir uşaq üzgüçülüklə məşğul olmaq istəyirsə onun pulu da ödənilir və ödənilən bu məbləğin yuxarıda qeyd etdiyimə aidiyyatı yoxdur.

Gəliri aşağı olan ailələr üçün başqa (yardım edən) təşkilatlar da var ki, onlar barədə də qısa məlumat vermək istəyirəm. Ancaq bu yerdə Hadı müəllimə müraciət edərək demək istəyirəm ki, əgər dəyərli Hadı müəllim aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq istəmirsə, aztəminatlı ailələr üçün bu kimi təcrübələrdən də yararlanmaq olar. Əgər Hadı müəllim

istinad etmək üçün bir təcrübəyə söykənmək istəyirsə, bildirim ki, Niderlandda belə bir təcrübə mövcuddur.

Sözünü etdiyim təşkilatlara çox müxtəlif məqsədlərlə müraciət edilə bilər. Məsələn, övladın idmanla məşğul olmaq istəyir və bələdiyyə fondunun ayırdığı pul buna kifayət etmirsə. Bələdiyyə fondunun ayırdığı pulu idmana sərf etmisən və övladın hər hansı bir musiqi məktəbinə getmək istəyirsə. Övladına velosiped lazımdırsa (ki, burda çox vacibdir) və sənin bunu almaq imkanın yoxdursa. Övladının məktəb xərcləri (vacib olanlar) üçün və.s.

Bura çox əlavələr etmək olar, nə çox burdakı təşkilatlar ki, aztəminatlı ailələrə yardım edirlər. Niderlandda da Hadı müəllim kimi aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq istəməyən nəcib insanlar var. Ancaq Hadı müəllimdən fərqli olaraq burda balansı aztəminatlı insanların uşaq pullarını kəsməklə deyil, onlara yardım etməklə qorumaq istəyirlər. Çünki balans məhz belə qorunar, məncə.

Bu yazıya çox əlavələr edə bilərəm: 18 yaşına qədər olan uşaqlara tibbi sığorta (yəni səhiyyə xidmətləri), kitabxaya üzv olmaq və.s. pulsuzdur. Uşaqların özlərinin işləmək və pul qazanmaq imkanları var və.s.

Niderlandda bütün bunları ona görə edirlər ki, bunlar gələcək üçün sağlam nəsil yetişdirmək istəyirlər. Burda düşünürlər ki, uşaqların sağlam qidalanmağa, yaxşı geyinməyə, yaxşı təhsil almağa, idmanla məşğul olmağa və.s. haqları var. Burda düşünürlər ki, ölkə uşaqlara diqqət göstərməlidir. Burda düşünürlər ki, uşaqlar bu ölkənin gələcəyidir. Burda düşünürlər ki... Yox, burda tək düşünmürlər, həm də düşündüklərini həyata keçirdirlər. Bəli, burda çox şey düşünür, çox şeylər edirlər, ancaq mövzumuz o deyil, qayıdım mövzumuza.

Qeyd etdiyim kimi, çoxdur, Hadı müəllimə nümunə gətirə biləcəyim məqamlar çoxdur. Ancaq yazını uzatmaq istəmirəm. Bunları da yazmazdım, Azərbaycanla Niderlandı müqayisə etmək fikrində də deyiləm. Sadəcə oxuduqlarımdan belə nəticəyə gəldim ki, uşaq pullarını bərpa etməyə təşəbbüs göstərmək üçün Hadı müəllimə istinad yeri lazımdır, ona görə yazdım. Bu da olsun Hadı müəllimə istinad yeri. İndi təşəbbüs qaldırın uşaq pullarının verilməsi ilə bağlı. Yenə də Türkiyə türkləri demişkən, hadi, görəlim sizi.

Vüqar Abbasov. Niderland.

vugarabbasov@hotmail.com

1 mənbə: https://oxu.az/society/302947

2 mənbə: www.svb.nl




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK